Məhkəmə qərarları › İş №e-2-2(102)-753/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-753/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-753/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 75 kv.m olan qeyri-yaşayış sahəsinin verilməmiş hissəsinin verilməsi və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı X2 (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2009-cu il 23 sentyabr tarixli 00011 nömrəli müqaviləyə əsasən, ümumi sahəsi 75.00 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməmiş olan 11.1 kv.metr sahəsində artırılması və ya dəymiş 4995 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir.

2. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadı ilə cavabdehin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.

4. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)5540/2023 nömrəli qərardadından şikayət vermişdir. Həmin şikayət məhkəmənin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır.

5. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət vəkil tərəfindən tərtib olunmaqla vəkil və şikayət verən şəxs tərəfindən imzalanmalı, həmçinin vəkilin səlahiyyətinin müəyyən edilməsi üçün order də şikayət ə əlavə olunmalıdır. Lakin hazırkı işdə cavabdeh tərəfindən verilmiş şikayət vəkil tərəfindən tərtib olunmamaqla, onun tərəfindən imzalanmamış, həmçinin onun orderi şikayətə əlavə olunmamışdır.

6. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 2023-cü il 30 noyabr tarixli e-22(113)-5540/2023 nömrəli qərardadında verilmiş şikayətin geri qaytarılmasının əsası kimi göstərmişdir ki, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Lakin məhkəmə qərardadında qeyd etmişdir ki, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Qərardadda kassasiya şikayətinin verilməsi deyil, Bakı Kommersiya Məhkəməsinə şi kayətin verilə biləcəyi qeyd edilmişdir. Cavabdeh də şikayət vermişdir. Əgər həmin qərardaddan kassasiya şikayəti verilməli idisə, məhkəmə qərardadında kassasiya şikayəti verilməli olduğu qeyd edilməli idi. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. M əhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdırara q hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

9. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır və cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında qərardaddan verilmiş şikayət təmin edilmədiyi halda, baxılması üçün işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir. Eyni zamanda, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Mülki Prosessual Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş t ələblərə uyğun olaraq verilməklə, şikayətə vəkilin orderi də əlavə olunmalıdır. Şikayətin qaytarılması məsələsi isə Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

10. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, məhkəmə aidiyyətinə dair qərardaddan verilmiş şikayətə vəkil orderi əlavə edilmədiyindən, həmin şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.4 və 408-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

11. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadı dəyiş dirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

12. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-5540/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar