Məhkəmə qərarları › İş №e-2(125)-973/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-973/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-973/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1189 (min yüz səksən doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 356.7 (üç yüz əlli altı) manat, 70 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu HOFFMANN üçün 687 (altı yüz səksən yeddi) manat ödənilməmiş hissə, 206.1 (iki yüz altı) manat 10 qəpik cərimə olmaqla, ümumilikdə 2438.8 manat borc, 44.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən SAMSUNG TV, soyuducu HOFFMANN almış və nəticədə 2438.8 (iki min dörd yüz otuz səkkiz) manat 80 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1311 (min üç yüz on bir) manat (18 ay x 70.5 manat + 42 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə 1545.7 (min beş yüz qırx beş) manat 70 qəpik olmaqla ondan, 1189 (min yüz səksən doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 356.7 (üç yüz əlli altı) 70 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1195.98 (min yüz doxsan beş) manat 98 qəpik (18 ay x 58.11 manat + 150 manat ilkin ödəniş) olan soyuducu HOFFMANN üçün ümumilikdə, 893.1 (səkkiz yüz doxsan üç) manat 10 qəpik olmaqla ondan, 687 (altı yüz səksən yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 206.1 (iki yüz altı) manat, 10 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 630.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024 -cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qəradadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, SAMSUNG TV üçün 1189 (min yüz səksən doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 356.7 (üç yüz əlli altı) manat, 70 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu HOFFMANN üçün 687 (altı yüz səksən yeddi) manat ödənilməmiş hissə, 206.1 (iki yüz altı) manat 10 qəpik cərimə olmaqla, ümumilikdə 2438.8 manat borc, 44.39 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu ildə doğulmuş Cavabdeh soyadı, adı və ata adını X4 dəyişdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X6 məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdeh X3 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh (X6) cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1195.98 manat (18 ay x 58.11 manat + 150 manat ilkin ödəniş) olan soyuducu HOFFMANN almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh (X6) cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1311 manat (18 ay x 70.5 manat + 42 manat ilkin ödəniş) olan SAMSUNG TV almışdır. Mülki işin materiallarında olan maliyyə arayığından müəyyən edilir ki, sözügedən müqavilələr üzrə cavabdehin "xxxx" MMC-yə cəmi 2438.8 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmədə iştirak etmiş və borcu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 79.23 (yetmiş doqquz) manat 23 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (X6) arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1189 (min yüz səksən doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 356.7 (üç yüz əlli altı) manat, 70 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu HOFFMANN üçün 687 (altı yüz səksən yeddi) manat ödənilməmiş hissə, 206.1 (iki yüz altı) manat 10 qəpik cərimə olmaqla, ümumilikdə 2438.8 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44.39 manat məbləğində pul cavabdeh X1 tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə X6 (Cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1189 (min yüz səksən doqquz) manat ödənilməmiş hissə, 356.7 (üç yüz əlli altı) manat, 70 qəpik cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu HOFFMANN üçün 687 (altı yüz səksən yeddi) manat ödənilməmiş hissə, 206.1 (iki yüz altı) manat 10 qəpik cərimə olmaqla, ümumilikdə 2438.8(iki min dörd yüz otuz səkkiz) manat 80 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44.39 manat məbləğində pul cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar