Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-874/2022 16.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 27 noyabr 2019-cu il tarixli, NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.485 manat 88 qəpik, dəbbə pulu qismində 264 manat 12 qəpik, cəmi 2.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 27 noyabr 2019-cu il tarixli, NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.485 manat 88 qəpik, dəbbə pulu qismində 264 manat 12 qəpik, cəmi 2.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı qiyməti 3.135 manat 88 qəpik olan 1 ədəd 2018-ci ildə istehsal olunmuş divardan asılan məişət qaz qazanını sənəd ləvazimatları ilə birlikdə Cavabdeh təhvil vermiş, Cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. X1 qalan borcu 2.485 manat 88 qəpik, dəbbə pulu 4.370 manat 71 qəpik olmaqla, cəmi 6.856 manat 59 qəpik təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 657 gün müddətində gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 17 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə2 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 noyabr 2019-cu il tarixli NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 2018-ci ildə istehsal olunmuş divardan asılan məişət qaz qazanını 18 ay müddətində hissə-hissə ödəmək şərti ilə 3.135 manat 88 qəpik məbləğinə İddiaçındən almışdır. İşdə olan 04 dekabr 2019-cu il tarixli əmlakın təhvil təslim aktının surətindən görünür ki, 27 noyabr 2019-cu il tarixli NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2018-ci ildə istehsal olunmuş divardan asılan məişət qaz qazanı İddiaçı tərəfindən 04 dekabr 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli maliyyə arayışının surətindən görünü ki, Cavabdeh İddiaçınə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 2.485 manat 88 qəpik, dəbbə pulu qismində 4.370 manat 71 qəpik təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 27 noyabr 2019-cu il tarixli, NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və ödənilməmiş əsas borc qismində 2.485 manat 88 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun bütün əsaslı mənafelərini və ödənilməmiş əsas borcun məbləğini nəzərə alaraq, 264 manat 12 qəpik təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 27 noyabr 2019-cu il tarixli, NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.485 manat 88 qəpik, dəbbə pulu qismində 30 manat, cəmi 2.515 manat 88 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 27 noyabr 2019-cu il tarixli, NAS-01/492/19-Gən saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.485 (iki min dörd yüz səksən beş) manat 88 (səksən səkkiz) qəpik, dəbbə pulu qismində 30 (otuz) manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 (qırx yeddi) manat 50 (əlli) qəpik, cəmi 2.563 (iki min beş altmış üç) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-874/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-874/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver