Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-855/2024 29.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, «Playstation 5», «PS5 Dualsense Pult» üçün 1268,54 (bir min iki yüz altmış səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 126,46 (bir yüz iyirmi altı manat qırx altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün 423,96 (dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 42,04 (qırx iki manat dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Fen «Philips», Mikrodalğalı soba «LG» üçün 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 35,96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 2253 (iki min iki yüz əlli üç) manat borc və 42,53 (qırx iki manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, «Playstation 5», «PS5 Dualsense Pult», «Trimmer Braun», «LG» Ev Kinoteatrı və Fen «Philips», Mikrodalğalı soba «LG» almış və nəticədə ümumilikdə 2253 (iki min iki yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1691,04 (bir min altı yüz doxsan bir manat dörd qəpik) manat (12 ay x 140,92 manat + 0 manat ilkin ödəniş) olan «Playstation 5», «PS5 Dualsense Pult» üçün ümumilikdə, 1395 (bir min üç yüz doxsan beş) manat olmaqla ondan, 1268,54 (bir min iki yüz altmış səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 126,46 (bir yüz iyirmi altı manat qırx altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 633,96 (altı yüz otuz üç manat doxsan altı qəpik) manat (12 ay x 52,83 manat + 0 manat ilkin ödəniş) olan «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün ümumilikdə 466 (dörd yüz altmış altı) manat olmaqla ondan, 423,96 (dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,04 (qırx iki manat dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 428,04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat (18 ay x 23,78 manat + 0 manat ilkin ödəniş) olan Fen «Philips», Mikrodalğalı soba «LG» üçün ümumilikdə 392 (üç yüz doxsan iki) manat olmaqla ondan, 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 35,96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 704,5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qayda da, bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1691,04 (bir min altı yüz doxsan bir manat dörd qəpik) manat olan «Playstation 5», «PS5 Dualsense Pult», dəyəri 633,96 (altı yüz otuz üç manat doxsan altı qəpik) manat Trimmer Braun», «LG» Ev Kinoteatrı, dəyəri 428,04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat olan Fen «Philips», Mikrodalğalı soba «LG» dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar «Playstation 5», «PS5 Dualsense Pult» üçün hər ay 140,92 manat, «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün hər ay 52,83 manat və Fen «Philips», Mikrodalğalı soba «LG» üçün hər ay 23,78 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 07 dekabr 2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «Playstation 5», «PS5 Dualsense Pult» üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1691,04 (bir min altı yüz doxsan bir manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1268,54 (bir min iki yüz altmış səkkiz manat əlli dörd qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 126,46 (bir yüz iyirmi altı manat qırx altı qəpik) manat cərimə hesablanmış; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 633,96 (altı yüz otuz üç manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 423,96 (dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 42,04 (qırx iki manat dörd qəpik) manat cərimə hesablanmış; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Fen «Philips», Mikrodalğalı soba «LG» üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 428,04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 35,96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 204,46 (iki yüz dörd manat qırx altı qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh «Playstation 5», «PS5 Dualsense Pult» üçün 1268,54 (bir min iki yüz altmış səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün 423,96 (dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, Fen «Philips», Mikrodalğalı soba «LG» üçün 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2052,54 (iki min əlli iki manat əlli dörd qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 42,53 (qırx iki manat əlli üç qəpik) manat dövlət rüsumunun 40,52 (qırx manat əlli iki qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh «Playstation 5», «PS5 Dualsense Pult» üçün 1268,54 (bir min iki yüz altmış səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, «Trimmer Braun», «LG» Ev Kinoteatrı üçün 423,96 (dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, Fen «Philips», Mikrodalğalı soba «LG» üçün 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2052,54 (iki min əlli iki manat əlli dörd qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 40,52 (qırx manat əlli iki qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-855/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-855/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver