Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-512/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Vaqif qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 28 iyun tarixli e-2-2(113)-5195/2025 nömrəli qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məh kəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Nəsimi Rayon Məkhəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.522 manat əsas borc, 1.059 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 8.116 manat olmaqla ümumilikdə 12.697 manat pul vəsaitinin və ödənilmiş 128,10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 17 aprel tarixli 2(006)2542/2025 nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32.3, 32.4, 32.5 və 32.7-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 28 iyun tarixli e-2-2(113)-5195/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məh kəməsinə göndərilmişdir.
5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, işin kommersiya məhkəməsinə aidiyyəti məsələsi müəyyən edilərkən hüquq münasibətlərinin xarakteri və tərəflərin statusu sahibkarlıq fəaliyyəti ilə üzvi surətdə bağlı olmalıdır. 6. 2022-ci il 30 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh nəqliyyat vasitəsini şəxsi istehlak məqsədilə əldə etmiş, müqaviləni vergi ödəyicisi kimi bağlamamışdır. İddiaçının verdiyi şikayətdə də həmin nəqliyyat vasitəsinin şəxsi istifadə məqsədilə alındığı qeyd olunmuş və cavabdehin həmin avtomobili sahibkarlıq məqsədilə əldə etdiyini sübut edən hər hansı sənəd təqdim olunmamışdır.
7. Göstərilənlərə əsasən mübahisənin cavabdehin sahibkarlıq fəaliyyəti çərçivəsində yarandığını təsdiq edən sübut olmadığından, hüquq münasibətinin xarakteri b axımından bu mübahisəyə kommersiya məhkəməsində baxılması mümkün deyil. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qayd asında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəm əsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” 9. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
33. Vergi ödəyicilərinin uçotu Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, MPM-in 24.2-c i maddəsinə əsasən, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25 və 26-cı maddələri isə uyğun olaraq mübahisələrin ümumi və ya kommersiya məhkəmələrinə aidliyini müəyyən edir.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəali yyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).
14. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tər əflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).
15. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).
16. Plenum Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması isə işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Hazırkı işin halları ondan ibarətdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı satqısına dair 2022-ci il 30 aprel tarixli müqavilə imzalanmışdır. Həmin müqavilədə cavabdehin vergi ödəyicisi statusunda olması və nəqliyyat vasitəsinin kommersiya fəaliyyətində istifadə etmək məqsədi ilə alındığı göstərilməmişdir. Müqaviləyə əlavə olunmuş sənədlərdə də cavabdehin fərdi sahibkar statusunda olması və müqavilənin bağlanması məqsədinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmasına dair məlumat göstərilməmişdir. İddiaçının da mövqeyi ondan ibarətdir ki, həmin müqavilənin bağlanması ilə cavabdehin sahibkarlıq fəaliyyəti arasında əlaqə mövcüd deyildir.
18. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin (cavabdehə münasibətdə) sahibkarlıq fəaliyyətinin həyata keçirilmə si ilə bağlı olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Cavabdehin həmin avtomobili şəxsi istifadə ilə yanaşı sahibkarlıq fəaliyyətində də istifadə etməsi isə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən yaranan hüquq münasibətlərinin xarakterinin dəyişməsinə səbəb olmur.
19. Bu baxımdan, mübahisənin kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərtlərdən biri, yəni hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı mövcud deyil və bu səbəbdən də, işə kommersiya məhkəməsində baxılması üçün hüquqi əsaslar yoxdur.
20. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, iş ümumi məhkəmənin yurisdiksiyasına aid olmaqla, məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
21. Şərh olunanlara əsasən məhkəmə tərk ibi QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.