Məhkəmə qərarları › İş №e-2-2(102)-180/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-180/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-180/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(121)3987/2024 saylı qərardadından verilmiş şikayət ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan s onra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5056.71 manat əsas borc, 2455.75 manat faiz borcu və 486.09 manat cərimə borcu, iddiaçıya məxsus lizinq obyektinin (“Toyota Camry” markalı avtomobil) bərpası üçün tələb olunan 3712.00 manat maddi ziyan, vəkilə ödənilən 100 manat və 125,13 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11935.68 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli, e-2-2(121)-3987/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – R.Nəbiyev).

3. İş materiallarından görünür ki, iddiaçı (lizinq verən) ilə X6 (lizinq alan) arasında bağlanmış 16 78 №li, 2023-cü il 6 dekabr tarixli “X8”ndən əsasən, lizinq verən “Toyota Camry” markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə, bu müqavilədə müəyyən edilmiş pul məbləğini (liznq ödənişini) öhdəsinə götürmüşdür.

4. İddiaçı (lizinq verən) ilə X6 (lizinq alan – öhdəlik ötürən) və X7 (öhdəlik götürən) arasında bağlanmış 1678 №li, 2023-cü il 6 dekabr tarixli “X8”nə “Öhdəliyin ötürülməsi haqqında” 2024-cü il 13 mart tarixli əlavə razılaşmaya əsasən, X6 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, 2023-cü il 6 dekabr il tarixli “X8” üzrə bütün hüquq və öhdəliklərini, borcunu iddiaçının razılığı ilə “öhdəlik götürən”ə - X4 verir və “öhdəlik götürən” də bütünlüklə qəbul edir.

5. İddiaçı (lizinq verən) ilə X7 (öhdəlik ötürən) və cavabdeh (öhdəlik götürə n) arasında bağlanmış 1678 №li, 2023-cü il 6 dekabr tarixli “X8”nə “Öhdəliyin ötürülməsi haqqında” 2024-cü il 1 aprel tarixli əlavə razılaşmaya əsasən, X7 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, 2023-cü il 6 dekabr tarixli “X8” üzrə bütün hüquq və öhdəliklərini, borcunu iddiaçının razılığı ilə “öhdəlik götürən”ə - cavabdehə verir və “öhdəlik götürən” də bütünlüklə qəbul edir.

6. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərdən iddiaçının hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki müb ahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki, iddia ərizəsinə əlavə olunan sənədlərlə, həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən lizinq obyektinin lizinq alan tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alınması müəyyən edilmir.

7. Bundan başqa qərardadda o da göstərilmişdir ki, 1678 №li, 2023-cü il 6 dekabr tarixli “X8” üzrə lizinq alan qismində müqavilənin iştirakçısı X6 olmuşdur. Həmin müqaviləyə əsasən Lizinq verən “Toyota Camry” markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə, bu müqavilədə müəyyən edilmiş pul məbləğini (liznq ödənişini) öhdəsinə götürmüş, bundan sonra müqavilə üzrə öhdəliklər X4, daha sonra isə cavabdehə verilmişdir. X1 qeyd olunan müqavilə bağlanarkən fərdi sahibk ar statusuna malik olması və həmin müqavilə üzrə lizinq obyekti olan “Toyota Camry” markalı avtomobili məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alması iddia ərizəsinə əlavə edilmiş hər hansı bir sənədlə təsdiq edilmir.

8. Eyni zamanda, məhkəmə bildirmişdir ki, mülki qanunvericilikdə lizinq predmetinin yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsi məhdudlaşdırılmamış və bununla bağlı gəldiyi nəticəni əsaslandırmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 522.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləs inin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12, 14-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 152.1.3, 114.1.3, 403.1.3, 407.1, 407.2, 407.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

10. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın icraata qəbul olunmasını xahiş etmişdir.

11. Şikayət on unla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergi tutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. X6 və öhdəliyi qəbul edən cavabdeh Vergi Məcəlləsinin qeyd olunan maddəsinə uyğun olaraq fərdi sahibkar qismində iştirak etmişlər. Bunu sübut edən sənədlər onların VÖEN və sahibkar kimi adlarına vurulan qaimələr sübut edir. Mübahisə sahibkarlıq subyekti olan Lizinq verən ilə fərdi sahibkar statusu olan cavabdeh arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir.

12. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 3 fevral tarixli, e-2-2(121)-3987/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Nəbiyev). Tətbiq edilən hüquq 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddə sinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini tə şkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və y axud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrin də baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilinə görə, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Məhkəmə tərkibi ilk olaraq işin mahiyyəti ilə bağlı bildirir ki, iddianın predmeti lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi və lizinq obyektinə vurulan ziyanın ödənilməsidir.

17. İddiaçı kommersiya hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olsa da, birinci instansiya məhkəməsi mübahisənin kommersiya xarakterli olmadığını, lizinq müqaviləsinin sahibkarlıq fəaliyyəti məqsədilə bağlandığını təsdiq edən sübutların təqdim olunmadığını qeyd edərək ümumi məhkəməyə aid olması nəticəsinə gəlməklə iddia ərizəsini geri qaytarmışdır.

18. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının məhkəmə aidiyyət ilə bağlı gəldiyi qənaətin qiymətləndirilməsi üçün aşağıdakı normativ hüquqi aktlarının bəzi müddəalarının təhlili zərurəti yaranmışdır.

19. Belə ki, MM-in 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdir ilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəyə görə, lizinq verən lizinq predmetini sahibkarlıq subyekti olan lizinq alana istifadəyə verir.

20. Məhkəmə kollegiyası onu da vurğulayır ki, MM-də lizinq ilə maliyyə lizinqi arasında fərqləndirmə aparılmaqla göstərilmişdir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (MM-in 748-2.5-ci maddəsi).

21. Eyni zamanda 748-ci maddəsinə əsasən, maliyyə lizinqi ilə bağlı qayda da öz əksini tapmışdır. Belə ki, maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır (MM-in 748-3-cü maddəsi).

22. Digər tərəfdən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 140-cı maddəsinə görə, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər (VM-in 140.1-ci maddəsi).

23. MM-i n 748-ci maddəsinə əsasən, lizinq müqaviləsində lizinq obyektinin balans uçotunun qaydası göstərilməlidir (MM-in 748.2.6-cı maddəsi).

24. İş materiallarında olan müqavilələrdən görünür ki, eyni tarixli, yəni, 2023-cü il 6 dekabr tarixində daxili lizinq və alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, alıcı əmlakı lizinqə vermək məqsədilə əldə edir. İddiaçı ilə X6 arasında eyni tarixdə bağlanmış lizinq müqaviləsinin 1.1-ci bəndində isə lizinq predmetini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürməsi göstərilmişdir.

25. Bundan başqa, həmin müqavilənin 4.2.10-cu bəndində müəyyənləşdirilmişdir ki, lizinq predmeti lizin q alanın balansında uçota alınmalıdır.

26. Belə olan təqdirdə isə görünür ki, MM-in 748-3-cü və VM-in 140-cı maddələrinin müddəalarına əsasən, hazırkı iş üzrə tərəflər arasında münasibət xarakterinə görə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə bağlıdır.

27. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırkı iş üzrə cavabdeh həm sahibkarlıq statusuna malikdir, həm də lizinq götürən qismində öhdəlik cavabdehə 2023-cü il 6 dekabr tarixli 1678 saylı daxili maliyyə lizinqi müqaviləsi əsasında 2024-cü il 1 aprel tarixli əlavə razılaşma ilə ötürülmüşdür.

28. Həmən əlavə razılaşmanın 7-ci bəndində isə göstərilmişdir ki, tərəflər 1678 saylı daxili lizinq müqaviləsi və bu razılaşma üzrə öhdəliklərin icra edilməsi və ya lazımı qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının qa nunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

29. Həmçinin məhkəmə kollegiyası onu da vurğulayır ki, 2024-cü il 1 aprel tarixli əlavə razılaşmada lizinq götürən barəsində 2023-cü il 6 dekabr tarixli 1678 saylı daxili maliyyə lizinqi müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrası ilə bağlı cavabdeh barəsində hər hansı istisna hal nəzərdə tutulmayıb.

30. İş materiallarında yuxarıda adıçəkilən daxili lizinq müqaviləsinə təhvil-təslim aktı kimi göstərilən 2 nömrəli əlavə özündə də alqı-satqı müqaviləsinə xas olan elementi əks etdirsə də, həmin aktın onun tərəfləri kimi alıcı satıcı kimi yox liziqverən və lizinqalan qismində tərtib edildiyi, həmçinin eyni statuslada təstiqləndiyi görünür.

31. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, Azərbaycan Respublikası Maliyyə Nazirl iyinin 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 2.1.9-cu bəndinə əsasən aktivin balans dəyəri - yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin maliyyə vəziyyəti haqqında hesabatda tanınan dəyəridir.

32. Həmin Qaydaların 1.1-ci bəndində isə göstərilir ki, bu qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün X5 Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) (bundan sonra – mühasibat uçotu subyekti) tərəfindən mühasibat uço tunun aparılmasını tənzimləyir.

33. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının müəyyənləşdirdiyi qaydalara əsasən, qarışıq məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin həlli ilə əlaqədar olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış və məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq kommersiya məhkəməsinin səlahiyyətinə aiddir.

34. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh fərdi sahibkar kimi dövlət qeydiyyatına alındığından, tərəflər arasında bağlanmış müqavilədə maliyyə lizinqi obyektinin uçota alınmalı olması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddiaçı və cavabdeh arasındakı lizinq müqaviləsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə bağlı olmadığına dair mövqeyi əsaslı sayıla bilməz.

35. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələr kommersiya məhkəmələrinin aidiyyətindədir. 36. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 və 12-ci bəndlərinə əsasən, kommersiya mübahisələri sahibkarlıq fəaliyyəti ilə bağlı olan və sahibkarlıq subyektləri arasında yaranan mübahisələrdir. Məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mübahisənin kommersiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi əsas kriteriyalardan biridir. Belə ki, tərəflərin hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ol duğu təqdirdə iş kommersiya məhkəməsinə aid sayılır.

37. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı əsaslı olmadığından ləğv edilməli və iş mahiyyət üzrə baxılması üçün həmin məhkəmənin icraatına qaytarılmalıdır.

38. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunmuş hallara diqqət yetirmədən yekun nəticəyə gəldiyi üçün qəbul edilmiş qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(121)-3987/2024 saylı qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə g

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar