Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-210/2024 11.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARI Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı 3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, satılmış torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin sakinlərin istifadəsinə geri qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Abşeron Rayon Məhkəməsindəki icraat
1. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 (bundan sonra – “iddiaçılar”) "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək: - Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda bağlanmış 2022-ci il 23 dekabr tarixli 4E-810 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini; - müqavilə əsasında cavabdehlərdən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsini; - həmin cavabdehə sözügedən müqavilə əsasında satılmış 600 m2 torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülməsini; - torpaq sahəsinin iddiaçıların da yaşadığı ünvanda Cavabdeh5, bina sakinlərinin istifadəsinə geri qaytarılmasını; - qanunsuz hərəkətlər ilə iddiaçılara vurulmuş mənəvi zərərə görə 1.000 manat kompensasiyanın Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
2. İddiaçıların nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edə rək: - İlkin iddia ərizəsində göstərilən "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını; - cavabdehlər "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 2022-ci il 23 dekabr tarixli 4E-810 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsini; - həmin müqavilə əsasında satılmış 600 m2 torpaq sahəsində ara məsafəsinə dair qanunvericilik normaları pozulmaqla Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülməsini; - torpaq sahəsinin iddiaçıların da yaşadığı bina sakinlərinin istifadəsinə geri qaytarılması; - 100 manat dövlət rüsumu və hüquqi xidmətlə əlaqədar ödənilmiş 100 manat xidmət haqqının olmaqla, cəmi 200 manat pulun cavabdehlərdən mü ştərək qaydada iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçıların nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin Sumqayıt Kommersiya Məhkəməsində baxılan e-2-2(119)-1533/2023 nömrəli kommersiya işi ilə birləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, vəsatəti onunla əsaslandırılmışdır ki, eyni tələblər ilə bağlı iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə iddiaçı X1 tərəfindən də cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və X3 qarşı verilmişdir və e-2-2(119)-1533/2023 saylı iş icraatdadır. Həmin iş üzrə iddiaçı 2022-ci il 23 dekabr tarixli 4E-810 nömrəli alqı-satqı müqaviləsi, onun əsasında cavabdeh X2 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsin in plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan, qanunvericilik pozularaq Cavabdeh3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsini xahiş etmişdir. Göründüyü kimi, hər iki iddia tələbi eyni olduğu üçün, bu işlərin birləşdirilməsi zəruridir.
4. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli e-2(012)-241/2024 nömrəli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, mülki işin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1533/2023 saylı işlə birləşdirilməsi və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Əhmədov).
5. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 30-cu, 43.1-ci, 43.2-ci və 44.2.6-cı maddələrinə istinad edərək, həm in qərardadını hər iki iş üzrə tərəflərin və iddia tələblərinin eyni olması, bununla da mübahisə predmetləri arasında bağlılığın olması, həmçinin hazırkı işin daha sonra icraata götürüldüyü üçün, ilkin icraata götürülmüş işlə birləşdirilməli olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunanlara görə, hər iki mübahisənin predmet və əsası eynilik təşkil etmiş və bir-biri ilə əlaqəli olmuşdur. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
6. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli e-2-2(119)-338/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Həmidli).
7. Kommersiya Məhkəməsi qeyd etmişdir ki, ümumi məhkəmənin icraatında olan mülki işin kommersiya məhkəməsinin icraatında olan kommersiya işinə birləşdirilməsi barədə qərardadın məhkəmə aidiyyəti üzrə mübahisələndirilməsi mülki-prosessual qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, həmin qərardadın mahiyyətcə işin məhkəmə aidiyyətini həll etməsini, həmçinin aşağıda qeyd edilənləri nəzərə alan məhkəmə bu cür mübahisələndirməni zəruri hesab etmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə isə iddiaçı "xxxx" MMC-nin iki təsisçisindən biridir, onun iddia tələbi həmin Cəmiyyətin digər təsisçisinə - Cavabdeh2, o cümlədən həmin Cəmiyyətin özünə, həmçinin cəmiyyətin alqısatqı müqaviləsi bağladığı Cavabdeh3 və həmin müqaviləni təsdiq edən notarius X3 yönəlmişdir. İddia tələbi – XXXX MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməy ə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsidir. Göründüyü kimi, bu kommersiya işi hüquqi təbiəti etibarı ilə istehlak xarakterindən tamamilə uzaq olmaqla, bir təsisçinin digərinin razılığı olmadan cəmiyyətə məxsus əmlakın satılmasından yaranan korporativ xarakterli mübahisədir.
9. Kommersiya işi ilə bağlı iddia tələbinin Abşeron Rayon Məhkəməsindən daxil olan mülki işdə olan iddia tələbi ilə üst-üstə düşən hissəsi – “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyest rindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, qanunsuz tikintinin (mülki işdə “hasarın”) sökülməsindən” ibarət olmuşdur. Lakin mülki işdəki iddia tələbi istehlak xarakterli münasibətlərdən yaranan mübahisə, kommersiya işindəki tələb isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisə olmuşdur. MPM-in 24.2-ci maddəsində göstərilən meyarlar nəzərə alındıqda, bu iki tələb işdə iştirak edən şəxslərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri baxımından bir-birinə tamamilə zidd olmuşdur.
10. Məhkəmə Abşeron Rayon Məhkəməsinin qərardadında “hər iki iş üzrə tərəflərin və iddia tələblərinin eyni olması, bununla da mübahisə predmetləri arasında bağlılıq olması, eləcə də hər iki mübahisənin predmet və əsasının eyn ilik təşkil etməsi” barədə göstərilənlərlə razılaşmamışdır. Hər iki işdə tərəflər həm faktiki tərkib, həm status (mülki işdə istehlakçılar – sahibkarlıq subyektləri, kommersiya işində sahibkarlıq subyekti sahibkarlıq subyektləri) baxımından eyni olmamış, eləcə də mübahisə predmetləri arasında bağlılıq mövcud olmamışdır. Bundan başqa, yaranma əsasları fərqli olduğuna görə, hər iki mübahisənin predmet və əsasını eynilik təşkil etməmişdir.
11. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli qərardadından görünür ki, həmin məhkəmənin icraatında olan sözügedən mülki iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işinə birləşdirilərkən MPM-in 30, 43.1, 43.2 və 44.2.6-cı maddələrinə istinad edilmişdir. MPM-in 30-cu maddəsində müxtəlif məhkəmələrin icraatınd a olan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aid olan bir-biri ilə əlaqədar olan bir neçə tələbdən söhbət getmir, həmin maddədə təsbit edilmiş qayda birbaşa iddiaçıya ünvanlanmışdır və bunu nəzərdə tutur ki, əgər iddiaçının bir neçə tələbi vardırsa, həmin tələblər bir-biri ilə əlaqədardırsa və onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, həmin tələblərə kommersiya məhkəməsinə baxılmalıdır. Nəzərə alınmalıdır ki, 30-cu maddə MPM-in “Məhkəmə aidiyyəti” fəslinə daxil edilmişdir. Bundan fərqli olaraq qərardadda istinad olunan digər maddələr, yəni 43.1-ci, 43.2-ci və 44.2.6-cı maddələr isə MPM-in “Ərazi aidiyyəti” fəslinə daxildir və 43-cü maddədə məhz ərazi aidiyyətinə görə işə baxmalı olan məhkəmələrdən söhbət gedir. Abşeron Rayo n Məhkəməsinin qərardadı ilə isə ümumi məhkəmənin icraatında olan iş ixtisaslaşdırılmış kommersiya məhkəməsinin icraatında olan işlə birləşdirilməklə "ərazi aidiyyəti" anlayışından kənara çıxılmışdır. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəd ar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmas ı işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahis ənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə ko mmersiya məhkəməsində baxılmalıdır.” Ali məhkəmənin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
15. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 13) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
16. Plenum Qərarının 11-ci bəndində (bax § 12) formala şdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Hazırkı halda Abşeron Rayon Məhkəməsinin icraatında olan iş tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir deyildir. Belə ki, iddiaçıların tələbləri alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, torpaq sahəsinin bina sakinlərinin istifadəsinə geri qaytarılması və bundan irəli gələn digər tələblərdən ibarət olmuşdur. İş materiallarından görünür ki, bu mübahisə bir qrup fərdi yaşayış evlərinin sakinləri ilə onlara həmin evləri tikərək satmış və evlər in yerləşdiyi yaşayış kompleksinin idarəçiliyini həyata keçirən kommersiya hüquqi şəxsləri arasında yaranan və hər hansı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan istehlak münasibətlərindən qaynaqlanır. Belə olan halda isə həmin mübahisənin xarakteri işə kommersiya məhkəməsində baxılmasını istisna edir.
18. Həmçinin qeyd edildiyi kimi, mübahisənin subyekt tərkibi də işi kommersiya mübahisəsi hesab etməyə imkan vermir.
19. Bundan başqa, Abşeron Rayon Məhkəməsi öz icraatında olan işi kommersiya məhkəməsinin icraatında olan işlə birləşdirərkən MPM-in 30-cu maddəsinin (bax § 13) tələblərini pozmuşdur.
20. Belə ki, kommersiya məhkəməsi tamamilə düzgün olaraq vurğulamışdır ki, MPM-in “məhkəmə aidiyyəti” fəslinə daxil 30-cu maddəsində müxtəlif məhkəmələrin icraatında olan bir qismi ümumi məhkəm əyə, digərləri isə kommersiya məhkəməsinə aid olan bir-biri ilə əlaqədar olan bir neçə tələbdən söhbət getmir. Həmin maddədə təsbit edilmiş qayda birbaşa iddiaçıya ünvanlanmışdır. Belə ki, əgər iddiaçı məhkəməyə bir neçə əlaqəli tələblə müraciət edirsə və onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, həmin tələblərə kommersiya məhkəməsinə baxılmalı olduğu nəzərdə tutulur. MPM-in 30-cu maddəsi həmin məcəllənin “məhkəmə aidiyyəti” fəslinə daxil edilmişdir.
21. Qarışıq məhkəmə tərkibi onu da bildirməyi zəruri hesab edir ki, sözügedən işlər üzrə mübahisənin əsasları və tərəfləri (istər faktiki tərkib, istərsə də status baxımından) eynilik təşkil etməmişdir. Bu isə həmin işlərə eyni icraatda baxılmasını mümkünsüz edir.
22. Belə ki, mülki işdəki iddia tələb ləri istehlak xarakterli münasibətlərdən, kommersiya işindəki iddia tələbləri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə aid olan korporativ idarəetmədən irəli gəlmişdir. Eyni zamanda, mübahisə tərəfləri mülki işdə istehlakçılarla sahibkarlıq subyektlərindən, kommersiya işində isə korporativ idarəetmənin subyektləri olan təsisçi ilə kommersiya hüquqi şəxsindın ibarətdir.
23. Göründüyü kimi, sözügedən mübahisələrin yaranma əsasları arasında bağlılıq mövcud olmamış, habelə subyektləri eynilik təşkil etməmişdir.
24. Mülki iş kommersiya işinə birləşdirilərkən Abşeron Rayon Məhkəməsinin istinad etdiyi MPM-in 43.1, 43.2 və 44.2.6-cı maddələrinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin normalar ümumiyyətlə ərazi aidiyyətinə aiddirlər və mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi b axımından heç bir əhəmiyyət kəsb etmirlər.
25. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, eyni zamanda onun kommersiya işi ilə birləşdirilməsi də mümkünsüzdür, ona görə də mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Abşeron Rayon Məhkəməsində baxılmalıdır.
26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Abşeron Məhkəməsinə göndərilsin.