Məhkəmə qərarları › İş №e-2(125)-865/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-865/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-865/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, 22020659 nömrəli müqavilə üzrə 394 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 22049566 nömrəli müqavilə üzrə 283 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla, cəmi 744 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********22875 “X5 9” markalı telefon, “İMEİ kodu **********21404 “X5 9” markalı telefon, “X6” Qulaqlıq, Ekran Qoruyucu- 2 ədəd, İMEİ kodu **********25944 “X5 9” markalı telefon almış və nəticədə 744 (yeddi yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 1321,2 manat (18 ay x 67,9 manat + 99 manat ilkin ödəniş), İMEİ kodu **********22875 “X5 9” markalı telefon, İMEİ kodu **********21404 “X5 9” markalı telefon, “X6” Qulaqlıq, Ekran Qoruyucu - 2 ədəd üçün ümumilikdə 433 manat olmaqla ondan, 394 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 583,4 manat (18 ay x 28,3 manat + 74 manat ilkin ödəniş), İMEİ kodu **********25944 “X5 9” markalı telefon üçün ümumilikdə, 311 manat olmaqla ondan, 283 manat ödənilməmiş hissə, güzəşt olunaraq 28 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21404 “X5 9” markalı telefondan və X4 (Rəqəmsal) 2 il xidmətindən xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 587 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 340,2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 587 manat, ümumilikdə, 927,2 manat təşkil edir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 300,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22020659 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 507,40 manat, İMEİ kodu **********22875 olan “X5 9” markalı telefon, qiyməti 507,80 manat, İMEİ kodu **********21404 “X5 9” markalı telefon, iki ədəd iki illik qızıl zəmanət (rəqəmsal), iki ədəd telefon quraşdırma xidməti, qiyməti 64,80 manat olan “X6” qulaqlıqdan iki ədəd, qiyməti 9 manat olan ekran qoruyucudan iki ədəd nisyə qaydada almış, müqavilənin ümumi qiyməti 1321,20 manat olmuşdur. Cavabdeh müqavilə üzrə 99 manat ilkin ödəniş etməyi, qalıq məbləği hər ay 67,90 manat olmaqla 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22049566 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********25944 olan “X5 9” markalı telefonu nisyə qaydada 583,4 manata almış, malın qiymətini 74 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləği ayda 28,3 manat olmaqla 18 ay müddətinə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 927,20 manat ödəmiş, 394 manat borcu qalmışdır. Ödənişlərin 180 gün gecikdirilməsinə görə 39 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22049566 nömrəli müqavilə üzrə 300,4 manat ödəmiş, 283 manat borcu qalmışdır. Ödənişlərin 300 gün gecikdirilməsinə görə 28 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyin mövcud olmasını sübutetmə yükü kreditorun, öhdəliyin icra edilməsini sübutetmə yükü isə borclunun üzərinə düşür. İddiaçının təqdim etdiyi sənədlər əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqavilələrinin bağlanaraq müqavilələrdə göstərilən əşyaların cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyi pozduğundan iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, 22020659 nömrəli müqavilə üzrə 394 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 22049566 nömrəli müqavilə üzrə 283 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla ümumilikdə 744 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22020659 nömrəli müqavilə üzrə 394 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli, 22049566 nömrəli müqavilə üzrə 283 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla ümumilikdə 744 manat (yeddi yüz qırx dörd manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz manat) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar