Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-606/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iş üzrə məhk əmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat
1. İddiaçı1 2024-cü il 6 aprel tarixində iddia ərizəsi ilə, bundan sonra isə işə sonradan iddiaçılar kimi qoşulan İddiaçı2 və İddiaçı3 ilə birlikdə (bundan sonra birlikdə – “iddiaçılar”, ayrı-ayırılıqda müvafiq olaraq – “İddiaçı1”, “İddiaçı2”, “İddiaçı3”) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Cavabdeh MTK-ya (bundan sonra “cavabdeh”) qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək: - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış bina sının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 355 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 360 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 361 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 362 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı2 arasında bağl anmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 357 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 358 nömrəli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə; - 2022-ci il 6 aprel tarixində cavabdeh ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 359 nömr əli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə dair çıxarış alınması üçün sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 3 aprel tarixli e-2(006)199/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Abidova).
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 (VÖEN: **********) və cavabdeh müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə k i, İddiaçı1 fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh kommersiya hüquqi şəxsidir. Deməli, hazırkı mübahisənin subyektiv tərkibi olan iddiaçılardan biri və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.
4. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflərin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlar əsasında İddiaçı1 ilə cavabdeh arasında işgüzar münasibətlər olması, iddiaçının cavabdehə torpaq sahəsi ilə bağlı vasitəçilik etməsi, bunun nəticəsində cavabdehin ona pul verməyə söz verməsi və pulun bir hissəsini versə də, qalan hissəsi ilə bağlı isə təminat olaraq, İddiaçı1 və onun göstərdiyi şəxslər (öz izahatına əsasən, qohumları) – digər iddiaçılarla hazırkı mübahisənin predmetini təşkil edən müqavilələri bağlaması məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır.
5. Belə ki, iş üzrə keçirilmiş 2024-cü il 16 may tarixli məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi “iddiaçı ilə cavabdehin rəhbərliyi arasında əvvəllər işgüzar münasibətlər olduğunu, iddiaçının cavabdehə torpaq sahəsi ilə bağlı vasitəçilik etdiyini, cavabdeh də əvəzində bir az pul verib, gələcəkdə veriləcək qalıq pulun təminatı kimi isə bu müqavilələri bağlayıb, pul veriləndə müqavilənin geri qaytarılmasını iddiaçı ilə razılaşdırdığını” bildirmişdir. 6. 2024-cü il 20 iyun tarixli məhkəmə iclasında iddiaçı “torpaqla bağlı vasitəçilik etdiyinə görə cavabdehin bu mənzilləri ona verməyə söz verdiyini; həmçinin, 2025-ci il 27 fevral tarixli məhkəmə iclasında iddiaçı pul münasibətlərinin olduğu nu, əvəzinə ona mənzillər verildiyini, ikisini öz adına, qalanlarını isə qohumlarının (hazırkı iş üzrə digər iddiaçıların) adına rəsmiləşdirdiyini, həmin vaxt niyyətinin mənzili almaq olmadığını, mənzilin məhz əvəz kimi verilməsinə razı olduğunu, cavabdehin 2 həftəyə pulu ödəyə bilməyəcəyi təqdirdə, mənzillərin onun olacağına dair söz verdiyini” iddia etmişdir. Həmin iclasda cavabdehin vəkili-nümayəndəsi “iddiaçının binanın yerləşdiyi torpağın alınmasında vasitəçi olduğunu” təsdiq etmişdir.
7. Tərəflərin izahatı ilə öz təsdiqini tapmış bu faktlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında işgüzar münasibətlərin olması, İddiaçı1 də, cavabdehin də aralarındakı şifahi razılığa əsasən gəlir əldə etmək niyyətlərinin olması aşkardır. Belə ki, İddiaçı1 vasitəçilik edib, cavabdehdən pul almaqla, cavabdeh isə iddiaçının vasitəçiliyi ilə əldə etdiyi torpaq sahəsində öz fəaliyyətini (tikinti şirkəti) həyata keçirib, inşa etdiyi mənzilləri başqa şəxslərə satmaqla qazanc əldə etməyi arzulamışlar. Tərəflərin izahatı əsasında mübahisəsiz olaraq müəyyən edilmişdir ki, əvəz kimi iddiaçıya verilməsi vəd edilən pulun bir hissəsi ona verilmiş, qalan hissəsinin verilməsinin təminatı üçün isə hazırkı müqavilələr bağlanmışdır. İddiaçı müqavilələr bağlanan zaman həmin mənzilləri almaq niyyətinin olmadığını bildirmişdir. Belə olan halda tərəflərin subyektiv tərkibini, onlar arasında olan münasibətlərin yaranma əsasının kommersiya münasibətləri olmasını və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 iyul tarixli e-2-2(113)4154/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – P.Zamanlı).
9. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əsas məqsədi alqısatqı müqaviləsi əsasında daşınmaz əmlaklar üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatını aparmaq olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb edilən sənədlər sırasında hüquqların dövlət qeydiyyatı haqqında ərizə (hazırkı mübahisədə tərəflər arasında bağlanmış notariat qaydası nda təsdiq edilmiş müqavilə), pay dəyərinin tam həcmdə ödənilməsini təsdiq edəcək maliyyə arayışı, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd ilə yanaşı mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı tələb olunur. Odur ki, iddiaçının tələbi şəxsi istifadə məqsədi ilə əldə etdiyi yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ümumi yığıncağın qərarının əldə edilməsi ilə bağlıdır və onların hazırkı tələbinin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağ lı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kim i, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliy yətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəməl ərinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 11) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olm alıdır.
14. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 10) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
15. İş materialları və iddia ərizəsinin məzmunundan müəyyən olunanlara görə, hazırkı iddianın verilməsində iddiaçıların məqsədləri alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlaklar üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı üçün müvafiq sənədlərin əldə edilməsi olmuşdur.
16. Qarışıq məhkəmə tərkibi h esab edir ki, cavabdehin kommersiya hüquqi şəxsi, iddiaçılardan birinin isə fərdi sahibkar statusuna (VÖEN-ə) malik olmasına baxmayaraq, eləcə də iddia tələbində göstərilən mənzillər əvvəllər tərəflər arasında mövcud olmuş vasitəçilik xidmətləri üzrə əldə olunsa da, həmin xüsusatların heç biri hazırkı mübahisəni kommersiya mübahisəsi kimi qiymətləndirməyə əsas vermir.
17. Belə ki, hazırkı mübahisə iddiaçılara ayrılmış mənzillərə (yaşayış sahələrinə) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan cavabdehin ümumi yığıncağının qərarının verilməməsindən yaranmışdır və iddiaçıların hazırkı tələbinin sahibkarlıq fəaliyyəti ilə hər hansı əlaqəsi mövcud deyil. Bu isə hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığına dəlalət edir.
18. O da vurğulanmalıdır edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.3-cü maddəsində “mənzil”in anlayışı aşağıdakı kimi verilmişdir: “bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir”. Bu anlayışdan da görünür ki, mənzilin təyinatı yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuşdur və buna görə də mənzillərin ilkin dövlət qeydiyyatında alınması üçün müvafiq sənədlərin tələb olunmasından irəli gələn mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mü bahisə kimi qiymətləndirilə bilməz.
19. Bu baxımdan, tərəflər arasındakı münasibətlərin xarakteri və mübahisənin predmeti bilavasitə sahibkarlıqla bağlı deyildir.
20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, kommersiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı gəldiyi nəticə doğrudur. Hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
21. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvv