Məhkəmə qərarları › İş №e-2(125)-998/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-998/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-998/2023 10.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subraqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin subraqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 10600 (on min altı yüz) manat zərər məbləğinin və ödənilmiş 121,8 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində saat 02:00 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X14 və X11 vəfat etmiş, həmçinin sonuncu avtomobilə maddi zərər dəymişdir. “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X4 idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 600 (altı yüz) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2020-ci il tarixli, AZ İİ seriyalı, 083388 və AZ İİ seriyalı, 083389 saylı ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, X14 və X11 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 5000,00 manat zərərin məbləği olaraq zərərçəkmiş şəxsin hüquqi varisi olan X9 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 5000,00 manat zərərin məbləği olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X5 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 600,00 manat zərərin məbləği olaraq zərərçəkmiş şəxs X4 bank hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 1(100)-108/2020 nömrəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 4-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü maddəsi ilə 3 (üç) il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmış, əlavə cəza əsas cəzaya birləşdirilmiş və Cavabdeh qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. xx.xx.2020-ci il tarixli, 1(100)-108/2020 nömrəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Gəncə Şəhər BPİ-nin İTİ-nin xx.xx.2021-ci il tarixli, ********* saylı YNH təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və hadisə yerindən qaçmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, X1 mülkiyyətində olan “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə mülki məsuliyyətini icbari sığorta üzrə "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlamış, müqavilənin qüvvədən düşmə müddəti xx.xx.2020-ci il tarix göstərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-108/2020 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü maddəsi ilə 3 (üç) il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmış, əlavə cəza əsas cəzaya birləşdirilmiş və Cavabdeh qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. Gəncə şəhər BPİ-nin İTİ-nin xx.xx.2021-ci il tarixli, ********* saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh alkoqullu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 0427-06/21 nömrəli qiymətləndirmə aktına əsasən , yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 280 manat, görülən işlərin qiyməti 320 manat, cəmi 600 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, PXA-80724 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X3 məxsus “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 5000 manat avtomaşının təmiri üçün X9 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, PXA-84800 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X3 məxsus “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 5000 manat avtomaşının təmiri üçün X5 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, PXA-85774 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X3 məxsus “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 600 manat avtomaşının təmiri üçün X4 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, 2522 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli, 1629 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X9 hesabına 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli, 4902 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 600 manat məbləğində sığorta ödənişi edilmişdir. AZ İİ seriyalı, 083389 nömrəli, xx.xx.2020-ci il tarixli, Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 oktyabr 2019-cu il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 iyun 2020-ci il tarixdə 671 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi dəqiqləşdirilməmiş qarın boşluğu orqanının travması göstərilmişdir. AZ İİ seriyalı, 083388 nömrəli, xx.xx.2020-ci il tarixli, Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 oktyabr 2019-cu il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 iyun 2020-ci il tarixdə 648 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi ağciyərin digər travmaları göstərilmişdir. xx.xx.2021-ci il tarixli, **********011 nömrəli, 8İ-1011 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X16 xx.xx.2019-cu il tarixində avtoqəza nəticəsində həlak olmuş qardaşı X6 ölümü ilə əlaqədar veriləcək sığorta pulunun atası X17 tərəfindən "xxxx" ASC şirkətindən götürülməsinə, alınmasına etiraz etmir. xx.xx.2021-ci il tarixli, **********594 nömrəli, 8İ-1594 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X10 mərhum qardaşı X7 "xxxx" ASC tərəfindən ayrılan Sığorta pulunun atası X5 almasına heç bir etirazı yoxdur. xx.xx.2021-ci il tarixli, **********590 nömrəli, 8İ-1590 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X2 mərhum oğlu X7 "xxxx" ASC tərəfindən ayrılan Sığorta pulunun əri X5 almasına heç bir etirazı yoxdur. xx.xx.2021-ci il tarixli, **********593 nömrəli, 8İ-1593 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X12 mərhum qardaşı X7 "xxxx" ASC tərəfindən ayrılan Sığorta pulunun atası X5 almasına heç bir etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-də 14 aprel 2019-cu il tarixdən 14 aprel 2020-ci il tarixinə qədər PXA********** nömrəli icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 oktyabr 2019-cu il tarixdə Gəncə şəhərində baş vermiş hadisə nəticəsində X4 idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X14 və X11 vəfat etmiş, həmçinin sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 600 (altı yüz) manat məbləğində maddi zərər dəymişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-108/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü maddəsi ilə 3 (üç) il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmış, əlavə cəza əsas cəzaya birləşdirilmiş və Cavabdeh qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-108/2020 nömrəli hökmü və Gəncə şəhər BPİ-nin İTİ-nin xx.xx.2021-ci il tarixli, ********* saylı YNH təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh alkoqullu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və hadisə yerindən qaçmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1629 nömrəli ödəniş tapşırığından görünür ki, 5000 manat zərərin məbləği zərərçəkmiş şəxsin hüquqi varisi olan X9, xx.xx.2021-ci il tarixli, 2522 nömrəli ödəniş tapşırığına əsasən 5000 manat zərərin məbləği zərərçəkmiş şəxsin hüquqi varisi X5 və xx.xx.2021-ci il tarixli, 4902 nömrəli ödəniş tapşırığına əsasən 600 manat zərərin məbləği zərərçəkmiş şəxs X4 hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki Cavabdeh etdiyi “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində sərnişinlər X14 və X11 vəfat etmiş və X4 idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yəni, Cavabdeh bilavasitə hərəkətləri nəticəsində sağlamlığa və əmlaka zərər vurulduğundan, baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığından, eyni zamanda Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində “VAZ 21723” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən zərərin əvəzini ödəmək vəzifəsi birbaşa Cavabdeh öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 10600 (on min altı yüz) manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 121,8 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 10600 (on min altı yüz) manat və məhkəmə xərci qismində 121,8 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar