Məhkəmə qərarları › İş №e-2(125)-894/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-894/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-894/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə Luna çarpayı, Luna dolab, Luna termo, Luna tumba, Döşək Uretan və Luna tumba üçün 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi 5 Plus 3 markalı telefon və 32 GE X5 SDHC UHS-İ card üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung J2 2018 DS markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung J markalı telefon üçün 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə X6 üçün 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat pulun və 86,36 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı MMC-in nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 5904 manat olan Luna markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və Uretan markalı döşək üçün 2214 manat ödəniş etdikdən sonra 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 840 manat olan Xiaomi Redmi 5 Plus 3 markalı telefon və 1 ədəd Sandisk markalı yaddaş kartı üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 408 manat olan Samsung J2 2018 DS markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə alqısatqı qiyməti 288 manat olan Samsung J markalı telefon üçün 176,20 manat ödəniş etdikdən sonra 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 96 manat olan X6 üçün 40,52 manat ödəniş etdikdən sonra 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini hissə-hissə olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı məhkəməyə yazılı ərizəsini təqdim etdiyini göstərərək, iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Luna markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, Uretan markalı döşək və Mi markalı 1 ədəd power bank avadanlığını 26 ay müddətinə hər ay 250 manat, son iki ayda isə 246 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, K00200669 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Xiaomi Redmi 5 Plus 3 markalı telefon, 1 ədəd Sandisk markalı yaddaş kartı və Mi markalı 1 ədəd power bank avadanlığını 24 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, K00243635 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Samsung J2 2018 DS markalı və Xiaomi Redmi 5 Plus 3 maralı telefonları 12 ay müddətinə hər ay 34 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, 14862 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Samsung J 106 DS markalı telefonu 18 ay müddətinə hər ay 16 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3690 manat ödənilməmiş məbləğ 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 840 manat ödənilməmiş məbləğ 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 408 manat ödənilməmiş məbləğ 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 111,8 manat ödənilməmiş məbləğ 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55,48 manat ödənilməmiş məbləğ 46,52 manat cərimə olmaqla ümumilikdə 6636 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, Cavabdeh İmkan oğlu tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 252,15 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarxidə 246 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246,84 manat, xx.xx.2018-ci il tarixdə 250 manat və xx.xx.2018-ci il tarixdə 258 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə 35 manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, mülki işə mahiyyəti üzrə baxaraq¸ İddiaçı ona qarşı pul tələbinə dair iddiaya iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş hallarından görünür ki, alqı-satqı müqavilələri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində bağlanmaqla müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci ildə, xx.xx.2019-cu ildə, və xx.xx.2019-cu il tarixlərdə bitmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilsə belə iddia müddəti keçmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar