Məhkəmə qərarları › İş №e-2-2(102)-174/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-174/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-174/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 8 yanvar tarixli 2-2(121)-846/2025 nömrəli qərardadına əsasən, İddiaçı cavabdehlər Mühəmməd Fikrət oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iş üzrə Cəlilabad Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Cəlilabad Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – birlikdə "cavabdehlər" ayrı-ayrılıqda “Cavabdeh2” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7.650 manat borc və 97 manat dövlət rüsumu, ümumilikdə 7.747 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 7 dekabr tarixli razılaşma müqaviləsi imzalanaraq, ticarət sahəsində malların alınması, satılması və zəruri işlərin görülməsi üçün iddiaçı tərəfindən cavabdehlərə 30.000 manat məbləğində pul vəsaiti verilmişdir. Razılaşma müqaviləsinin 2.2-ci bəndinə görə, ticarət məqsədi üçün verilən pul vəsaiti sərf olunan sahədə müəyyən gəlir verməsə onu dərhal qaytarılması (1 ay əvvəl xəbər verməyi istisna olmaqla) tələb oluna bilməz. 2023-cü il 23 may tarixində razılaşma müqaviləsinə əlavə razılaşma müqaviləsi imzalanaraq, müqavilənin 2-ci bəndinə görə, ticarətə qoyulan 30.000 manat pul vəsaitindən qaytarılan 22.350 manat pul vəsaiti çıxıldıqdan sonra qalıq 7.650 manat pul vəsaiti müqavilə bağlandığı gündən 1 ay müddətinə notariu sun depozit vasitəsi ilə iddiaçıya qaytarılması göstərilmişdir. Lakin göstərilən müddətin keçməsinə baxmayaraq 7.650 manat pul vəsaiti bu günə kimi cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır.

3. Cəlilabad Rayon Məhkəməsinin 2024-cü il 10 dekabr tarixli e-2(073)-2608/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – E.Əmirəliyev).

4. Məhkəmə qeyd etmişdir ki, işdə olan vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatlarına görə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə hüquqi şəxs kimi qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisidir, həmçinin Cavabdeh2 Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi sahibkarlar arasında yaranmış kommersiya mübahisəsidir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 25.1, 26.1, 32.1, 32.3, 32.4 və 32.6-cı maddələrinə istinad edərək məhkəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

6. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 8 yanvar tarixli 2-2(121)-846/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Abbasov).

7. Məhkəmə qeyd etmişdir ki, iş üzrə cavabdehlərdən Cavabdeh2 hüquqi şəxs yaratma dan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyicisi qismində müvafiq qeydiyyata alınması və fəaliyyətinin sahibkarlıqla əlaqəli olması mübahisəsizdir. Lakin, iddiaçının və digər cavabdeh A.X3 Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” sisteminə əsasən vergi ödəyicisi, yəni sahibkarlıq subyeki olmadıqları müəyyən olunmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi, yəni sahibkarlıq subyekti olmadığı halda baxılan iş üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edildiyinə görə iş üzrə iddiaçının və digər Cavabdeh1 həmin fəaliyyəti qanunsuz hesab edilməlidir.

9. Məhkəmə, iddiaçının "xxxx" MMC-nin təsisçisi olması faktının mübahisəyə kommersiya məhkəməsində baxılmasını şərtləndirməsi ilə bağlı gəlinən nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddia tələ bi "xxxx" MMC tərəfindən deyil, fiziki şəxs (hazırkı iş üzrə iddiaçı) tərəfindən qaldırılmışdır. İddia ərizəsinin məzmununa və məhkəmə iclaslarında verilmiş izahatlara görə, iddiaçı cavabdehlərlə hüquq münasibətlərinə özünün daxil olduğunu bildirmişdir, təsisçisi olduğu hüquqi şəxsin həmin münasibətlərin iştirakçısı olması barədə hər hansı bir vurğu etməmişdir, həmçinin hazırki mərhələyə qədərki məhkəmə prosesində iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi baş verməmişdir. Digər tərəfdən, iş materialların görə iddiaçı ilə cavabdehlər arasında borc və ya birgə ticarət fəaliyyəti ilə əlaqədar münasibətlər 2022-ci il 7 dekabr tarixindən başlamış, sonradan 2023-cü il 23 may tarixində razılaşma müqaviləsinə əlavə razılaşma müqaviləsi bağlanmışdır. X4 Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” si steminə əsasən müəyyən olunmuşdur ki, iddiaçının təsisçisi olduğu "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə hüquqi şəxs kimi 2023-cü il 9 yanvar tarixində qeydiyyata alınmışdır. Bununla da müəyyən edilmişdir ki, borc və ya birgə ticarət fəaliyyəti ilə əlaqədar baxılan iş üzrə tərəflər arasında münasibətlər yarandığı zaman "xxxx" MMC kommersiya hüquqi şəxsi kimi mövcud olmamışdır.

10. MPM-in 1, 24.1, 24.2, 25.1, 26.1, 30, 31.1, 32.3 və 32.7-ci maddələrinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 10.2-ci maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1 və 33.3-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, m əhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 10, 26 və 27-ci bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq

11. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvaf iq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nə zərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında nəzərdə tutulmuşdur: “Maddə

10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

33. Vergi ödəyicilərinin uçotu Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəmə si vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmi şdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).

16. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik ol an fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).

17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasın dan asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

18. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdehlərdən Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyicisi qismində qeydiyyata alınsa da, iddiaçı fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmayıb və ona görə də, o fərdi sahibkar statusuna malik olan fiziki şəxs hesab edilmir.

19. İstinad olunan Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 26-27-ci bəndlərində isə müəyyən edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmı şdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəə t götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahib kar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır (27-ci bənd).

20. Beləliklə, iddiaçı fərdi sahibkar statusuna malik deyil, mübahisə isə həmin Qərarda qeyd olunan iki haldan heç birinə uyğun gəlmir.

21. Eyni zamanda, iddiaçının "xxxx" MMC-nin təsi sçisi olması hazırkı mübahisənin məhkəmə aidiyyətinə təsir etmir.

22. Belə ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC deyil, fiziki şəxs olan İddiaçıdur. Mübahisənin xarakteri isə kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinə aid deyil.

23. Bu baxımdan, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz, mübahisənin aidiyyəti ümumi məhkəməyə aiddir və ona görə də, iş Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir.

24. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar