Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-237/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə, iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə, iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə və iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı birləşdirilmiş işlər üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi”, iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr", iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” və iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələblərinə dair işlər üzrə Bakı Kommersiya Məhkəməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Səbail Rayon Məhkəməsindəki icraat Birinci mülki iş
1. Iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəbbə pulu qismində silinmiş 62.173 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X2 ilə cavabdeh CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə; 2. Dəbbə pulu qismində silinmiş 61.855 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X2 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə; 3. Dəbbə pulu qismində silinmiş 620.164 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X2 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi vəzifəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, 2026-cı il ## ###### tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair *(***)-****/**** saylı mülki işin iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul vəsaitinin borcun qarşılığında silinməsi tələbinə dair e-*-*(***)-*****/**** saylı işlə bir icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İ.Rüstəmli).
Ikinci mülki iş
3. Iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə və 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilələrin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ləğvinin qanunsuz hesab edilməsi; 2) Dəbbə pulu qismində silinmiş 108.359 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X5 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 3) Dəbbə pulu qismində silinmiş 88.099 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X5 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 4) 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər, FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 6, 3 otaqdan ibarət, 265 m2 ümumi sahəsi olan *** saylı və 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə əsasında A2 blok, mərtəbə 3, 4 otaqdan ibarət, 212.50 m2 ümumi sahəsi olan *** saylı mənzillərin iddiaçı X5 təhvil verilməsi vəzifəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)- ****/**** saylı qərardadı ilə iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə *(***)-****/**** nömrəli mülki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair işlə bir icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim R.Qafarova).
Üçüncü mülki iş
5. Iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) 2024-cü il # ###### tarixli NR/***/** saylı, 2024-cü il # ###### tarixli NR/***/** saylı və 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilələrin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ləğvinin qanunsuz hesab edilməsi; 2) Dəbbə pulu qismində silinmiş 57.570 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X3 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 3) Dəbbə pulu qismində silinmiş 57.405 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X3 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 4) Dəbbə pulu qismində silinmiş 55.840 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində *** saylı mənzil barədə iddiaçı X3 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 5) 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər, FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 139.80 m2 ümumi sahəsi olan *** saylı, 2024-cü il # ###### tarixli NR/***/** saylı müqavilə əsasında A1 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 139.40 m2 ümumi sahəsi olan *** saylı və ##.##.2024-cü il tarixli NR/***/** saylı müqavilə əsasında A2 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 135.60 m2 ümumi sahəsi olan *** saylı mənzillərin iddiaçı X3 təhvil verilməsi vəzifəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)- ****/**** saylı qərardadı ilə iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə *(***)-****/**** nömrəli mülki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair işlə bir icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim R.Qafarova).
b) Bakı Kommersiya Məhkəməsindəki icraat
7. Iddiaçı ”xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2024-cü il # ###### tarixli NR/R/***B/** saylı müqavilənin cavabdeh tərəfindən ləğvinin qanunsuz hesab edilməsi, dəbbə pulu qismində silinmiş 31.200 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 2, ümumi sahəsi 30 kv.m olan ***B nömrəli qeyri-yaşayış sahəsi barədə “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə üzrə əsas borcun qarşılığında silinməsi və həmin müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 2, ümumi sahəsi 30 kv.m olan ***B nömrəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsi 2026-cı il ## #### tarixli e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılığına baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
9. Həmin məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisələr üzrə mübahisənin subyekt tərkibi - Bakı Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi üzrə iddiaçı “xxxx” MMC və cavabdeh Cavabdeh MMC hüquqi şəxs olsalar da, Səbail Rayon Məhkəməsi tərəfindən bir icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmiş nə iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş üzrə, nə iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə, nə də iddiaçı X1 l oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə tərəflərin heç biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər deyil. Eləcə də, Səbail Rayon Məhkəməsi tərəfindən göndərilmiş hər üç iş üzrə mübahisənin xarakteri də sahibkarlıq fəaliyyətindən irəli gələn, yaxud sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə aidiyyəti olan olan mübahisələr kateqoriyasına aid deyil.
10. Belə ki, hər üç iş üzrə iş materialllarından da görünür ki, iddiaçılarla cavabdehlər arasındakı müqavilələr mənzil alınması ilə əlaqədar olaraq bağlanmışdır və iddiaçıların həmin mənzilləri əldə etməkdə məqsədi hər hansı sahibkarlıq fəaliyətinin həyata keçirilməsi yox, mənzilə olan şəxsi ehtiyaclarının təmin edilməsi olmuşdur. Səbail Rayon Məhkəməsi tərəfindən bir icraatda birləşdirilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinə göndərilmiş işlər üzrə qərardadlar da kifayət qədər əsaslandırılmamışdır.
11. Belə ki, hər üç iş üzrə mülki işlərin Bakı Komersiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair e-*-*(***)-*****/**** saylı kommersiya mübahisəsi üzrə işə birləşdirilməsi barədə qəbul edilmiş qərardadlar MPM-in 30 və 43.2-ci maddələri ilə əsaslandırılmışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”
“Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti
Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi
31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi
32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”
“Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti
43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.
403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinə verilmiş iddia ərizəsi üzrə işə kommersiya mübahisəsi olmaqla həmin məhkəmədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilmiş iddia ərizələri üzrə mülki işlərə isə həmin məhkəmədə baxılmalıdır.
14. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinə verilmiş iddia ərizəsi üzrə mübahisə hüquqi şəxslər arasında bağlanmış müqavilədən irəli gələn və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsidir.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ayrı-ayrılıqda verilmiş üç iddia ərizəsi üzrə işlərin məhkəmə aidiyyatı isə subyekt tərkibinə görə ümumi məhkəməyə aiddir. Məhkəmə tərkibi qeyd edir ki, subyekt tərkibinə görə işin kommersiya məhkəməsində baxılması istisna edildiyinə görə digər meyarlar üzrə yoxlamanın aparılmasına zərurət yoxdur.
17. Beləliklə, qeyd olunan işlərin məhkəmə aidiyyatının müxtəlif olması mübahisə doğurmur və Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən də bununla bağlı fərqli mövqe qeyd edilməmişdir.
18. Bununla belə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həmin işlərin Bakı Kommersiya Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilməsi məqsədilə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bunun prosessual əsasları kimi isə MPM-in 30 və 43-cü maddələrinə istinad edilmişdir.
19. Məhkəmə tərkibi qeyd edir ki, bu yanaşma MPM-in tələblərinə uyğun hesab edilə bilməz.
20. Belə ki, MPM-in 43-cü maddəsi “Ərazi aidiyyəti” adlı fəsildə yerləşməklə yalnız ərazi aidiyyətinə aid məsələlərdə tətbiq edilə bilər. Yəni məhkəmə aidiyyəti eyni olan, lakin ərazi aidiyyəti üzrə müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, onların birləşdirilməsinə və ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməsi mümkündür.
21. Məhkəmə aidiyyəti müxtəlif olan işlər isə heç bir halda MPM-in 43-cü maddəsinə əsasən birləşdirilə bilməz. Çünki bu həm MPM-də nəzərdə tutulmamış, həm də MPM-in 31.1-ci maddəsinin tələblərinə ziddir. Həmin maddənin tələblərinə görə məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
22. Məhkəmə tərkibi qeyd edir ki, bu qayda imperativ xarakter daşıyır və həmin qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulması ilə nəticələnir. Təsadüfi deyil ki, MPM-də ərazi aidiyyəti qaydalarından fərqlı olaraq (40-cı maddə), tərəflərin müqavilə ilə məhkəmə aidiyyətinin dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır (məhkəmə aidiyyəti ilə bağlı qaydalar yalnız ümumi və kommersiya məhkəmələrinin aidiyyətini müəyyən etdiyi üçün tərəflərin arbitraj haqqında razılaşması bu məsləyə aid deyildir).
23. MPM-in 30-cu maddəsi də məhkəmə aidiyyətinə görə müxtəlif məhkəmələrin icraatında olan işlərin bir icraatda birləşdirilməsi əsası kimi çıxış edə bilməz. Çünki MPM-in həmin maddəsi mülki prosesi xarakterizə edən prinsiplərindən biri olan dispozitivlik prinsipindən irəli gəlir. Yalnız iddia irəli sürən şəxs özü belə tələbləri, yəni bir işdə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirdiyi və onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə kommersiya məhkəməsində baxılır.
24. Bu baxımdan, işlərin bir icraatda birləşdirilməsi institutu məhkəmə aidiyyətini dəyişdirmək vasitəsi kimi istifadə oluna bilməz və aidiyyəti müxtəlif olan işlərin birləşdirilməsi nəticə etibarilə həmin işlərdən birinin qanunla müəyyən edilmiş məhkəmədən kənar baxılmasına, bununla da məhkəmə aidiyyətinə dair qaydaların pozulmasına səbəb olur ki, bu da yolverilməzdir.
25. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş işlərin bir icraata birləşdirilməsi barədə qərardadlar da məhkəmə aidiyyəti qaydalarının pozulmasına səbəb olmuşdur.
26. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, hazırkı qərardadda şərh olunan məsələlər MPM-in 403-1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən daha geniş olsa da, yol verilmiş həmin pozuntunun aradan qaldırılması baxımından Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi məhkəmələr arasında fikir ayrılığı barədə qərardadı MPM-in 32.7-ci maddəsində nəzərdə tutulmuş qərardad kimi qiymətləndirilməli və hazırkı işə hansı məhkəmələr tərəfindən baxılması müəyyən edilməlidir.
27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq,
QƏRARA ALDI:
Işin materialları Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə baxılması Bakı Kommersiya Məhkəməsində davam etdirilsin. Iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr”, iddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” və iddiaçı X3 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələblərinə dair mülki işlər Bakı Kommersiya Məhkəməsi tərəfindən ayrıca icraatlara ayrılaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.