Məhkəmə qərarları › İş №e-2-2(102)-711/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-711/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-711/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehna qarşı iş üzrə QƏRAR 2-2(102)-711/2023 Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X1 və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehna qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair iş üzrə verilmiş şikayətə baxıldı. l. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehna (bundan sonra – “cavabdeh”) qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli, e-2-2(119)1493/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır (hakim – Z.Sadiqov).

3. Məhkəmə qeyd etmişdir ki, hazırk ı iddia ərizəsinə əlavə edilmiş və “lizinq obyektinin qaytarılması və borcun tutulması” barədə iddia tələbinin əsaslandırıldığı 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsində ümumi dəyəri 30.000 manat olan “Volkswagen Passat” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əsas fəaliyyət növü “astroloqların fəaliyyəti” olan cavabdehə (lizinq alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş olması iş materialları ilə müəyyən olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə geri qaytarılması tələb olunan lizinq obyekti – “Volkswagen Passat” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, cavabdehin (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə əlaqədar lizinqə verilməsi təsdiq olunmur. Çünki, 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsində lizinq obyekti olan minik avtomobilinin cavabdehin (lizinq alanın) sahibkarlıq fəaliyyəti üçün verildiyi qeyd olunmamışdır. Eyni zamanda, iddia ərizəsində də bu mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyəti üzrə münasibətlərlə əlaqədar yaranmış olması əsaslandırılmamışdır.

4. Məhkəmə vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2017-ci il 12 yanvar tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.3-cü maddəsinin tələbləri baxımından li zinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

5. Göründüyü kimi, mövcud qanunvericiliyə uyğun olaraq, lizinq bilavasitə sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, digər məqsədlərlə də verilə bilər və lizinq predmeti sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi müvafiq müqavilə və digər sənədlərlə təsdiq olunmalıdır.

6. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsində 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsi ilə əlaqədar verilən “lizinq obyektinin qaytarılması və borcun tutulması” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır.

7. Ey ni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənsinin (bundan sonra – “MPM”) tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı kommersiya məhkəməsinə müraciət edərkən MPM-in 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini də lazımi qaydada yerinə yetirməlidir.

8. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələr ə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 14-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 12 yanvar 2017-ci il tarixli Qərarına, MPM-in 1, 24.2, 26.1, 31.1, 149, 150, 152.1.3, 152.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

9. İddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin iddiaçının cavabdehə qarşı kredit borc tələbinə dair iddia ə rizəsinin məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə iddiaçıya qaytarılmasına dair Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli, e-2-2(119)-1493/2023 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülərək baxılması barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

10. Şikayətdə bildirilmişdir ki, hazırkı iş üzrə tərəflər iddiaçının (VÖEN:**********), cavabdehin (VÖEN:**********) vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Başqa sözlə, hazırkı mübahisənin subyektiv tərkibi kommersiya hüquqi şəxsi və fərdi sahibkar statusuna sahib olan fiziki şəxsdir.

11. Beləliklə, tərəflər vergi ödəyicisi olduğundan onlar arasında olan mübahisə də kommersiya mübahisəsidir. Baxmaya raq ki, 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsi ilə tərəflərin statusu hissəsində cavabdehin fərdi sahibkar kimi “VÖEN” məlumatları göstərilmiş və müqavilə də onun tərəfindən fərdi sahibkar statusunda imza edilmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, e2-2(119)-1493 saylı qərardadı ilə iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(119)-1493/2023 nömrəli qərardadından şikayəti təmin edilməmiş, həmin qərardad qüvvəsində saxlanılmış, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(119)-1493/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Sadiqov).

13. Məhkəmə qeyd etmişdi r ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə - kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş və “lizinq obyektinin qaytarılması və borcun tutulması” barədə iddia tələbinin əsaslandırıldığı 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsində ümumi dəyəri 30000 (otuz min) manat olan “Volkswagen Passat” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əsas fəaliyyət növü “astroloqların fəaliyyəti” olan cavabdehə (lizinq alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş olması iş materialları ilə müəyyən olunmur. Yəni, hazırkı iddia ərizə si ilə geri qaytarılması tələb olunan lizinq obyekti – “Volkswagen Passat” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, cavabdehin (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə əlaqədar lizinqə verilməsi təsdiq olunmur. Çünki, 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsində lizinq obyekti olan minik avtomobilinin cavabdehin (lizinq alanın) sahibkarlıq fəaliyyəti üçün verildiyi qeyd olunmamışdır və eyni zamanda, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə də bu xüsusat öz təsdiqini tapmır.

14. İddiaçının hazırkı şikayətini əsaslandırdığı dəlillərlə əlaqədar məhkəmə qeyd etməyi lazım bilmişdir ki, işin konkret hallarına görə lizinq alan cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da (“VÖEN”-i olsa da), 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsi əsasında “Volkswagen Passat” markalı **-AG*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar verildiyi təsdiq olunmur.

15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsində 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 Müqaviləsi ilə əlaqədar verilən “lizinq obyektinin qaytarılması və borcun tutulması” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır.

16. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunmuşdur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən MPM ilə nəzərdə tutulan müvafiq tələblərə riayət olunması i ddiaçının vəzifəsi olduğuna görə, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(119)-1493/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 13-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 12 yanvar 2017-ci il tarixli Qərarına, MPM-in 1, 24.2, 25.1, 26.1, 152.1.3-cü maddələrinə istinad edərək ə saslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 12 yanvar 2017-ci il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747- 1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. Yəni, mövcud qanunvericiliyə uyğun olaraq, lizinq bilavasitə sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, digər məqsədlərlə (şəxsi istehlak məqsədilə və s.) də verilə bilər. Ona görə də, lizinq predmetinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş olması müvafiq müqavilə və digər sənədlərlə təsdiq olunmalıdır. 19. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sa hibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyət i... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti... 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti... 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

149. İddia ərizəsinin forması və məzmunu... 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;...” “Maddə

150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:... 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştir akı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

21. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli, e-2-2(119)-1493/2023 saylı qərardadı ləğv olunmalı, iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

22. Belə ki, MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 20) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin su byektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

23. MPM-in 25.2 və 26.2-ci maddələrinin (bax yuxarıda § 20) və Plenum Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin (bax yuxarıda § 19) əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, mübahisə tərəfləri arasındakı hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

24. Məhkəmə tərkibi qeyd edir ki, hazırki iş üzrə tərəflər iddiaçı və cavabdeh dövlət qeydiyyatından keçmiş və müvafiq olaraq VÖEN:********** və VÖEN: ********** malik olan vergi ödəyiciləridir.

25. Həmçinin şikayətdə oda göstərilir ki, cavabdehin hesabdan çıxarış məl umatlarına əsasən, lizinq ödənişləri də vətəndaşın şəxsi hesabına deyil, onun “VÖEN” hesabına köcürülmüşdür.

26. Belə olan təqdirdə müqavilədə lizinq predmetinin lizinq alana onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi məqsədi ilə verildiyi birbaşa göstərilməsə də faktiki olaraq müqavilənin tərəfləri sahibkarlıqla məşğul olduğundan onun predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alındığı təəssüratı yaradır. Bu halı isə inkar edən hər hansı məlumatlar (sənədlər) iş materiallarında mövcud deyildir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki hazırkı mübahisəyə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aiddir.

27. Bundan başqa mübahisələndirilən 16 noyabr tarixli qərardadda o da göstərilmişdir ki, hazırkı iddia ərizəsində 2019-cu il 7 may tarixli 204/LA nömrəli X3 M üqaviləsi ilə əlaqədar verilən “lizinq obyektinin qaytarılması və borcun tutulması” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalı olması və eyni zamanda MPM-in 149-150-ci maddələrinin, eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə də lazımi qaydada riayət edilməli olmasıda qeyd edilmişdir.

28. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 3.1.3 və 28.1-ci maddələrinin tələblərinə əsasən ümumi məhkəmələrdə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı mediasiya prosedurunun mütləqliyi müəyyənləşdirilmişdir. Bu baxımdan məhkəmənin qərardadda mediasiya proseduru ilə bağlı gəldiyi mö vqe nümayiş etdirməsi də aydın olmur.

29. Belə olan təqdirdə məhkəmə tərkibi hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin mübahisələndirilən 2023-cü il 16 noyabr tarixli, e-2-2(119)-1493/2023 saylı qərardadı ləğv olunmalıdır.

30. Mübahisəli daxili maliyyə lizinq müqaviləsi imzalanarkən cavabdehin VÖEN-i müqavilədə öz əksini tapmış, yəni cavabdeh müqaviləni məhz fərdi sahibkar olan fiziki şəxs kimi imzalamış və bu statusda müqavilə tərəfi olmuşdur.

31. İşdən göründüyü kimi subyektiv tərkib və mübahisənin predmeti baxımından hazırkı iş kommersiya məhkəməsində baxılmalı olan işdir. Bununla belə məhkəmə kollegiyası onu da vurğulayır ki, iddia ərizəsinin icraata qəbulu məsələsi iddiaçı tərəfindən MPM-in 149150-ci maddələrinin o cümlədən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi müstəvisində araşdırılmaqla həll edilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli, e-2-2(119)-1493/2023 saylı qərardadı ləğv edilməli, iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

33. Şərh olunanlara və MPM-in 14, 25, 26, 31 və 403-1.8.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(119)-1493/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar