Məhkəmə qərarları › İş №e-2(125)-912/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-912/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-912/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63342 X3 9S markalı telefon üçün 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********54046 Samsung GalaxyA41 markalı telefon üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X4, Paris Jurnal masa üçün 1672 (min altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 167 (yüz altmış yeddi)manat cərimə olmaqla, ümumilikdə 2519 manat borcun və 45.19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63342 X3 9S markalı telefon, İmei Kodu **********54046 Samsung Galaxy A41 markalı telefon, X4, Paris Jurnal masa almış və nəticədə 2519 (iki min beş yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat (12 ay x 50.5 manat + 90 manat ilkin ödəniş) İmei kodu **********63342 X3 9S markalı telefon üçün ümumilikdə, 110 (yüz on) manat olmaqla ondan, 100 (yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642.8 (altı yüz qırx iki manat səksən qəp) manat (18 ay x 30.6 manat + 92 manat ilkin ödəniş) İmei Kodu **********54046 Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 570 (beş yüz yetmiş) manat olmaqla ondan, 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 (əlli bir) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2112 (iki min yüz on iki) manat (24 ay x 88 manat + 0 manat ilkin ödəniş) X4, Paris Jurnal masa üçün ümumilikdə, 1839 (min səkkiz yüz otuz doqquz) manat olmaqla ondan, 1672 (min altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 167 (yüz altmış yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1159.8 manat təşkil edir. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63342 X3 9S markalı telefon, İmei Kodu **********54046 Samsung Galaxy A41 markalı telefon, X4, Paris Jurnal masa almış və nəticədə 2519 (iki min beş yüz on doqquz) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 45.19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63342 X3 9S markalı telefon üçün 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********54046 Samsung GalaxyA41 markalı telefon üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X4, Paris Jurnal masa üçün 1672 (min altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 167 (yüz altmış yeddi)manat cərimə olmaqla, ümumilikdə 2519 manat borc və 45.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-cü maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63342 X3 9S markalı telefon üçün 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********54046 Samsung GalaxyA41 markalı telefon üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X4, Paris Jurnal masa üçün 1672 (min altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 167 (yüz altmış yeddi)manat cərimə olmaqla, ümumilikdə 2519 manat borc və 45.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar