Məhkəmə qərarları › İş №e-2-2(1-8)-259/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-259/2026

01.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-259/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı İddiaçı cavabdehlər cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh11, cavabdeh3, “xxxx” MMC, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdehlər cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh11, cavabdeh3, “xxxx” MMC, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı (Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisi, Bakı şəhəri * saylı Notariat ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsinin * saylı Xaçmaz ərazi dairəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdehlər cavabdeh18 və cavabdeh17 tərəfindən verilən şikayətlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh11, cavabdeh3, “xxxx” MMC, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı (Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisi, Bakı şəhəri * saylı Notariat ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz ərazi dairəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Nəqliyyat ATSC-nin 2022-ci il ## #### tarixli və 2023-cü il ## ### tarixli iclas protokollarının və onun əsasında bağlanmış Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, cavabdeh cavabdeh17 Quba rayonu, Birinci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 168.2 kv.m. qeyri yaşayış obyektinin alıcı cavabdeh4 6000 manata satılmasına dair 2023-cü il ## #### tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSCyə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, Birinci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 187.1 kv.m. qeyri-yaşayış obyektinin alıcı cavabdeh4 6500 manata satılmasına dair 2023-cü il ## #### tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 1482 kv.m. sahəsinin cavabdeh12 MMC-yə 955 manata satılmasına dair 2023-cü il ## ### tarixdə ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, “xxxx” MMC-nin satın aldığı əmlak kompleksindən 71,1 kv.m. hissələrinin alıcı cavabdeh1 4500 manata satılmasına dair 2023-cü il # ######## tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, “xxxx” MMC-nin satın aldığı əmlak kompleksindən 98,7 kv.m. hissənin alıcı cavabdeh6 5000 manata satmasına dair 2023-cü il # ######## tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMCnin satın aldığı əmlak kompleksindən 200 kv.m. hissənin cavabdeh7 5500 manata satmasına dair 2023-cü il # ######## tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən 226,7 kv.m. yeməkxana binasının alıcı cavabdeh8 30000 manata satmasına dair ## #### 2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 2626,2 kv.m. sahəsinin 1011,4 kv.m. sahəsinin alıcı cavabdeh8 20500 manata satmasına dair 2023-cü il ## #### tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh8 satın aldığı əmlak kompleksindən 226,7 kv.m. hissənin alıcı cavabdeh18 30000 manata satmasına dair 2023-cü il # ###### tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh8 əmlak kompleksindən 1011,4 kv.m. hissəni cavabdeh10 bağışlamasına dair 2023-cü il # ######## tarixli 4-Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinin, cavabdeh10 əmlak kompleksindən 1011,4 kv.m. hissəni ilkin satıcı olan cavabdeh17 bağışlamasına dair 2023-cü il ## ######## tarixli 4-Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinin, cavabdeh17 əmlak kompleksindən 1011,4 kv.m. hissəni cavabdeh15 22000 manata satmasına dair 2023-cü il # ####### tarixli 4-Ə-**** reyestr nömrəli alqısatqı müqaviləsinin, cavabdeh15 satın aldığı əmlak kompleksindən 1011,4 kv.m. hissəni alıcı cavabdeh16 30000 manata satmasına dair 2023-cü il ## ####### tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 99,1 kv.m. hissəni cavabdeh13 5500 manata satmasına dair 2024-cü il ## ###### tarixli 4-Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 266,2 kv.m. hissənin cavabdeh9 5500 manata satmasına dair 2024-cü il ## ###### tarixli 4-Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 41,6 kv.m. hissəni cavabdeh11 ***0 manata satmasına dair 2024-cü il ## ###### tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 67,3 kv.m. hissəni cavabdeh3 Mahsud oğluna 5000 manata satmasına dair 2024-cü il ## ###### tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 33,7 kv.m. hissənin cavabdeh14 ***0 manata satmasına dair 2024-cü il ## ###### tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 14,4 kv.m. hissəni cavabdeh2 2000 manata satmasına dair 2024-cü il ## #### tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, Səlimov Nicat Ərrəhman oğlu əmlak kompleksindən 442,4 kv.m. hissəni cavabdeh5 15000 manata satmasına dair 2024-cü il ## #### tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələrinin və bağışlama müqavilələrinin hüquqi nəticələrinin, bütün alqı-satqı müqavilələri və bağışlama müqavilələri əsasında qeydiyyata alınmış daşınmaz əmlakların dövlət reyestrindən çıxarışlarının ləğv edilməsi, Quba Nəqliyyat ATSC-nin daşınmaz əmlaklarının üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh cavabdeh18 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o vicdanlı alıcı olaraq həmin əmlakları əldə etmiş, yalnız 2026-cı ilin fevral ayında obyektə baxış zamanı məhkəmə mübahisəsindən xəbər tutmuşdur. Əgər mübahisə varsa, mübahisəyə Quba Rayon Məhkəməsində baxılmalıdır.

3. Cavabdeh cavabdeh4 2026-cı il ## ###### tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.

4. Daha sonra cavabdeh cavabdeh4 2026-cı il ## ###### tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının cavabdehə qarşı irəli sürdüyü Xaçmaz rayon * saylı Notariat ofisində bağlanmış 2023-cü il ## #### tarixli 1144666 və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbinin əsasını təşkil edən alqı-satqı müqaviləsi Xaçmaz rayonunda bağlandığı üçün işin aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Cavabdeh cavabdeh17 ərizə ilə məhkəməyə müraciət edərək, özünün ünvan 1 ünvanında qeydiyyatda olduğunu qeyd etmiş və işin aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehlər cavabdeh4, cavabdeh18 və cavabdeh cavabdeh17 işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizələri təmin edilməmişdir (hakim – F.Həmidli).

7. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2-ci maddəsində nəzərdə tutulmuş subyektiv tərkib, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə qiymətləndirilməlidir. Iş materiallarından isə görünür ki, iddiaçı və cavabdehlərin bir qismi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir, cavabdehlərdən biri hüquqi şəxsdir, mübahisənin predmeti qeyri-yaşayış təyinatlı obyektlərdir və bu obyektlər sahibkarlıq fəaliyyəti çərçivəsində dövriyyəyə daxil edilmişdir.

8. Cavabdehlər cavabdeh4, cavabdeh18 və cavabdeh17 şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişlər.

9. Cavabdehlərin şikayətləri onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibət daşınmaz əmlakın alqı-satqısından ibarətdir, mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur və məhkəmə subyektlərin statusunu lazımi qaydada müəyyən etmədən vəsatətləri rədd etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il # ##### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehlərin şikayətləri təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim F.Həmidli).

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”

“Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi

31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.

403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. 14.Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli Qərarının 26-cı bəndində qeyd edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPMin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

15. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı “Quba Nəqliyya”t ATSC-nin nizamnamə kapitalında 55%-ə paya sahibdir. Cavabdeh cavabdeh17 həmin ATSC-nin direktoru olmuşdur.

16. Iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı həmin cavabdehin hərəkətlərinə istinad edərək hüquqi şəxsin fəaliyyəti ilə bağlı olan ümumi yığıncağının qərarlarının (iclas protokollarının), həmin qərarlar əsasında bağlanmış çoxsaylı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, eləcə də bu müqavilələrin hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir. 17.Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddianın əsası və predmetlərindən birini hüquqi şəxsin fəaliyyəti ilə bağlı ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi təşkil edir. Bu tələb isə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ mübahisələr kateqoriyasına aiddir.

18. Eyni zamanda mübahisələndirilən əqdlər - alqı-satqı müqavilələri hüquqi şəxsin ümumi yığıncağının qərarları əsasında bağlanmışdır. Bu hal onu göstərir ki, həmin tələblər mahiyyət etibarilə hüquqi şəxsin fəaliyyətinin həyata keçirilməsi və onun idarə olunması ilə bağlı münasibətlərdən qaynaqlanır. 19.Həmin əqdlər müstəqil mülki əqd kimi qəbul edilsə belə irəli sürülən tələblərdən biri kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə aid olduğu üçün MPM-in 30cu maddəsinin tələbləri baxımından bütün tələblərə birlikdə kommersiya məhkəməsində baxılmalıdır. 20.Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsi verildiyi zaman məhkəmə aidiyyətinə dair qaydaların pozulmasına yol verilməmişdir. Buna görə də Sumqayıt Kommersiya Məhkəməsinin vəsatətləri təmin etməyərək işi öz icraatında saxlaması qanuni və əsaslıdır. Cavabdehlərin şikayətində göstərilən dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDI:

Cavabdehlər cavabdeh4, cavabdeh18 və cavabdeh17 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar