Məhkəmə qərarları › İş №e-2(125)-821/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-821/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-821/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, «HP» komputer üçün 984 (doqquz yüz səksən dörd) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Paltaryuyan «Gorenje» üçün 179 (bir yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Gorenje” ətçəkən üçün 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə,17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 1981 (bir min doqquz yüz səksən bir) manat borc, 39,81 (otuz doqquz manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, «HP» kompüter, İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon, Paltaryuyan «Gorenje» və “Gorenje” ətçəkən almış və nəticədə ümumilikdə 1981 (bir min doqquz yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1785 (bir min yeddi yüz səksən beş) manat (18 ay x 98,5 manat + 12 manat ilkin ödəniş) olan «HP» komputer üçün ümumilikdə, 1082 (bir min səksən iki) manat olmaqla ondan, 984 (doqquz yüz səksən dörd) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1140,2 (bir min yüz qırx manat iyirmi qəpik) manat (18 ay x 58,4 manat + 89 manat ilkin ödəniş) olan İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün ümumilikdə 515 (beş yüz on beş) manat olmaqla ondan, 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan «Gorenje» üçün ümumilikdə 196 (bir yüz doxsan altı) manat olmaqla ondan, 179 (bir yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 343,2 (üç yüz qırx üç manat iyirmi qəpik) manat (12 ay x 28,6 manat + 0 manat ilkin ödəniş) olan “Gorenje” ətçəkən üçün ümumilikdə 188 (bir yüz səksən səkkiz) manat olmaqla ondan, 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2545,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qayda da, bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1785 manat olan «HP» komputer, dəyəri 1140,2 manat olan İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon , dəyəri 1080 manat olan Paltaryuyan «Gorenje» və dəyəri 343,2 manat olan “Gorenje” ətçəkənin dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar «HP» komputer üçün hər ay 98,5 manat, İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün hər ay 58,4 manat, Paltaryuyan «Gorenje» üçün hər ay 60 manat və “Gorenje” ətçəkən üçün hər ay 28,6 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 01 dekabr 2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «HP» komputer üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1785 manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 984 (doqquz yüz səksən dörd) manat borcunu ödəmədiyindən, həmin məbləğə 98 (doxsan səkkiz) manat cərimə hesablanmış; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1140,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 469 (dörd yüz altmış doqquz) manat borcunu ödəmədiyindən, həmin məbləğə 46 (qırx altı) manat cərimə hesablanmış; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Paltaryuyan «Gorenje» üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1080 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 179 (bir yüz yetmiş doqquz) manat borcunu ödəmədiyindən, həmin məbləğə 17 (on yeddi) manat cərimə hesablanmış, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Gorenje” ətçəkən üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 343,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 171 (bir yüz yetmiş bir) manat borcunu ödəmədiyindən, həmin məbləğə 17 (on yeddi) manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh «HP» komputer üçün 984 (doqquz yüz səksən dörd) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə, İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, Paltaryuyan «Gorenje» üçün 179 (bir yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, “Gorenje” ətçəkən üçün 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 1981 (bir min doqquz yüz səksən bir) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 39,81 (otuz doqquz manat səksən bir qəpik) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh «HP» komputer üçün 984 (doqquz yüz səksən dörd) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə, İmei kodu **********14641 olan «Samsung Galaxy A71» markalı telefon üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, Paltaryuyan «Gorenje» üçün 179 (bir yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, “Gorenje” ətçəkən üçün 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 1981 (bir min doqquz yüz səksən bir) manat borc və məhkəmə xərci qismində 39,81 (otuz doqquz manat səksən bir qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar