Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-853/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Vəkil1, Cavabdeh və nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X15 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2021-ci ildə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum Q.Q.Həsrətovun ikinci nikahdan olan arvadıdır. Mərhum Q.Q.Həsrətovun vəfatından sonra tərəflər arasında miras qalmış əmlaklarla bağlı mübahisə olmuş və tərəflər iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh İddiaçı X2 qalmış mirası qəbul etmələrinin müəyyən edilməsi, X2 miras qalmış ünvan 1 saylı fərdi yaşayış evindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3113 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsindən, “Mercedes Benz ML320” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən 8/14 hissədə Cavabdeh, 6/14 hissədə İddiaçı paylarının müəyyən edilməsi, X2 miras qalmış Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.961235 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9298 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9395 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.320422 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.0289 ha torpaq sahəsindən (xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yerdə qalan hissəsi) və Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən qanun üzrə vərəsəlik üzrə 1/7 hissədə ilkin iddia üzrə iddiaçı Cavabdeh, 6/7 hissədə ilkin iddia üzrə cavabdeh İddiaçı vərəsəlik üzrə mülkiyyət paylarının müəyyən edilməsi, cavabdehlər İddiaçı, X6, X12, X7, X8 və X3 50571 (əlli min beş yüz yetmiş bir) ABŞ dolları məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermişlər və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və tərəflər qətnaməyə uyğun olaraq öz paylarına çıxarış almışlar. Məhkəməyə müraciət edilərkən tərəflər X9 adına olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0.8566 ha torpaq sahəsinə dair iddia tələbi irəli sürməmişlər və hazırda da həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında X9 adınadır. Odur ki, həmin miras mülkə dair payın müəyyən edilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edilir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən də göründüyü kimi miras əmlakı İddiaçı, eyni zamanda iddiaçının bacıları X10, X8, X7, X12, X6 və Cavabdeh qəbul etmişlər. İşin faktiki hallarından da görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0.8566 ha torpaq sahəsi mərhum X15 ilə Cavabdeh nikahından əvvəl əldə edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən X13 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 2.58 ha torpaq sahəsi verilmiş xx.xx.2004-cü il tarixli JN-353 saylı dövlət aktı işlənilmişdir. Həmin torpaq sahəsinin müəyyən hissəsi başqa şəxslərə satılmış və sonda yerdə qalan 0.8566 ha torpaq sahəsinə dair X9 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda bildirilir ki, mərhum X9 vərəsələrindən X10, X8, X7, X12 və X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələri ilə, X12, X6, X7, X8 və X10 mərhum atalarından miras qalmış bütün əmlakdan bir vərəsə kimi onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər. Odur ki, miras mülkə dair iddiaçının 6/7 hissədə iddiaçının, 1/7 hissədə isə Cavabdeh payı tanınmalıdır. Аzərbaycan Рespublikası Мülki Мəcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, X2 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh İddiaçı X2 qalmış mirası qəbul etmələrinin müəyyən edilməsi, X2 miras qalmış ünvan 1 saylı fərdi yaşayış evindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3113 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsindən, “Mercedes Benz ML320” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən 8/14 hissədə Cavabdeh, 6/14 hissədə İddiaçı paylarının müəyyən edilməsi, X2 miras qalmış Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.961235 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9298 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9395 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.320422 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.0289 ha torpaq sahəsindən (xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yerdə qalan hissəsi) və Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən qanun üzrə vərəsəlik üzrə 1/7 hissədə ilkin iddia üzrə iddiaçı Cavabdeh, 6/7 hissədə ilkin iddia üzrə cavabdeh İddiaçı vərəsəlik üzrə mülkiyyət paylarının müəyyən edilməsi, cavabdehlər İddiaçı, X6, X12, X7, X8 və X3 50571 (əlli min beş yüz yetmiş bir) ABŞ dolları məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10466/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 207.7 kv.m olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, **********13-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X9 adınadır. Gəncə şəhər Məhkəməsinn xx.xx.2023-evv il tarixli, 2(044)-134/2022 saylı icra vərəqəsi və qətnaməsinə əsasən X9 vərəsəsi İddiaçı ********** qeydiyyat nömrəli ərizəsi icraata qəbul edilmişdir. Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-102 saylı alqısatqı müqaviləsinə əsasən X15 0.8966 ha torpaq sahəsinin 0.04 ha hissəsini X1. X13 özündə qalan 0.8566 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7554 saylı məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsində 0.8566 ha torpaq sahəsinə istinad edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh nümayəndəsi, Vəkil2nın ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddia təmin edilməli və X2 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-853/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-853/2024
29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver