Məhkəmə qərarları › İş №e-2(125)-88/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-88/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-88/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14261,48 (on dörd min iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 132,79 (bir yüz otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 14394,67 (on dörd min üç yüz doxsan dörd manat altmış yeddi qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiyini qeyd edib, işə mahiyyəti üzrə baxılmasını tələb etməməklə yanaşı, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən, Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132,79 (bir yüz otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132,79 (bir yüz otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar