Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-523/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Firmasının cavabdeh “X1” MMC-yə qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qurbanov Raqib Əliddin oğlu (məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Firmasının cavabdeh "X1" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh "X1" MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi MÜƏYYƏN ETDI:
1. Iddiaçı “xxxx” Firması (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” Qapalı Səmdar Cəmiyyəti“ndən “xxxx” Firması qarşısında ## ######## 2025-ci il tarixinə mövcud olan əsas borc üzrə 955 126,45 manat və 60 989,76 manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 manat həcmində qalıq borcu məbləği və 1 016 116,20 manat ödənilməmiş borc məbləğinə hesablanmış 31 189,73 manat faiz olmaqla, cəmi 1 047 305,93 manat, iddiaçı tərəfindən ödənilmiş 1 320 manat dövlət rüsumu olmaqla ümumilikdə 1 048 625,93 manat məbləğində pul vəsaitinin "X1" MMC-dən tutularaq “xxxx” Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X1” MMC-dən 955.126,45 manat məbləğində əsas borc, 60.989, 76 manat məbləğində ƏDV borcu, illik 5%-lə hesablanmış 30.906,89 manat məbləğində faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1313, 51 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Firmasının xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).
5. Cavabdeh qətnamədən 2026-cı il ## #### tarixində kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır.
7. Belə ki, MPM-in 10-1.7-ci maddəsinin tələblərinə görə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.
9. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 10.Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir. 11.Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il # ####### tarixindən istifadəyə verilmişdir. 12.Beləliklə, 2022-ci il # ####### tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır. 13.Hazırkı halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada 2026-cı il ## #### tarixdə yalnız cavabdehin baş direktoru nümayəndə2 imzalanmış, lakin şikayəti tərtib edən vəkil nümayəndə1 tərəfindən elektron qaydada imzalanmamışdır. “Elektron Məhkəmə” informasiya sisteminə vəkil tərəfindən əllə imzalanmış kassasiya şikayəti əlavə olunmuşdur. Bu isə §7-9-da göstərilənlərə əsasən məqbul sayıla bilməz. Bu səbəbdən qeyd olunan kassasiya şikayəti qeyri-mümkün sayılmalı və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 14.Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.