Məhkəmə qərarları › İş №e-2(125)-782/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-782/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-782/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh 24 iyun 2022-ci il tarixli EHK6100901 saylı borc müqaviləsinə əsasən 331 (üç yüz otuz bir) manat, 26 aprel 2023-cü il tarixli EHK6185412 saylı borc müqaviləsinə əsasən 734 (yeddi yüz otuz dörd) manat, 31 may 2023-cü il tarixli EHK6185612 saylı borc müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat və 08 iyul 2023cü il tarixli EHK6185873 saylı borc müqaviləsinə əsasən 2380 (iki min üç yüz səksən ) manat olmaqla ümumilikdə 3805 (üç min səkkiz yüz beş) manat əsas borc, 58.05 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3863.05 (üç min səkkiz yüz altmış üç manat beş qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 24 iyun 2022-ci il, müddəti 12 ay olmaqla 26 aprel 2023-cü il, müddəti 6 ay olmaqla 31 may 2023-cü il, və müddəti 20 ay olmaqla 08 iyul 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 5936 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3805 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 24 iyun 2022-ci il tarixli EHK6100901 saylı borc müqaviləsinə əsasən 331 (üç yüz otuz bir) manat, 26 aprel 2023-cü il tarixli EHK6185412 saylı borc müqaviləsinə əsasən 734 (yeddi yüz otuz dörd) manat, 31 may 2023-cü il tarixli EHK6185612 saylı borc müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat və 08 iyul 2023cü il tarixli EHK6185873 saylı borc müqaviləsinə əsasən 2380 (iki min üç yüz səksən ) manat olmaqla ümumilikdə 3805 (üç min səkkiz yüz beş) manat əsas borc, 58.05 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3863.05 (üç min səkkiz yüz altmış üç manat beş qəpik) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müddəti müddəti 20 ay olmaqla 24 iyun 2022-ci il, müddəti 12 ay olmaqla 26 aprel 2023-cü il, müddəti 6 ay olmaqla 31 may 2023-cü il, və müddəti 20 ay olmaqla 08 iyul 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 5936 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyun 2022-ci il tarixli EHK6100901 saylı borc müqaviləsinə əsasən 331 manat, 26 aprel 2023-cü il tarixli EHK6185412 saylı borc müqaviləsinə əsasən 734 manat, 31 may 2023-cü il tarixli EHK6185612 saylı borc müqaviləsinə əsasən 360 manat və 08 iyul 2023-cü il tarixli EHK6185873 saylı borc müqaviləsinə əsasən 2380 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.05 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 24 iyun 2022-ci il tarixli EHK6100901 saylı borc müqaviləsinə əsasən 331 manat; 26 aprel 2023-cü il tarixli EHK6185412 saylı borc müqaviləsinə əsasən 734 manat; 31 may 2023-cü il tarixli EHK6185612 saylı borc müqaviləsinə əsasən 360 manat və 08 iyul 2023-cü il tarixli EHK6185873 saylı borc müqaviləsinə əsasən 2380 manat olmaqla, cəmi 3805 (üç min səkkiz yüz beş) manat əsas borc və 58 (əlli səkkiz) manat 05 (beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar