Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-324/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh1, X1 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı MMC-nin Cavabdeh1, X1 qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1) və X1 (bundan sonra – “M.Oru cuv”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan **-JS-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı yük yəhərli dartıcı və **-ZJ-*** “Semi Trailer” tentli furqon yarımqoşqunu Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi iddiaçıya qaytarılması, cavabdehlər Cavabdeh1 və M.Orucovdan iddiaçının xeyrinə 2018-ci il 1 noyabr tarixli 1801/0478 saylı lizinq müaviləsinə əsasən 15.419 manat əsas lizinq borcu, 13.590 manat vaxtı keçmiş faiz borcu, 69.817 manat hesablanmış penya olmaqla, cəmi 98.826 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 387 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli, e-2-2(113)-1244/2024 nömrəli qərardadı ilə iddiaçının cavabde hlər Cavabdeh1 və M.Orucova qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim- Z.Axundova).
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 1 noyabr tarixli 1801/0478 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 56.000 manat olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verməyi, Cavabdeh1 isə öz növbəs ində 39.200 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Həmçinin, müəyyən olunmuşdur ki, cavabdeh-lizinq alan Cavabdeh1 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsindən Cavabdeh1 vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsinin (VÖEN) olması, vergi uçotuna alınması müəyyən edilmir. Tərəflər arasında bağlanan müqavilədə də bununla bağlı hər hansı məlumat yoxdur.
5. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında ya ranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının “İstisna” hissəsində göstərilir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.
6. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda məhkəmənin qənaətinə əsasən hazırkı iş üzrə cavabdeh olan zamin M.Orucov fərdi sahibkar statusuna malik olması işin hazırkı məhkəmədə baxılması üçün əsas ola bilməz.
7. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12, 13, 26, 27-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 152.1.3, 26.1, 31.1ci maddələrinə istinadla əsaslandırmışdır.
8. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Mə hkəməsinin 2024-cü il 17 aprel tarixli, e-2-2(113)-1244/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir (hakim – Z.Axundova). Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibk arlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibka rlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. 27.Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin işti rakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliy inə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” Ali məhkəmənin mövqeyi
12. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-1244/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
14. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız bi rinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
15. Qarışıq məhkəmə tərkibi hazırkı iş üzrə belə qənaətə gəlir ki, məhkəmə aidiyyəti ilə bağlı iddiaçının şikayətdə göstərdiyi dəlillər Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-1244/2024 nömrəli qərardadının ləğv edilməsi üçün məqbul sayıla bilməz.
16. Belə ki, birinci instansiya məhkəməsinin qərardadda əks etdirdiyi mövqeyə əsasən hazırkı iş üzrə Cavabdeh1 vergi ödəyicisi kimi uçota alınmaması onunla iddiaçı arasında bilavasitə sahibkarlıqla bağlı hüq uq münasibətinin mövcud olmamasını göstərmişdir.
17. Bundan başqa məhkəmə digər cavabdeh M.Orucovun fərdi sahibkar statusuna malik olmaqla zamin qismində öhdəliklərinin əmələ gəlməsi ilə bağlı da belə mövqe formalaşdırmışdır ki, sonuncunun VÖEN-nə malik olması ümumilikdə mübahisənin məhkəmə aiddiyəti qaydalarına uyğun olaraq kommersiya məhkəməsində baxılmasını ehtiva etmir.
18. Qarışıq məhkəmə tərkibi kommersiya məhkəməsinin həm MPM-in 1-ci maddəsinin qeyd hissəsidə daxil olmaqla, 24.2, 25.2, 26.2-ci maddələrinin habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarının, həmçinin Ali Məhkəmənin Plenum Qərarının müddəalarına istinad etməklə for malaşdırdığı mövqe ilə razılaşaraq onu da vurğulayır ki, hazırkı mübahisənin yaranmasının əsasını Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış lizinq müqaviləsi təşkil edir.
19. Belə ki, MPM-in 24.2-ci maddəsinin müddəalarına görə müqavilə münasibətlərinin subyektləri bilavasitə hər iki tərəfin sahibkarlıq statusuna malik olması baxımından əhəmiyyət kəsb edir. Lakin hazırkı halda lizinq müqaviləsi üzrə cavabdehin belə statusa malik olmaması yuxarıda göstərilən maddənin məzmunu baxımından işin kommersiya məhkəməsində baxılması mümkünlüyünü istisna edir.
20. Digər tərəfdən ikinci cavabdehin sahibkarlıq statusuna malik olması həmçinin zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təmin edilməsinə mülki məsuliyyət daşıması mübahisənin kommersiya məhkəməsin də baxılmasına əsas ola bilməz.
21. Bu baxımdan qarışıq məhkəmə tərkibi vurğulayır ki, iş üzrə Cavabdeh1 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsindən Cavabdeh1 vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsinin VÖEN olması, vergi uçotuna alınması müəyyən edilmir.
22. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
23. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünü n fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
24. Görünən odur ki, faktiki hüquq münasibətlərinin tərəfləri MMC ilə sahibkarlıq statusu olmayan cavabdeh olmaqla mübahisə də məhz onların öz aralarında törənmişdir.
25. Eyni zamanda qarışıq məhkəmə tərkibi diqqətə çatdırır ki, Cavabdeh1 qanunvericiliyə uyğun olaraq müvafiq qaydada uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması halı da istisna edilmir.
26. X2 27-ci bəndindəki nizamlamaya görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki M əcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnziba ti Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.Beləliklə, qarışıq məhkəmə tərkibi yux arıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işə kommersiya məhkəməsi baxmaqda səlahiyyətli deyildir.
27. Yuxarıda göstərilənlərə münasibətdə əks yanaşma isə MPM-də məhkəmə aidiyyəti ilə əlaqədar nəzərdə tutulmuş imperativ nizamlama qaydalarını inkar etməklə mübahisə tərəflərinin statusunda fərqliliyə əhəmiyyət vermədən bu kateqoriyadan olan mübahisələrə yalnız kommersiya məhkəməsində baxılmasına gətirib çıxarardı.
28. Ona görə də iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-1244/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsi n. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-1244/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.