Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-896/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1151 (bir min bir yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumuna görə 31,51 (otuz bir manat əlli bir qəpik) manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə 10 (on) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində Gəncə şəhəri ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 931 (doqquz yüz otuz bir) manat, “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 220 (iki yüz iyirmi) manat, ümumilikdə isə 1151 (bir min bir yüz əlli bir) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər DYPŞ-nin tərtib etdiyi X12 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Kia Sorento”markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin qanunun 23.1.6-cı maddəsinə görə Sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 14 aprel 2023-cü il tarixli, 0462/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki tarixədək cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 23 yanvar 2023-cü il tarixində saat təqribən 19:20 radələrində etibarnamə olmadan idarə etdiyi Cavabdeh1 mülkiyyətində olan “Kia Sorento”markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr edərək, 2 avtomobilin arasından keçmək istəyərkən, bu zaman sağında olan “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və solunda dayanmış vəziyyətdə olan “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə DYPŞ əməkdaşları gəlmiş və Gəncə şəhər DYPŞ-nin qərarı ilə o, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş zərər həddindən artıq şişirdilmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 08 fevral 2023-cü il tarixli, 715 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 220 (iki yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. 08 fevral 2023-cü il tarixli, 714 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 931 (doqquz yüz otuz bir) manat sığorta ödənişi edilmişdir. 14 aprel 2023-cü il tarixli, 0462/23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 ünvanlanmış məktubunda subroqasiya hüququ əsasında 1151 manat məbləğdə vəsaiti 7 iş günü ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödəməsi xahiş edilmiş, qeyd olunan tarixədək həmin vəsaitin tərəfindən ödənilməyəcəyi təqdirdə ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi və bu zaman müvafiq məhkəmə xərcləri də əlavə olaraq ondan tələb ediləcəyi bildirilmişdir. 07 fevral 2023-cü il tarixli, CM0156/23 nömrəli sığorta aktının surətindən görünür ki, “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində saat 19:20 radələrində Gəncə şəhərində sığortalanmış “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən şəxs Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. X2 məxsus “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Əmlaka dəyən zərərin məbləği 931 AZN-dir və sığorta ödənişinin yekun məbləği 931 AZN-dir. 0389/23 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş zərər 536 manat, görülən işlərin qiyməti 395 manat, cəmi 931 manat təşkil edir. 07 fevral 2023-cü il tarixli, CM0155/23 nömrəli sığorta aktının surətindən görünür ki, “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində saat 19:20 radələrində Gəncə şəhərində sığortalanmış “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən şəxs Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. X1 məxsus “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Əmlaka dəyən zərərin məbləği 220 AZN-dir və sığorta ödənişinin yekun məbləği 220 AZN-dir. 0388/23 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 220 manat təşkil edir. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə mülki məsuliyyətini icbari sığorta üzrə "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış, müqavilənin qüvvədən düşmə müddəti xx.xx.2023-cü il tarix göstərilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-16(125)-149/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, e-2(125)-8123/2023 nömrəli mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəsini alanadək, Cavabdeh1 məxsus “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması qərara alınmışdır. AC640962 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 sürücülük hüququ vardır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:20 dəqiqədə Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, sürücüsü Cavabdeh2dur. Sürücü avtonəqliyyat vasitəsini etibarnaməsiz, ayıq vəziyyətdə idarə etmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər məlumatın surətindən görünür ki, “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində zərər dəymiş, həmin avtomobilin mülkiyyətçisi X6, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxsdə X4r. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan X12 haqqında” qərarın surətindən görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələri ilə inzibati xətalar törədilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” X11 Protokolun surətindən görünür ki, 23 yanvar 2023-cü il tarixində saat 19:20-də Cavabdeh2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələrində göstərilən hallara yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Kia Sorento” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən 23 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Gəncə DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan X12 haqqında” qərara əsasən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələri ilə inzibati xətalar törədilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı 1151 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. İddiaçı zərərin əvəzini ödənilməsini hər iki cavabdehdən tələb edə bilər. Çünki Cavabdeh1 ona məxsus avtomobili Cavabdeh2 qanuni əsaslar olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsə etibarnamə əsasında vermədiyindən, həmin avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 sahibliyində olduğundan və onun bilavasitə hərəkətləri ilə üçüncü şəxslərə zərər vurulduğundan zərərin əvəzini ödəmək vəzifəsi qanuni əsaslar olmadan sahiblik edən Cavabdeh2 və avtomobilin mülkiyyətçisi Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1151 (bir min yüz əlli bir) manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,51 (otuz bir manat əlli bir qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmiş müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmiş və Gəncə Şəhər Məhkəməsinin e-16(125)-149/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, e-2(125)-8123/2023 nömrəli mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəsini alanadək, Cavabdeh1 məxsus “Kia Sorento” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması qərara alınmışdır. Buna görə də məhkəmə, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə 10 (on) manat məbləğində pulun da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 1151 (bir min yüz əlli bir) manat, məhkəmədə iddia qaldırmaq məqsədilə dövlət rüsumu kimi ödənilmiş 31,51 (otuz bir manat əlli bir qəpik) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə ödənilmiş 10 (on) manat olmaqla, cəmi 1192,51 (bir min yüz doxsan iki manat əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-896/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-896/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver