Məhkəmə qərarları › İş №e-2-2(102)-627/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-627/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-627/2023 06.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Elşanə Vəliyevadan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi il ə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9082,60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10.83 manat məbləğində pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(115)-480/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. İddiaçı 2023-cü il 16 iyun tarixdə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli e-2-2(115)-480/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(115)480/2023 saylı qərardad ından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-189/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 2023-cü il 19 iyun tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün yenidən Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir

6. Cavabdeh vəsatət verərək, işin aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadı ilə Cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndəri lməsi barədə vəsatəti təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh fərdi sahibkar (VÖEN: **********) statusuna malik şəxsdir və tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliklərlə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasın dan asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

9. Cavabdeh və vəkili Vəkil Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişlər.

10. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında formal nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Hazırkı müəssisə ilə isə onlar arasında olan mübahisə əmək mübahisəsidir. Onun vergi ödəyicisi olması aralarında olan mübahisənin kommersiya mübahisəsi olmasına dəlalət etmir. Odur ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılm aıdır.

11. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 11 sentyabr tarixli e-2-2(115)480/2023 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev). İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqə dar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər.... 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfində n gəlir) götürülməsi olan fəaliyyətdir.” “ M a d d ə 1

0. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Cavabdehin şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmamalı, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, mübahisənin kommer siya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Hüquq münasibətlərinin xarakteri və mübahisənin subyektiv tərkibi ilə bağlı qeyd edilməlidir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halına əsasən tərəflər arasında 2019-cu il 25 noyabr tarixli 035/2019 nömrəli məhsulların nisyə alqısatqısı barədə müqavilə bağlanmış, iddiaçı nisyə olaraq ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh isə məhsulları qəbul etməyi və malların dəyərini üç ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkardır (V ÖEN: **********) və tərəflər arasında yaranmış mübahisə sözügedən müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

18. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir.

19. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin yux arıda istinad edilən hüquq normalarının tələblərinə uyğun olaraq kommersiya mübahisəsidir və buna görə də Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti təmin edilməməlidir.

20. Beləliklə, məhkəmə tərkibi MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 avqust tarixli e-2-2(115)-480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar