Məhkəmə qərarları › İş №e-2(125)-7696/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7696/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7696/2023 22.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli 23273890 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 121 manat, cərimə qismində 12 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 manat 32 qəpik, cərimə qismində 24 manat 68 qəpik, xx.xx.2022-ci il tarixli 03521143 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 321 manat 40 qəpik, cərimə qismində 32 manat 60 qəpik, xx.xx.2022-ci il tarixli 03521671 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 manat 86 qəpik, cərimə qismində 51 manat 14 qəpik, xx.xx.2022-ci il tarixli 16401219 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 724 manat 86 qəpik, cərimə qismində 72 manat 14 qəpik, cəmi 2.112 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat 12 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 23273890 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy» markalı telefonu və digər telefon aksessuarlarını 554 manat 40 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 97 manat 10 qəpik ödəmək şərtilə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A12» markalı mobil telefonu 578 manat 42 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 03521143 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Realme C21Y 2021» markalı mobil telefonu 482 manat 40 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 03521671 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A13» markalı mobil telefonu 616 manat 86 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 16401219 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 107 manat 60 qəpik ödəmək şərtilə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A2» markalı mobil telefonu və digər telefon aksessuarlarını 832 manat 46 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli 23273890 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 121 manat, cərimə qismində 12 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 manat 32 qəpik, cərimə qismində 24 manat 68 qəpik, xx.xx.2022-ci il tarixli 03521143 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 321 manat 40 qəpik, cərimə qismində 32 manat 60 qəpik, xx.xx.2022-ci il tarixli 03521671 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 manat 86 qəpik, cərimə qismində 51 manat 14 qəpik, xx.xx.2022-ci il tarixli 16401219 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 724 manat 86 qəpik, cərimə qismində 72 manat 14 qəpik cəmi 2.112 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2021-ci il tarixli 23273890 nömrəli müqavilə üzrə 12 manat təşkil edən cərimə məbləğinin 3 manat məbləğinə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 24 manat 68 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2022-ci il tarixli 03521143 nömrəli müqavilə üzrə 32 manat 60 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2022-ci il tarixli 03521671 nömrəli müqavilə üzrə 51 manat 14 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2022-ci il tarixli 16401219 nömrəli müqavilə üzrə cərimə 72 manat 14 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2021-ci il tarixli 23273890 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 121 manat, cərimə qismində 3 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 manat 32 qəpik, cərimə qismində 5 manat, xx.xx.2022-ci il tarixli 03521143 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 321 manat 40 qəpik, cərimə qismində 5 manat, xx.xx.2022-ci il tarixli 03521671 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 manat 86 qəpik, cərimə qismində 5 manat, xx.xx.2022-ci il tarixli 16401219 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 724 manat 86 qəpik, cərimə qismində 5 manat cəmi 1.942 manat 44 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 05 avqust 2021-ci il tarixli 23273890 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat, cərimə qismində 3 (üç) manat, 19 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 (iki yüz qırx) manat 32 (otuz iki) qəpik, cərimə qismində 5 (beş) manat, 27 mart 2022-ci il tarixli 03521143 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 321 (üç yüz iyirmi bir) manat 40 (qırx) qəpik, cərimə qismində 5 (beş) manat, 04 iyul 2022-ci il tarixli 03521671 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 (beş yüz on bir) manat 86 (səksən altı) qəpik, cərimə qismində 5 (beş) manat, 14 oktyabr 2022-ci il tarixli 16401219 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 724 (yeddi yüz iyirmi dörd) manat 86 (səksən altı) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 42 (qırx iki) qəpik, cəmi 1.981 (bir min doqquz yüz səskən bir) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar