Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-847/2022 16.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 27 avqust 2020ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 332 manat, dəbbə pulu qismində 96 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə 511 manat, dəbbə pulu qismində 140 manat 40 qəpik, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə ödənilməmiş borcun əvəzi qismində 189 manat, dəbbə pulu qismində 56 manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.186 manat 60 qəpik, dəbbə pulu qismində 207 manat 40 qəpik, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 932 manat, dəbbə pulu qismində 225 manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.126 manat, dəbbə pulu qismində 201 manat 60 qəpik, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.113 manat, dəbbə pulu qismində 249 manat, cəmi 6.564 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 27 avqust 2020-ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 332 manat, dəbbə pulu qismində 96 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə 511 manat, dəbbə pulu qismində 140 manat 40 qəpik, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə ödənilməmiş borcun əvəzi qismində 189 manat, dəbbə pulu qismində 56 manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.186 manat 60 qəpik, dəbbə pulu qismində 207 manat 40 qəpik, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 932 manat, dəbbə pulu qismində 225 manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.126 manat, dəbbə pulu qismində 201 manat 60 qəpik, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.113 manat, dəbbə pulu qismində 249 manat, cəmi 6.564 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh ilə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti 27 avqust 2020-ci il tarixdə 21115409 nömrəli, 31 oktyabr 2020-ci il tarixdə 22006338 nömrəli, 31 oktyabr 2020-ci il tarixdə 22006324 nömrəli, 09 noyabr 2020-ci il tarixdə 22031220 nömrəli, 16 noyabr 2020-ci il tarixdə 22051528 nömrəli, 18 dekabr 2020-ci il tarixdə 22141223 nömrəli, 02 yanvar 2021-ci il tarixdə 22182329 nömrəli müqavilə bağlamışdır. «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti öz öhdəliklərini tam icra etməklə həmin müqavilələr üzrə nəzərdə tutulan məhsulları qüsursuz olaraq, Cavabdeh təhvil vermişdir. Lakin Cavabdeh qeyd olunan müqavilələrdə nəzərdə tutulan öhdəliklərini tam icra etməmiş, ümumi borcundan cəmi 2.010 manat 60 qəpik məbləğində ödəniş etsə də, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə olan 6.564 manat borcunu məhkəməyəqədər həll vasitələrindən istifadə olunmasına baxmayaraq, hazırki tarixədək ödəməmişdir. Buna görə də həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda İ.R.Kazımov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan əşyanın alqı-satqısına dair 27 avqust 2020-ci il tarixli, 21115409 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman DF-143S» markalı soyuducunu 525 manat 60 qəpik məbləğinə, Yeni qızıl zəmanət (meishet) 4 il xidmətini 64 manat 80 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair 31 oktyabr 2020-ci il tarixli, 22006338 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman WFL-60010S» (gümüşü) markalı paltaryuyanı 630 manat məbləğinə, Yeni qızıl zəmanət (meishet) 4 il xidmətini 77 manat 40 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan əşyanın alqı-satqısına dair 31 oktyabr 2020-ci il tarixli, 22006324 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman LED 32F3200» markalı televizoru 336 manat məbləğinə, Yeni qızıl zəmanət (TV) 2 il xidmətini 42 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair 09 noyabr 2020-ci il tarixli, 22031220 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman WFL-60010S» (gümüşü) markalı 1 ədəd paltaryuyanı 676 manat 80 qəpik məbləğinə olmaqla, «Hoffman WFL- 60010S» (gümüşü) markalı 2 ədəd paltaryuyanı, 1 ədəd Yeni qızıl zəmanət (meishet) 4 il xidmətini 79 manat 20 qəpik məbləğinə olmaqla, 2 ədəd Yeni qızıl zəmanət (meishet) 4 il xidmətini «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan əşyanın alqı-satqısına dair 16 noyabr 2020-ci il tarixli, 22051528 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung LED UE43TU8000XRU» markalı 1 ədəd televizoru 1.207 manat 80 qəpik məbləğinə, Yeni qızıl zəmanət (TV) 2 il xidmətini 149 manat 40 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair 18 dekabr 2020-ci il tarixli, 22141223 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman WFL-60010S» (gümüşü) markalı 1 ədəd paltaryuyanı 518 manat 40 qəpik məbləğinə, «Hoffman LED 43F200» markalı 1 ədəd televizoru 696 manat məbləğinə, Yeni qızıl zəmanət (TV) 2 il xidmətini 76 manat 80 qəpik məbləğinə və Yeni qızıl zəmanət (meishet) 4 il xidmətini 60 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan əşyanın alqı-satqısına dair 02 yanvar 2021-ci il tarixli, 22182329 saylı müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Hoffman WFL-7014W» (ağ) markalı 1 ədəd paltaryuyanı 766 manat 80 qəpik məbləğinə, «Hoffman LED 43A3500» markalı 1 ədəd televizoru 736 manat 20 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Mülki işdə olan «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu 27 avqust 2020-ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 332 manat, dəbbə pulu qismində 96 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə 511 manat, dəbbə pulu qismində 140 manat 40 qəpik, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə ödənilməmiş borcun əvəzi qismində 189 manat, dəbbə pulu qismində 56 manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.186 manat 60 qəpik, dəbbə pulu qismində 207 manat 40 qəpik, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 932 manat, dəbbə pulu qismində 225 manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.126 manat, dəbbə pulu qismində 201 manat 60 qəpik, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.113 manat, dəbbə pulu qismində 249 manat, cəmi 6.564 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, öhdəliklərin icra edilməməsinə görə cavabdehdən 27 avqust 2020-ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə tələb edilən 96 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə tələb edilən 140 manat 40 qəpik, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə tələb edilən 56 manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə tələb edilən 207 manat 40 qəpik, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə tələb edilən 225 manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə tələb edilən 201 manat 60 qəpik, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə tələb edilən 249 manat dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ təşkil edir. Buna görə də cavabdehdən 27 avqust 2020-ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 332 manat, dəbbə pulu qismində 10 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 manat, dəbbə pulu qismində 15 manat, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 189 manat, dəbbə pulu qismində 6 manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.186 manat 60 qəpik, dəbbə pulu qismində 28 manat, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 931 manat, dəbbə pulu qismində 25 manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.126 manat, dəbbə pulu qismində 22 manat, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.113 manat, dəbbə pulu qismində 25 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 13 manat 64 qəpikməbləğində hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi qismində isə 72 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 27 avqust 2020-ci il tarixli, 21115409 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 332 (üç yüz otuz iki) manat, dəbbə pulu qismində 10 (on) manat, 31 oktyabr 2020-ci il tarixli, 22006338 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 511 (beş yüz on bir) manat, dəbbə pulu qismində 15 (on beş) manat, 31 oktyabr 2020-ci il tarixli, 22006324 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 189 (bir yüz səksən doqquz) manat, dəbbə pulu qismində 6 (altı) manat, 09 noyabr 2020-ci il tarixli, 22031220 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.186 (bir min bir yüz səksən altı) manat 60 (altmış) qəpik, dəbbə pulu qismində 28 (iyirmi səkkiz) manat, 16 noyabr 2020-ci il tarixli, 22051528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 931 (doqquz yüz otuz bir) manat, dəbbə pulu qismində 25 (iyirmi beş) manat, 18 dekabr 2020-ci il tarixli, 22141223 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.126 (bir min bir yüz iyirmi altı) manat, dəbbə pulu qismində 22 (iyirmi iki) manat, 02 yanvar 2021-ci il tarixli, 22182329 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.113 (bir min bir yüz on üç) manat, dəbbə pulu qismində 25 (iyirmi beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat, cəmi 5.591 (beş min beş yüz doxsan bir) manat 60 (altmış bir) qəpik məbləğində pul vəsati tutulsun. «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-847/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-847/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver