Məhkəmə qərarları › İş №e-2(125)-816/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-816/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-816/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, soyuducu SAMSUNG üçün 467.6(dörd yüz altmış yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 46(qırx altı) manat cərimə pulu olmaqla, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon üçün 450.1(dörd yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 45.30(qırx beş manat otuz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə, 1009 manat borcun və 30.09 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, soyuducu SAMSUNG və İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1009(bir min doqquz) manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 601.2(altı yüz bir manat iyirmi qəpik) manat (17 ay x 33.4 manat + 33.4 manat ilkin ödəniş) olan soyuducu SAMSUNG üçün 513.6(beş yüz on üç manat altmış qəpik) manat olmaqla ondan, 467.6(dörd yüz altmış yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 46(qırx altı) manat cərimə pulu xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 550(beş yüz əlli) manat (21 ay x 25 manat + 25 manat ilkin ödəniş) olan İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon üçün 495.4(dörd yüz doxsan beş manat qırx qəpik) manat olmaqla ondan, 450.1(dörd yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 45.30(qırx beş manat otuz qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 233.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, soyuducu SAMSUNG üçün 467.6(dörd yüz altmış yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 46(qırx altı) manat cərimə pulu olmaqla, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon üçün 450.1(dörd yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 45.30(qırx beş manat otuz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə, 1009 manat borcun və 30.09 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, soyuducu SAMSUNG və İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1009(bir min doqquz) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30.09 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 20132961, 00713149 nömrəli alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, soyuducu SAMSUNG üçün 467.6(dörd yüz altmış yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 46(qırx altı) manat cərimə pulu olmaqla, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon üçün 450.1(dörd yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 45.30(qırx beş manat otuz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə, 1009 manat borc və 30.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, soyuducu SAMSUNG üçün 467.6(dörd yüz altmış yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 46(qırx altı) manat cərimə pulu olmaqla, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********17826 SAMSUNG GALAXY A40 markalı telefon üçün 450.1(dörd yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 45.30(qırx beş manat otuz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə, 1009 manat borc və 30.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar