Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-287/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Aərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı MMC Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli e-2-2(121)-232/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) müvəqqəti istifadə üçün verilmiş bir ədədinin dəyəri 450 manat olan 300 L – 77 ədəd, bir ədədinin dəyəri 450 manat olan 314 L- 8 ədəd, bir ədədinin dəyəri 550 manat olan 400 L- 101 ədəd, bir ədədinin dəyəri 600 manat olan 500 L- 6 ədəd və bir ədədinin dəyəri 650 manat olan 600 L-3 ədəd soyuducu, ümumi 195 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 99.350 manat pulun, 388 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli, e-2 -2(121)-232/2025 saylı qərardadı ilə cavabdehin iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi qismən təmin edilərək işə baxılması üçün məhkəmə aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi və cavabdehin ərizəsinin “Kommersiya Məhkəməsində baxılmasından imtina olunmasına dair qərar qəbul olunmaqla iş üzrə icrata xitam verilməsi” hissəsində əsassız olduğundan rədd edilməsi qərara alınmışdır.
3. İddiaçı Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli, e-2-2(121)232/2025 nömrəli qərardadının ləğv edilərək işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 11 mart tarixli e-2-2(121)-232/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mübahisələndirilən qərard ad dəyişdirilmədən saxlanılmış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli, e-2-2(121)-232/2025 nömrəli qərardadında məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərdən iddiaçının hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz, çünki iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında əmək münasibətlərinin mö vcudluğu müəyyən edildiyindən hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna edir. Şikayət a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, üzləşmə aktından əsasən (iş materiallarına əlavə olunmuş 2014-cü il 6 fevral tarixli üzləşmə aktı) cavabdehdə 2014-cü ilin fevral ayında soyuducular təqdim olunmuş, cavabdehin təqdim etdiyi sənədlərdən də görünür ki, həmin vaxt iddiaçı ilə cavabdeh əmək münasibətlərində olmamışdır. 2014-cü ilin fevral ayından sonra cavabdeh kredit münasibətləri ilə əlaqədar iş yeri və əmək haqqı göstərmək zərurətinin olduğunu qeyd edərək müəssisə rəhbərliyindən işə götürülməsini xahiş etmiş, buna görə də cavabdehlə əmək müqaviləsi bağlanmış və 2014-cü ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında tərəflər a rasında əmək münasibətləri mövcud olmuşdur. Cavabdeh Bakı şəhərində yaşamadığı üçün və işlərin xarakteri davamlı olmadığı üçün cavabdehin özü müraciət edərək xahiş etmişdir ki, müstəqil qaydada malların satışını həyata keçirsin. Əgər əmək münasibətində olsaydı, müəssisənin təyin etdiyi qiymətlər üzərindən satışı həyata keçirməli idi, cavabdeh isə malları nisyə qaydada almış və satışını həyata keçirmişdir. 7. 2020-ci ildə isə cavabdeh pandemiya olması ilə əlaqədar icazənin alınması ilə əlaqədar işə götürülməsini xahiş etmiş, iddiaçının rəhbərliyi də xahişini nəzərə alaraq cavabdehə şərait yaratmışdır. Göründüyü kimi məhkəmə iş materiallarına düzgün qiymət verməmiş, sübutları lazımınca araşdırmamışdır. Məhkəmənin işə qərəzli yanaşması əsaslandırmanın aydın, obyektiv və dəqiq olmamasında özün ü göstərir. Belə ki, məhkəmə bildirmişdir ki, tərəflər arasında 2006-cı ildən 2014-cü il tarixə və 2020-ci ilin aprel, may, iyun iyul, avqust və sentyabr aylarında əmək münasibətləri mövcud olmuşdur. Halbuki burada əsas nüans 2014-cü ilin hansı aylarında əmək münasibətlərinin mövcudluğudur ki, bu əsas üzləşmə aktında mövcuddur və məhkəmə, ümumiyyətlə, bu məsələyə toxunmamış, mövcud faktları da təhrif etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subye ktiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında ya ranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi
11. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin şikayə ti aşağıdakı səbəblərə əsasən qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilərək məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün iş iddia ərizəsinin verildiyi Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
13. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.
14. İş materiallarında cavabdehin əmək fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, 2014-cü ilin iyul-noyabr aylarında, 2015-ci ilin avqust ayında və 2020-ci ilin aprel-sentyabr aylarında iddiaçı müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
15. Lakin işdə olan qarşılıqlı üzləşmə 2014-cü il 6 fevral, üzləşmə aktları isə 2015-ci ilin 24 fevral və 2016-cı ilin 9 fevral tarixində tərtib edilmişdir.
16. Görün düyü kimi sözügedən aktlar tərtib edilərkən tərəflər arasında əmək münasibətlərinin mövcudluğu aşkar edilmir.
17. Bundan başqa hazırkı mübahisənin kommersiya məhkəməsində baxılması üçün tərəflərin hər ikisi sahibkarlıq subyekti kimi VÖEN-ə malik olmalıdır. Hazırda iddiaçının kommersiya hüquqi şəxsi olması işin mübahisəsiz halıdır. Lakin cavabdehin məhz həmin dövrdə, yəni yuxarıda qeyd edilən üzləşmə aktlarının tərtib edildiyi vaxtda VÖEN-ə malik olub-olmaması halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıb, həmçinin bunu hazırkı iş materialları ilə də müəyyən etmək olmur.
18. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırma lıdır. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir (MPM-in 9.3, 14.1 və 165-ci maddələrinə əsasən).
19. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli, e-2-2(121)-232/2025 nömrəli qərardadı ləğv edilməli və birinci instansiya məhkəməsi məhkəmə aidiyyətinin həll edilməsi ilə bağlı prosessual qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməlidir. Yenidən məhkəmə aidiyyətini müəyyənləşdirəcək məhkəmə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə riayət etməklə tərəflər arasında hansı tarixlərdə əmək münasibətlərinin mövcudluğu, cavabdehin hansı tarixdən VÖEN-ə malik olub-olmaması məsələlərini onların iştirakını təmin etməklə verəcək olduqları izahatları və işdə toplanacaq digər sübutları əlaqəli şəkildə qiymətləndirib yekun qənaətə gəlməlidir.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 ya nvar tarixli, e-2-2(121)- 232/2025 nömrəli qərardadı ləğv edilərək məhkəmə aidiyyətinin yenidən müəyyənləşdirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.