Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7370/2025 30.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə XİAOMİ REDMİ 13C üçün 116,13 manat ödənilməmiş məbləğ, 11,61 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə üzrə 2 ədəd Ütü Franko üçün 225,69 manat ödənilməmiş məbləğ, 22,57 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə üzrə XİAOMİ REDMİ 14C, XİAOMİ REDMİ BUDS 4 üçün 326,37 manat ödənilməmiş məbləğ, 32,64 manat cərimə olmaqla, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat, cəmi 758,61 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 351,96 manat olan XİAOMİ REDMİ 13C alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 116,13 manat ödənilməmiş məbləğ, 11,61 manat cərimə, xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əlavə əsasında alqı-satqı qiyməti 296,28 manat olan 2 ədəd Ütü Franko alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 225,69 manat ödənilməmiş məbləğ, 22,57 manat cərimə, xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əlavə əsasında alqı-satqı qiyməti 462,98 manat olan XİAOMİ REDMİ 14C, XİAOMİ REDMİ BUDS 4 alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 326,37 manat ödənilməmiş məbləğ, 32,64 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla cəmi 758,61 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 18867611 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı MMC-dən XİAOMİ REDMİ 13C xidməti 12 ay müddətinə hər ay 29,33 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli, 18867612 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı MMC-dən 2 ədəd Ütü Frankonu 18 ay müddətinə hər ay 16,46 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı MMC-dən XİAOMİ REDMİ 14C, XİAOMİ REDMİ BUDS 4-ü 18 ay müddətinə hər ay 25,11 manat ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli, 18867611 nömrəli müqavilə üzrə 116,13 manat ödənilməmiş məbləğ, 11,61 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli, 18867612 nömrəli müqavilə üzrə 225,69 manat ödənilməmiş məbləğ, 22,57 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 326,37 manat ödənilməmiş məbləğ, 32,64 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə küququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəlləilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Məhkəmə iddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsumun cavabdehdən tutulması hissəsinə gəldikdə hesab edir ki, iddiaçı tərəfindən rüsumun ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübüt təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, həmin müqavilələrilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 18867611 nömrəli müqavilə üzrə 116,13 manat ödənilməmiş məbləğ, 11,61 manat cərimə, xx.xx.2024-cü il tarixli, 18867612 nömrəli müqavilə üzrə 225,69 manat ödənilməmiş məbləğ, 22,57 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 326,37 manat ödənilməmiş məbləğ, 32,64 manat cərimə, cəmi 735,01 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18867611 nömrəli müqavilə üzrə 116,13 manat ödənilməmiş məbləğ, 11,61 manat cərimə, xx.xx.2024-cü il tarixli, 18867612 nömrəli müqavilə üzrə 225,69 manat ödənilməmiş məbləğ, 22,57 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 326,37 manat ödənilməmiş məbləğ, 32,64 manat cərimə, cəmi 735,01 (yeddi yüz otuz beş manat 01 qəpik) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7370/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7370/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver