Məhkəmə qərarları › İş №e-2-2(102)-740/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-740/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-740/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlu və Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Lənkəran Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 2390.42 manat pul və ödənilmiş 43.91 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin, 2025-ci il 29 avqust tarixli e-2(049)-2997/2025 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – A.Pənahov).

3. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, iddia tələbi “lizinq obyektinə dəymiş zərərin ödənilməsi”nə dair olmasına baxmayaraq iddia tələbini əsaslandıran 2021-ci il 15 iyun tarixl i MAS-3931 saylı “Daxili lizinq müqaviləsi” sahibkarlıq subyektləri arasında bağlanmışdır və həmin müqavilədən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Həmçinin müqavilə bağlanarkən cavabdeh vergi ödəyicisi olmuşdur.

4. Hazırki mülki işin faktiki hallarından müəyyən edildi ki, iddia tələbi üzrə iddianın əsasını təşkil edən mübahisənin predmeti və hüquq münasibətləri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.

5. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Şirvan Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir.

6. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11-14-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 2 oktyabr tarixli, e-2-2(121)3503/2025 nömrəli qərardadı ilə iş məhkə mə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim –R.Nəbiyev).

9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərdən iddiaçının hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq, hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki, iş materiallarında sənədlərlə, həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən lizinq obyektinin lizinq alan tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alınması müəyyən edilmir. Əksinə 2021-ci il 15 iyun tarixli MAS-3931 saylı “Daxili lizinq müqaviləsi”nə 2 №-li Əlavə olan Lizinq alanın yekun sifarişindən görünür ki, cavabdeh “Khazar SD” minik markalı nəqliyyat vasitəsini şəxsi istifadə üçün alınmasını xahiş etmişdir. Bu da onu deməyə əsas verir ki, hazırki mülki işə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətinin xarakteri baxımından Şirvan Kommersiya Məhkəməsində baxılması mübahisəlidir.

10. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 12-ci bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkə mə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçü n deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....”

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutul ur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin ko mmersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə qaydalarının pozulmasına yol verilmir.” yol verilməməsi 31.1. Aidiyyət “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali məhkəmənin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir.

14. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. Qanunvericiliyə əsasən, işin kommersiya məhkəməsinin səlahiyyətinə aid olması üçün yalnız tərəflərin hüquqi statusu kifayət deyil. Hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlı olmalı və mübahisə də bu fəaliyyətin həyata keçirilməsindən irəli gəlməlidir.

16. Hazırkı işdən də müəyyən edilir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olsa da, hazırkı iddianın əsasını təşkil edən daxili lizinq müqaviləsi cavabdehin sahibkarlıq fəaliyyəti bağlı olmamışdır.

17. Belə ki, “Daxili lizinq müqaviləsi”nə 2 №-li Əlavə olan Lizinq alanın yekun sifarişindən görünür ki, cavabdeh “Khazar SD” minik markalı nəqliyyat vasitəsinin məhz şəxsi istifadə üçün alınmasını xahiş etmişdir.

18. Göründüyü kimi mübahisənin kommersiya məhkəməsində baxılması üçün tələb olunan əsas şərtlərdən biri kimi hüquq münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı öz təsdiqini tapmır.

19. Bundan başqa iş materiallarından görünür ki, Lənkəran rayon Məhkəməsinin 2024cü il 10 dekabr tarixli e2(049)-3685/2024 saylı qətnaməsi ilə iddiaçının iddası təmin edilərək, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə (hazırki iddiaçıya) geri qaytarılması və cavabdehdən ümumilikdə 1764.08 manat pulun tutulması qət edilmişdir.

20. Göründüyü kimi tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə daha əvvəl də məhkəmə mübahisəsi olmuş və həmin mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmışdır.

21. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tər kibi belə qənaətə gəlir ki, hazırkı iş MPM-in 25.1-ci maddəsinə əsasən ümumi məhkəmənin yurisdiksiyasına aid olmaqla, məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar