Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-245/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı “XXX” publik hüquqi şəxsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı “XXX” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Sumayıt Kommersiya Məhkəməsinin 202 4-cü il 15 fevral tarixli e-2-2(119)-139/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin İdarə Heyətinin 2020-ci il 31 yanvar tarixli iclasında təsdiq edilmiş XXX nizamnaməsinin 1.5-ci bəndinə əsasən, XXX saxlanılması xərcləri və fəaliyyəti, müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi və ya yerli büdcə, büdcədənkənar vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. - Həmin nizamnamənin 2.1-ci bəndinə əsasən, X XX fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir. - Həmin nizamnamənin 4.1.1-ci yarımbəndinə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmət üzrə sığorta ödənişinin həyata keçirilməsini Agentlikdən tələb etmək xəstəxananın hüquqlarından biridir. - Həmin nizamnamənin 6.2-ci bəndinə əsasən, XXX əmlakı nizamnamə fondundan, ona TƏBİB tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxil olmalardan, ianələrdən və qrantlardan formalaşır.
2. XXX publik hüquqi şəxsinin mülkiyyət növü dövlət mülkiyyəti, təşkilati-hüquqi forması publik hüquqi şəxsdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü il 14 fevral tarixli **********360100 nömrəli məktubu). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı XXX publik hüquqi şəxsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 12.831,50 manat məbləğində qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli e-2-2(119)13 9/2024 nömrəli qərardadı ilə işə məhkəmə aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Həmidli).
5. Məhkəmə qeyd etmişdir ki, XXX publik hüquqi şəxsinin təbii inhisar subyekti olan Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair tələbinə kommersiya məhkəməsində baxılması imkanı qaz sərfiyyatının iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halda mümkündür. XXX publik hüquqi şəxsinin nizamnaməsinin 2.1-ci bəndindən əlavə, digər müddəalarında da bu şərtlərə dair hansısa müddəa, ən əsası isə müəssisənin mənfəət götürülməsindən ibarət olan hər hansı məqsədi və ya bu məqsədlə fəaliyyət göstərmək imkanı nəzərdə tutulmamışdır. XXX publik hüquqi şəxsinin həyata keçirdiyi fəaliyyət isti qamətlərinə və vəzifələrinə diqqət yetirdikdə aydın olmuşdur ki, onun fəaliyyəti sosial-ictimai xarakterli olmaqla publik təbiətlidir (əhaliyə ixtisaslaşdırılmış tibbi yardım göstərmək, elmi təbabətin və texnikanın nailiyyətləri, eləcə də təbabətin qabaqcıl təcrübəsi əsasında müasit profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək, tibbi fəaliyyətin təşkilati forma və üsullarını inkişaf etdirmək və təkmilləşdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin tibbi-sanitariya yardımı göstərmək və s). Nizamnamənin müddəalarında iddiaçının gəlir əldə etmək məqsədilə hər hansı fəaliyyət elementi nəzərdə tutulmur. Bunlar özü-özlüyündə XXX publik hüquqi şəxsinin, yalnız ümumidövlət və ya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmaq üçün yaradıldığını təsdiq etmiş dir.
6. Nizamnamənin bəndləri təhlil olunduqda, müəyyən olunmuşdur ki, göstərilən xidmətlərlə əlaqədar tibbi müəssisəsinə verilən sığorta ödənişləri həmin tibbi müəssisəsinin idarə olunmasına, maddi-texniki bazasının qorunub saxlanılmasına, işçilərin əmək haqqlarının ödənilməsinə yönəlməklə sahibkarlıq fəaliyyətinə zəruri elementi olan mənfəət (gəlir) təbiətinə malik deyil, məhz sözügedən müəssisənin özünümaliyyələşdirməsinə istiqamətlənməkdədir.
7. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sahibkarlıq subyektinin aid olduğu kateqoriya ilə bağlı elektron arayış hazırkı iddiaçını sahibkarlıq subyekti hesab etməyə imkan vermir, digər tərəfdən həmin arayışın məzmunundan XXX publik hüquqi şəxsinə hansı meyarın (işçilərin orta siyahı sayı, yoxsa illik gəlir) tətbiq edilməsi məlum deyil, bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, VÖEN-ə malik olma, özü-özlüyündə iddiaçının sahibkarlıq fəaliyyətinin subyekti kimi işə kommersiya məhkəməsində baxılmasına əsas vermir.Həmçinin hesab edilmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması da işə kommersiya məhkəməsində baxılmasına təkbaşına səbəb ola biləcək hal ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir, yəni burada istehlakçı kimi həm sahibkarlıq subyektlərinin, həm qeyri sahibkarlıq subyektlərinin iştirak etməsi mümkündür və fiziki şəxslərin, o cümlədən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərin qazla təchizatı yalnız təchizatçı (Cavabdeh) ilə alqısatqı müqaviləsinin bağlanması yolu ilə mümkündür. Başqa sözlə, müqavilə bağlanması qanunvericiliyin tələbi kimi çıxış edir və qazla təchizat yalnız bu yolla mümkündür. Digər tərəfdən, hazırkı iddia tələbi onların arasındakı müqavilə müddəalarından yaranan tələb deyildir.
8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13, 43.5, 43.7-ci; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü; “Publik hüquqi şəxslər haqqında” 29 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 2.2 və 3.1 və 6.2.8-ci; “Tibbi sığorta haqqında” 28 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.13, 15-3.3 və 15-7.1.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2, 25.1, 26.1, 36.1, 36.11-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 10, 11, 12, 21, 22 və 24-cü bəndinə istinad edərək əsaslandırmışdır.
9. Maraqlı şəxs şikayət ərizəsi verərək, həmin qərardadın ləvğ edilərək, işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət belə əsaslandırılmışdır ki, sahibkarlıq subyektlərinin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilən məlumatlar əsasında müəyyən edilir və iş materiallarında olan Dövlət Statistika Komitəsinin təqdim etdiyi “Sahibkarlıq subyektinin aid olduğu kateqoriya ilə bağlı elektron arayış”dan göründüyü kimi xəstəxana iri sahibkarlıq subyektləri sırasına daxil edilmişdir. Bundan əlavə, həm iddiaçı, həm də ki, cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrələrinə (VÖEN) malikdirlər və müqavilə münasibətindədirlər.
11. Sumqayıt Kommersiya Məhkəməs inin 2024-cü il 4 mart tarixli e-2-2(119)-139/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmaması və işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Həmidli). Tətbiq edilən hüquq
12. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin pre dmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır...” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər...” 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılması nın xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mü bahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəb indən işə ümumi məhkəmədə baxılmalıdır
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyə tindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
14. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq məhkəmə tərkibi iş mater iallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli e-2-2(119)139/2024 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
15. Belə ki, MPM-in 26-cı maddəsinə əsasən kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir və bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
16. İş materiallarına əsasən və Dövlət Statistika Komitəsinin təqdim etdiyi “Sahibkarlıq subyektinin aid olduğu kateqoriya ilə bağlı elektron arayış”dan göründüyü kimi xəstəxana iri sahibkarlıq subyektləri sırasına daxil ed ilmişdir. Bundan əlavə, həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrələrinə (VÖEN) malikdirlər və xəstəxana olaraq tibbi və s. xidmətlərin göstərilməsi, başqa sözlə Nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin təmin edilməsi üçün cavabdehlə qaz təchizatı barədə müvafiq müqavilə bağlamış və həmin müqaviləyə əsasən də qazdan istifadə etməklə, tibbi və s. fəaliyyətləri göstərməkdədir.
17. Beləliklə, xəstəxanalar iri sahibkarlıq subyektləri sırasına daxil edildiyindən, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması işə kommersiya məhkəməsində baxılmasına əsas kimi qiymətləndirilə bilmədiyi barədə məhkəmənin gəldiyi nəticəni qarışıq məhkəmə tərkibi əsaslı hesab etmir. Belə ki, iddiaçının cavabdehlə qazdan istifadə üzrə bağladığı müqavilə heç bir halda şəxsi iste hlakın təmin edilməsi məqsədi ilə bağlanmış müqavilə kimi qiymətləndirilə bilməz. Digər tərəfdən istinad edilən qərarın 24-cü bəndində də fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji s u təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
18. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, fəaliyyətini təmin etmək məqsədi ilə bağladıqları müqaviləyə əsasən qazdan istifadə nəticəsində yaranmış hazırkı mübahisəyə iş üzrə tərəflərin subyektiv tərkibi (hər ikisi hüquqi şəxsdir), mübahisənin predmeti (hesablanmış borcun silinməsi) və hüquq münasibətlərinin (müqavilə münasibətləri) xarakteri, iddiaçının iri vergi ödəyicisi olaraq eyni zamanda ödənişli əsaslarla əhaliyə tibbi və s. xidmətlər göstərdiyi (Nizamnamənin 6.2-ci bəndi- müəssisənin əmlakı həmçinin.... fəaliyyət istiqamətlərinə uyğun olaraq g örülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan formalaşır), məhz kommersiya məhkəmələrində anoloji xarakterli çoxlu işlərə baxıldığı nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır.
19. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Sumayıt Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli e-22(119)-139/2024 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
20. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Sumayıt Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli e-2-2(119)-139/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı XXX publik hüquqi şəxsinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş baxılması üçün S umqayıt Kommersiya Məhkəməsinə göndərilsin İddiaçının şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.