Məhkəmə qərarları › İş №e-2(125)-7403/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7403/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7403/2024 28.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 16951885 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 150 manat 30 qəpik, xx.xx.2024-cü il tarixli, 03865830 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 420 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 126 manat, cəmi 1.244 manat 50 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edilir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. xx.xx.2024-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi cavabdehlə aralarında razılıq əldə olunduğunu bildirmiş və iddianın baxılmamış saxlanılmasını, həmçinin dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 32 manat 45 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:********) dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 32 (otuz iki) manat 45 (qırx beş) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:********) dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar