Məhkəmə qərarları › İş №e-2(125)-884/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-884/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-884/2024 07.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 279.69 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RAZ********** nömrəli, xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinə əsasən, X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su axıdılması nəticəsində qismən zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı, 279,69 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 279,69 manat, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 1 ünvanında yerləşən 47 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X1 şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 1, mənzil 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün 140 manat azadolma məbləği ilə 45960 manat məbləğində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığortalanmışdır. İş materiallarında olan Kooperativ Binalar üzrə Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus İV mikrorayon bina 1, mənzil 49-dan axıdılan su X4 məxsus 4-cü mikrorayon, bina 1, mənzil 47-nin iş otağı və mətbəxini pis vəziyyətə salmışdır. İş materiallarına əlavə edilmiş X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin ilkin hesabatına əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına subasma nəticəsində dəymiş ziyanın ümumi miqdarı 420 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərib edilmiş, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmış ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsini xx.xx.2023cü il tarixdə subasma nəticəsindən dəymiş 420 manat zərərdən 140 manat azadolma və 0.31 manat sığorta haqqı çıxılmaqla X5 279.69 manat ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 279.69 manat manat ödəniş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki işin tədqiq edilmiş halları nəticəsində müəyəyn edilmişdir, sığortaçı olan iddiaçı cavabdeh tərəfindən suaxıdılması nəticəsində vurulmuşun zərərin əvəzini sığortalıya ödəmişdir. Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan hazırkı cavabdehə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçı istifadə etmiş və sığorta ödənişinin əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd eidlənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 279 (iki yüz yetmiş doqquz) manat 69 (altmış doqquz) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar