Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-786/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X19 iştirakı ilə, iddiaçı X20 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X21 İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillərə dair ünvan 2 aprel 2022-ci il tarixli 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, bu evlərə dair Cavabdeh3 adına verilmiş 12 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli və 15 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillərə və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının və onun azyaşlı övladı X26 miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli üçüncü şəxs X38 cavabdehlər İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillərə dair ünvan 2 aprel 2022-ci il tarixli 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, bu evlərə dair Cavabdeh3 adına verilmiş 12 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli və 15 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillərə və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək, izahatında bildirdi ki, ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillər iddiaçının mərhum qaynatası X12 adına olmuşdur. Bundan başqa, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qaynatası X12 atası X9 adınadır. İddiaçı X12 oğlu X49 ilə nikaha girərək, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 7-ci döngədə yerləşən 8 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə X32 birgə nikahından 16 noyabr 2010-cu ildə X44 adlı bir uşaq anadan olmuşdur. X6 miras qalmış həmin mülk yalnız X22 tərəfindən qəbul edilmiş və V.H.Abbasov vəfat etdiyi günə qədər həmin evdə yaşamışdır. Daha sonra isə iddiaçının əri X49 həmin mülkdə yeni yaşayış binası tikdirmiş, beləliklə də öz atasından qalan mirası qəbul və idarə etmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən mənzili iddiaçının əri X49 alsa da əvvəlcə onu bibisinin adına almış, sonra E.V.Abbasovun bibisi həmin mənzili X17 bağışlamışdır. X48 isə qeyd olunan mənzil E.V.Abbasovun olduğuna görə onu Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq olunmuş 21 dekabr 2005-ci il tarixli 2V-302 reyestr nömrəli vəsiyyətnamə ilə E.V.Abbasova vəsiyyət etmişdir. İddiaçının qaynatası X22 02 avqust 2013-cü il tarixdə vəfat etmişdir. X22 vəfat edəndən sonra iddiaçı X49 Bakı şəhərində yerləşən bu miras mənzili də faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayə vermişdir. Yəni atasından qalmış mirasın iddiaçının əri X49 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, E.V.Abbasov mirası adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hər üç əmlakda atasından E.V.Abbasova miras qalmış vəsiyyətnamə üzrə çatası pay iddiaçıya və azyaşlı övladına çatmalı idi. Belə ki, iddiaçının qaynatası X22 vəfat edəndən sonra X49 ünvan 1 ünvanında yerləşən mənzili faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayəyə vermişdir. Həmçinin iddiaçının gəlin köçdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının əri yeni yaşayış binası tikdirmiş və beləliklə öz atasından qalan mirası qəbul və idarə etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yəni belə olan halda hər üç əmlakda vəsiyyətnamə üzrə Elçinin miras payının olması şübhəsizdir və həmin pay iddiaçıya və onun övladına çatmalıdır. Lakin iddiaçı yaxın vaxtlarda ərinin ölməsindən dərhal sonra Cavabdeh3 və Cavabdeh1 birləşərək, evləri onların əlindən çıxarmaq qərarına gəldiklərini bilmişdir. Belə ki, əvvəlcə Gəncə şəhəri, 6 saylı notariat ofisində təsdiq olunmuş 28 aprel 2022-ci il tarixli, 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrə və 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 5 və ünvan 1 ünvanlarında yerləşən mənzillərin Cavabdeh1 adına keçdiyini, daha sonra isə Cavabdeh1 həmin mənzilləri Gəncə şəhəri, 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən Cavabdeh3 bağışlamışdır. Beləliklə də hər iki mənzil bütövlükdə Cavabdeh3 adına keçmişdir. Bu isə vərəsəlik zamanı çox ciddi saxtakarlıq deməkdir. Belə ki, sözügedən miras əmlaklarda iddiaçının və azyaşlı övladının payının olmasına baxmayaraq, həmin şəxslərə heç bir pay verilməmişdir. X3 vəfat edəndən sonra X49 miras əmlakları faktiki olaraq qəbul etməklə onu idarə etmiş, miras əmlaklarda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Yəni atasından qalmış mirasın X49 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, E.V.Abasov mirası öz adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hər bir əmlakda atasından Elçinə vəsiyyətnamə üzrə çatası pay iddiaçıya və azyaşlı oğluna çatmalı idi. Bunun əvəzində isə həmin şəxslərə hər hansı bir pay verilməməsi üçün vərəsəlik işlərinə onların nikahının olmaması barədə saxta arayış əlavə edilmişdir. Bundan başqa, hər iki mənzilin ½ hissəsinə dair Cavabdeh1 adına ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir ki, bu da tamamilə qanunsuzdur. Məlum olduğu kimi sözügedən şəhadətnamələr ancaq birgə nikah dövründə əldə edilmiş əmlaklara verilə bilərdi. Lakin bu mənzillərdən heç bir birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edilməmişdir. Belə ki, ünvan 5 ünvanında yerləşən mənzil Kirovabad şəhər XDS İK-nin qərarı ilə dövlət tərəfindən X17 verilmiş və sonradan əvəzsiz olaraq onun adına özəlləşdirilmişdir. ünvan 6 ünvanında yerləşən mənzili isə iddiaçının əri X49 bibisinin adına almış, sonradan bibisi həmin evi X12 adına bağışlamışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) C.M.Əlliyev İddiaçı iddiasının təmin, X.V.Abbasovanın iddia rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, X49 atasının ölümündən sonra 03 avqust 2013-cü il tarixdə Gəncə şəhərinə gəlmiş və atasının 40 mərasimində iştirak edəndən sonra 12 oktyabr 2013-cü il tarixdə ölkəni tərk etmişdir. Daha sonra X49 31 iyul 2014-cü il tarixdə atasının ildönümü mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş və 05 avqust 2014-cü il tarixdə ölkəni tərk etmişdir. Bununla bağlı 18 iyul 2022-ci il tarixli 33/2828 nömrəli məktubda da qeyd olunanlar öz əksini tapmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X38 isə ümumiyyətlə miras əmlakı qəbul etməmiş və əmlakın idarəetməsində iştirak etməmişdir. Beləliklə də E.V.Abbasov və X.V.Abbasova mərhum atasından qalmış mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. Sonda Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) F.İ.İskəndərov iddianı müdafiə edərək, izahatında bildirdi ki, müstəqil tələb irəli üçüncü şəxs X21 atası X22 02 avqust 2013-cü ildə vəfat etmişdir. X22 vəfat etdikdən sonra ünvan 5, ünvan 1 və ünvan 3 ünvanlarında yerləşən mənzillər miras qalmışdır. X22 vəfat etdikdən sonra miras əmlaklar onun vərəsləri arasında faktiki olaraq bölünmüşdür. Belə ki, razılaşmaya əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərfizadə küçəsi, ev 132, mənzil 25 X27 qalmış, V.H.Abbasovun ölümündən sonra həmin mənzilin açarları X.V.Abbasovada olmuş və X.V.Abbasov Bakı şəhərinə gedərkən həmin mənzildə yaşamışdır. Hazırda da qeyd olunan mənzilin açarları X.V.Abbasovadadır. Bundan başqa, X.V.Abbasova ötən X.V.Abbasova evdə təmir işləri aparmış və evin kommunal xərclərini ödəmişdir. X.V.Abbasova ilə digər vərəsələr arasında mübahisə olmadığına görə X.V.Abbsova mirasın qəbuluna dair ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Lakin yaxın vaxtlarda o, İddiaçı məhkəmədə iddia qaldırmasından xəbərdar olmuşdur. Əsl həqiqətdə isə X10 qalmış miras X38, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmiş, X49 isə Rusiya Federasiyasında yaşadığına görə ümumiyyətlə miras əmlakı qəbul etməmişdir. Sonda F.İ.İskəndərov X.A.Abbasovanın iddiasının təmin, İddiaçı iddiasının isə rədd olunmasını məhkəmədən xahiş etdi. 20 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri 6 saylı notariat ofisindən məhkəməyə daxil olmuş ərizədə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı qərara heç bir etirazın olmadığı bildirilmişdir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı X20 və müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddiaları təmin edilməməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X45 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. Buna görə də o, İddiaçı əri X32 atasından miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi inşa etdirdiyini və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 132 saylı evin 25 saylı mənzilini miras əmlak kimi qəbul etdiyini bilir. Hətta Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 132 saylı evin 25 saylı mənzil X32 mülkiyyətində olmuş və həmin mənzili E.V.Abbasov əvvəlcə bibisinin adına almış, sonradan bibisi bağışlama müqaviləsi əsasında E.V.Abbasovun atasının mülkiyyətinə keçirmişdir. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 132 saylı evin 25 saylı mənzilə sərəncam məsələsi də mərhum E.V.Abbasovun səlahiyyətində olmuşdur. Lakin sonradan təxminən 2020-ci ildə X38 öz anasının icazəsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 132 saylı evin 25 saylı mənzildə müvəqqəti olaraq yaşamağa başlamış və E.V.Abbasovun bundan xəbəri olmamış, həmin hal E.V.Abbasovun anası Cavabdeh1 tərəfindən gizlədilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, İddiaçı Müseyib qızı onun qardaşı qızıdır. 2013-cü ildə X12 ölümündən sonra X14 Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhəri, Yasamal rayonunda yerləşən özünə məxsus mənzili təmir etdirmişdir. O, Bakı şəhəri, Yasamal rayonundakı mənzildə kimin yaşadığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X33 ifadəsində göstərdi ki, İddiaçı onun qaynı qızıdır. 2013-cü ildə X22 vəfat etmiş və X49 atasının hüzür mərasimində iştirak etmişdir. X50 Azərbaycan Respublikasında olarkən Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzilə su axdığını eşitmiş və həmin mənzili təmir etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı ünvanı Kirovabad şəhəri, Sabir küçəsi, 7-ci döngə, 33 olan fərdi yaşayış evi X7 istifadəsində olduğu göstərilmişdir. X7 istifadəsində olan və sonradan ünvanı ünvan 7lan bu mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 1979-cu ilin arxiv məlumatlarına əsasən tikili «A»da 23.8 kvadrat metr bir yaşayış otağından, tikili «B»-də 28.1 kvadrat metr bir yaşayış otağı, 19.1 kvadrat metr örtülü eyvan, 6.5 kvadrat metr mətbəx, 6.8 kvadrat metr mətbəx, 6.8 kvadrat metr dəhliz, 15.2 kvadrat metr zirzəmidən ibarət olmuşdur. Kirovabad şəhər X37 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli 32 nömrəli protokolu ilə verilmiş 954 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 225 saylı (qeydiyyatda olanlar: X22, Cavabdeh1, X49), Cavabdeh1 Gəncə şəhəri 4 notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E-21-20527 saylı reyestrdə, X32 Rusiya Federasiyası Moskva şəhəri notariat kontorunun xx.xx.2005-ci il tarixli 3-577 reyestrdə təsdiq edildiyi razılıq ərizələri, Gəncə şəhər X15 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarından çıxarışına əsasən ünvan 5 X12 adına özəlləşmişdir və onun adına xx.xx.2006cı il tarixli 22973 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-71 saylı mülkiyyət hüququ haqqında və 2V-72 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu mənzil Cavabdeh1 adına keçmişdir və və ona xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-237 saylı daşınmaz daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır. Cavabdeh3 4-cü mikrorayon, 14 saylı evin 12 saylı mənzilinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan 28 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlakın ½ hissəsinə X12 vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəliyi müəyyən edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qalmış arvadı X28 ünvan 5 ünvanında yerləşən əmlakın ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 235 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlak Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil xx.xx.1995-ci il tarixdə X29 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 19 saylı DNK-nın 3M-A3/331 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4-Ə/550 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən 26.080.2003-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq edilmiş 2V-73 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 2V-70 reyestr nömrəli xx.xx.2022-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq edilmiş 4Ə-238 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdə olan 18 iyul 1998-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil X46 tərəfindən X1. İş materiallarında olan 17 iyul 2003-cü il tarixli mənzilin bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil X13 tərəfindən X17 bağışlanmışdır. İşdə olan 28 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilin ½ hissəsinə X12 vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəliyi müəyyən edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qalmış arvadı X28 Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilin ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4071 nömrəli reyestr kitabının 380101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilə Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4071 nömrəli reyestr kitabının 380101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 21 dekabr 2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X22 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ötən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzili X40 vəsiyyət etmişdir. İşdə olan Dövlət Notariat Arxivi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli xx/xx-5544/11 saylı məktubdan görünür ki, Bakı şəhəri 19 saylı dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə təsdiq olunmuş 2V-302 reyestr nömrəli vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan X32 dövlət sərhədindən rəsmi hərəkəti barədə «Giriş-çıxış və qeydiyyat» X2 Axtarış Sistemindən çıxarışdan görünür ki, X49 xx.xx.2013-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2013-cü ildə geri qayıtmış, xx.xx.2014-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2014-cü ildə geri qayıtmış, xx.xx.2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2015-ci ildə geri qayıtmış, xx.xx.2016-cı ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2016-cı ildə geri qayıtmışdır. İşdə olan X-MЮ seriyalı 895574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X49 25 mart 2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür. İş materiallarında olan V-MЮ seriyalı 578072 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Həqiqət Amil qızı 20 iyun 2014-cü ildə nikahlarını X25 Aktlarının Qeydiyyat İdarəsinin X16 Aktlarının Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan Vİİ-MЮ seriyalı 536675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X44 16 noyabr 2010-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Həmin uşağı atası X49, anası isə İddiaçıdır. İş materiallarında olan 14 iyul 2022-ci il tarixdə X41, X30 və X51 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X41, X30 və X51 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilində 5 il (2015-ci ilin avqust ayından 2020-ci ilin iyun ayına kimi) boyunca kirayədə yaşamışlar. X17 məxsus olan bu ev Cavabdeh1 tərəfindən kirayəyə verilmişdir. Cavabdeh1 onlara dönə-dönə bildirmişdir ki, ev Moskva şəhərində yaşayan oğlu X49 tərəfindən alınıb və idarə edilir. Buna görə də kirayə pulunu Cavabdeh1 alırdı və hər ay ödədikləri 450 manat kirayə ev pulunu oğluna göndərdiyini iddia edirdi. X49 atası X12 vəfatından əvvəl və sonra da mütəmadi olaraq təmir işləri aparıb, idarə edib, xərclərini ödəyib, kirayə vermişdir. Hətta özü də 2013-cü ilin oktyabr ayında atasının vəfatından sonra təmir işləri aparıldığı zaman o evdə yaşayıb. O evin təmiri ilə yanaşı mövcud olan bütün əşyaların da yenilərinin alınması xərclərini çəkib. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X40 aid olduğu bildirilən səsin və videogörüntülərin məhkəmə iclasında tədqiqi zamanı E.V.Abbasovun müəyyən olunmayan şəxslə telefon vasitəsi ilə danışdığı və hansısa mənzilin satılmasını tələb etdiyi, bununla əlaqədar narazılığın olduğu müəyyən edilir. Həmin video və audio qeyddə E.V.Abbasovun məhz hansı mənzilə dair mübahisə olmasını və həmin mənzil üzərində hansı əsasla hüququnun yarandığını ifadə etdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, X22 02 avqust 2013-cü ildə Gəncə şəhərində, X49 isə 25 mart 2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür. X22 ölərkən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 14 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilinə mülkiyyət hüquqları mövcud olmuş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmamışdır. X49 isə X10 miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi olaraq qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından isə görünür ki, İddiaçı mərhum əri X49 atası X12 02 avqust 2013-cü ildə ölümündən sonra həmin şəxsdən miras qalmış əmlakı formal olaraq qəbul etməmişdir. Buna görə iddianın faktiki və hüquqi əsaslarının müəyyənləşdirilməsi məqsədi ilə X32 atası X10 miras qalmış əmlakı faktiki qəbul edib-etməməsi araşdırılmış və bu zaman iddiaçı X34 tərəfindən X32 atasından miras qalmış əmlakı qəbul faktiki qəbul etməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı öz iddia tələbinin əsası kimi X32 X10 miras qalmış əmlakı ünvan 9 ünvanda fərdi yaşayış evi tikməklə və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilini təmir etdirməkə qəbul etdiyini bildirsə də, qeyd olunan xüsusatların həqiqiliyi sübutların məcmusu ilə təkzib olunmuşdur. Belə ki, İddiaçı X32 X10 miras qalmış əmlakı ünvan 9 ünvanda fərdi yaşayış evi tikməklə miras əmlakı qəbul etdiyini bildirsə də, həmin mənzilə X12 mülkiyyət hüququ qeydə alınmamışdır. Buna görə də X32 miras əmlaka daxil olmayan həmin əmlakı miras əmlak kimi qəbul etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bundan başqa, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilində X49 tərəfindən təmir işləri aparıldığını bildirsə də, X32 dövlət sərhədindən rəsmi hərəkəti barədə «Giriş-çıxış və qeydiyyat» X2 Axtarış Sistemindən çıxarışla həmin şəxsin xx.xx.2013-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi və xx.xx.2013-cü ildə geri qayıtdığı xx.xx.2014-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi və xx.xx.2014-cü ildə geri qayıtdığı, xx.xx.2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi və xx.xx.2015-ci ildə geri qayıtdığı, xx.xx.2016-cı ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi və xx.xx.2016-cı ildə geri qayıtdığı müəyyən edilmişdir. Göründüyü kimi X49 əmlakın idarə edilməsi məqsədi ilə deyil, 02 avqust 2013-cü ildə vəfat etmiş atası X12 yas və hüzür mərasimlərində, eləcə ölümünün ildönümü mərasimlərində iştirak etmək məqsədi ilə qısa müddətli olaraq, Azərbaycan Respublikasına gəlmişdir. E.V.Abbasovun 2013-2016-cı illərdə Azərbaycan Respublikasında olduğu müddətlərin məhz atasının vəfat etdiyi avqust ayının ikisi tarixinə yaxın tarixdə olması da E.V.Abbasovun mərhum atasının ildönümü məqsədi ilə Azərbaycan Respublikasına gəlməsinə dəlalət edir. Digər tərəfdən İddiaçı özünün məhkəməyə təqdim etdiyi şahid ifadələri də biri digərini təkzib etmiş, hətta şahid X45 öz ifadəsində təxminən 2020-ci ildə X21 öz anası Cavabdeh1 icazəsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 132 saylı evin 25 saylı mənzildə müvəqqəti olaraq yaşamağa başladığını və E.V.Abbasovun bundan xəbəri olmadığını, həmin halın E.V.Abbasovun anası Cavabdeh1 tərəfindən gizlədildiyini bildirmişdir. Halbuki, 2020-ci ildən E.V.Abbasovun ölümünədək 2 il müddət keçmişdir və E.V.Abasovun miras əmlakı faktiki qəbul etdiyi halda 2 il müddət ərzində həmin əmlakda kimin yaşamasından xəbərsiz olması ağlabatan deyildir. Göründüyü kimi İddiaçı əri X49 miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirməmiş, X12 əmlakını faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. Qeyd olunanların əksinə X12 miras əmlakının hansı qaydada idarə olunmasından və ona faktiki sahibliyi kimin etməsindən xəbərsiz olmuşdur. Halbuki, «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bundan başqa, İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 14 iyul 2022-ci il tarixdə X41, X30 və X51 tərəfindən tərtib olunan aktda X41, X30 və X51 2015-ci ilin avqust ayından 2020-ci ilin iyun ayına kimi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzildə kirayədə yaşadıqlarını bildirsələr də X32 atasının öldüyü vaxtda, yəni 2013-cü ilin avqust ayında həmin mənzili təmir etdiyini qeyd etmişlər. X23, X18 və X35 mənzildə kirayədə yaşamağa başladıqları tarixdən təxminən 2 il əvvəlki tarix haqqında müfəssəl məlumat verməyə çalışmaları da həmin sübutun həqiqətə uyğun olmamasına dəlalət edir. Qeyd olunanlardan savayı İddiaçı sübut qismində məhkəməyə təqdim etdiyi məhkəmə iclasında tədqiq olunmuş X40 aid olduğu bildirilən səs və videogörüntülərlə E.V.Abbasovun müəyyən olunmayan şəxslə telefon vasitəsi ilə danışdığı və hansısa mənzilin satılmasını tələb etdiyi, bununla əlaqədar narazılığın olduğu müəyyən edilir. Həmin video və audio qeyddə E.V.Abbasovun məhz hansı mənzilə dair mübahisə olmasını və həmin mənzil üzərində hansı əsasla hüququnun yarandığını ifadə etdiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə E.V.Abbasovla digər vərəsələr arasında həqiqətən də məhz miras əmlaka daxil olan mənzil barəsində mübahisə mövcud olmuşdursa və həmin mübahisə E.V.Abbasova məlum idisə, E.V.Abbasov mirasın qəbul edilməsi barəsində bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində mübahisə açmalı idi. Lakin E.V.Abbasov tərəfindən qeyd olunan mübahisə açılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açılır. «B.Mürsəlovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs X38 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilini faktiki qəbul etməklə orada yaşadığını bildirsə də, mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə X.V.Abbasovanın həmin mənzildə 2020-ci ildə Cavabdeh1 icazəsi ilə yaşadığı müəyyən olunur. Yəni X.V.Abasova 2020-ci ildən sonra Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzildən məhz atasından miras qalmış əmlak kimi deyil, anası Cavabdeh1 mülkiyyətində olan əmlak kimi istifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 Vaqif qızının X10 miras qalmış əmlakı faktiki qəbul etməsi müəyyən olunmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı X20 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X21 İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X20 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçı X24 və müstəqil tələb irəli sürən üçüncü şəxs X27 aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-786/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-786/2022
17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver