Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-876/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon üçün 594,7 (beş yüz doxsan dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 178,41 (bir yüz yetmiş səkkiz manat qırx bir qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon üçün 342,7 (üç yüz qırx iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 102,81 (bir yüz iki manat səksən bir qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon üçün 342,2 (üç yüz qırx iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 102,66 (bir yüz iki manat altmış altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 1663,48 manat borc və 36,64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********48219 SAMSUNG GALAXYA34 markalı telefon, İmei kod **********88602 SAMSUNG GALAXYA24 markalı telefon, İmei kod **********07207 SAMSUNG GALAXY A14 markalı telefon almış və nəticədə 1663.48 (min altı yüz altmış üç manat, 48 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 973.08 (doqquz yüz yetmiş üç manat, 8 qəpik) manat (18 ay x 54.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48219 SAMSUNG GALAXY A34 markalı telefon üçün ümumilikdə, 773.11 (yeddi yüz yetmiş üç manat, 11 qəpik) manat olmaqla ondan, 594.7 (beş yüz doxsan dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 178.41 (yüz yetmiş səkkiz manat, 41 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********88602 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 445.51 (dörd yüz qırx beş manat, 51 qəpik) manat olmaqla ondan, 342.7 (üç yüz qırx iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102.81 (yüz iki manat, 81 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518.04 (beş yüz on səkkiz manat, 4 qəpik) manat (18 ay x 28.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********07207 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə, 444.86 (dörd yüz qırx dörd manat, 86 qəpik) manat olmaqla ondan, 342.2 (üç yüz qırx iki manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102.66 (yüz iki manat,66 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 799.52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 973.08 (doqquz yüz yetmiş üç manat, səkkiz qəpik) manat olan İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon, dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon, dəyəri 518.04 (beş yüz on səkkiz manat, dörd qəpik) manat İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon üçün hər ay 54,06 manat, İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon üçün hər ay 49 manat və İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon üçün hər ay 28,78 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 06 dekabr 2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 973,08 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 594,7 (beş yüz doxsan dörd manat yetmiş qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 178,41 (bir yüz yetmiş səkkiz manat qırx bir qəpik) manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 588 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 342,7 (üç yüz qırx iki manat yetmiş qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 102,81 (bir yüz iki manat səksən bir qəpik) manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 518,04 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 342,2 (üç yüz qırx iki manat iyirmi qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 102,66 (bir yüz iki manat altmış altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 383,88 (üç yüz səksən üç manat səksən səkkiz qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 15 (on beş) manat məbləğində müəyyən edilməlidir Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon üçün 594,7 (beş yüz doxsan dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon üçün 342,7 (üç yüz qırx iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon üçün 342,2 (üç yüz qırx iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 1294,6 (bir min iki yüz doxsan dörd manat altmış qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 36,64 (otuz altı manat altmış dörd qəpik) manat dövlət rüsumunun 32,94 (otuz iki manat doxsan dörd qəpik) manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********48219 «Samsung Galaxy A34» markalı telefon üçün 594,7 (beş yüz doxsan dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, İmei kod **********88602 «Samsung Galaxy A24» markalı telefon üçün 342,7 (üç yüz qırx iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, İmei kod **********07207 «Samsung Galaxy A14» markalı telefon üçün 342,2 (üç yüz qırx iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 1294,6 (bir min iki yüz doxsan dörd manat altmış qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 32,94 (otuz iki manat doxsan dörd qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-876/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-876/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver