Məhkəmə qərarları › İş №e-2-2(102)-176/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-176/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-176/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası iddiaçılar X1 və X4 Cavabdehə oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçılar X1 və X4 Cavabdehə qarşı cəmiyyətin bölünməsi, əmlakın naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mənfəət və digər gəlirlərin bölünməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi:

1. İddiaçılar X2 və X5 Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. 05.01.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq hazırki iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işi icraata götürməklə MPMnin 152.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qayt arır. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2013-cü il tarixli Qərarından aydın görünür ki, mübahisə predmeti ilə eynilik təşkil edən mübahisəyə mülki icraat qaydasında baxılmış və necə həll olunması barədə müəyyən qaydalar müəyyən olunmuşdur: “......bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır. MM-in 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər.”

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 05 yanvar tarixli, e-2-2(113 )-278/2022 saylı qərardadı ilə iddiaçılar X1 və X4 Cavabdehə qarşı kommersiya işinin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət rədd edilmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli, e-2-2(113)-278/2022 saylı qərardadının ləğv edilərək işin aidiyyəti üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 yanvar tarixli, e-2-2(113)-278/2022 saylı qərardadı ilə məhkəmənin e-2-2(113)-278/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlik də Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva).

7. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçılar X2 və X5 fərdi sahibkar statusuna malik olan şəxslər olmasalar da, hazırkı mübahisə iddiaçıların cavabdeh MMCnin təsisçiləri qismində həmin MMC-yə qarşı qaldırıldıqları, tərəflərin bağlı olduqları sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir.

8. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 05 yanvar tarixli, e-2-2 (113)-278/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tut ulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarında qeyd olunmuşdur ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subye ktinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır.

13. Həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. İddiaçılar X2 və X5 Cavabdeh təsisçiləri olmaqla həmin cəmiyyətə qarşı cəmiyyətin əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mənfəət və digər gəlirlərin bölünməsi tələbini irəli sürdüklərinə görə hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibindən asılı olmayaraq, tərəflərin bağlı olduqları kommersiya hüquqi şəxsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisə kimi kommersiya məhkəmələrində baxılmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərə flərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.

16. Qeyd edilən ləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 05 yanvar tarixli, e-2-2(113)-278/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:

18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 05 yanvar tarixli, e-2-2(113)-278/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar