Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-773/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 noyabr tarixli e-2-2(113)6098/2024 nömrəli qərardadından cavab deh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 6.235,24 manat əsas borc, 1.122,36 manat ƏDV borcu olmaqla, cəmi 7.357,60 manat pulun, həmçinin ödənilmiş 500 manat hüquqi xidmət haqqı və 99 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, ərizəni onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş müqavilədən məlum olanlara görə, cavabdeh müqavilə ni fiziki şəxs kimi imzalamış, onun fərdi sahibkar kimi möhürü vurulmamışdır. Ona görə də hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi 8 nömrəli evin 59 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 noyabr tarixli e-2-2(113)6098/2024 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir (hakim – G.Namazova).
4. Məhkəmə qeyd etmişdir ki, işdə olan və iddiaçı tərəfindən mübahisələndirilən 2024-ci il 1 fevral tarixli 018/21 nömrəli alqı-satqı müqaviləsini (bundan sonra – “müqavilə”) imzalayan cavabdeh fərdi sahibkar kimi müqaviləni bağlamış və müqavilədə VÖEN məlumatları da qeyd olunmuşdur. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin VÖEN-i qeyd edilməklə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən qaimələr üzrə ödənişlər edilmişdir.
5. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli e-2-2(113)6098/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərardad qüvvədə saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Namazova).
7. Məhkəmə əvvəlki mövqeyini (bax § 4) bir daha vurğulamış və şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin dəlilləri
8. MPM-in 24.2, 31.1, 32.4, 32.5, 385.1.1 və 386-cı maddələri – Cavabdeh məhkəmənin gəldiyi nəticənin əsassız olmasını aidiyyət ilə bağlı ərizəsində (bax § 2) göstərdikləri ilə əsaslandırır. Tətbi q edilən hüquq
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibka rlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankı n sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özün ün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.”
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 10) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəal iyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
13. İş materiallarından məlum olur ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkardır. Cavabdehin imzası ilə təsdiq edilmiş mübahisəli müqavilədə cavabdehin VÖEN-i də göstərilmişdir.
14. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması üçün hər hansı hüquqi maneə mövcud deyildir.
15. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə əlaqədar qeyd edilməlidir ki, Plenum Qərarının 11 və 12-ci bəndlərində (bax § 9) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhk əmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərindən ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılmasına imkan verir.
16. Qarışıq məhkəmə tərkibi hesab edir ki, cavabdehin imzaladığı mübahisəli müqavilədə cavabdehin VÖEN-nin əks olunması, həmçinin iddia ərizəsində göstərilənlərlə əsasən, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi və cavabdeh tərəfindən də həmin qaimələr üzrə ödənişlər edilməsi, eləcə də tərəflər arasında yüksək məblə ğdə yanacağın alqı-satqısının həyata keçirilməsi müqavilənin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlanıldığına dəlalət edir.
17. Cavabdeh tərəf müqavilənin şəxsi istehlak üçün bağlandığına dair hər hansı tutarlı dəlil gətirə bilməmişdir.
18. Cavabdehin şikayətindəki “möhürün vurulmaması, yəni müqaviləni sahibkar kimi deyil, fiziki şəxs kimi imzalaması” ilə bağlı dəlilə münasibətdə isə qarışıq məhkəmə tərkibi bildirir ki, mübahisəli müqaviləyə cavabdeh tərəfindən möhürün vurulub-vurulmaması bilavasitə mübahisənin mahiyyəti ilə bağlı xüsusat olmaqla, hazırkı işin məhkəmə aidiyyətinin müəyyən edilməsində ümumiyyətlə hər hansı əhəmiyyət kəsb etmir.
19. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya m übahisəsi kimi qiymətləndirilməlidir.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 4031.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 noyabr tarixli e-2-2(113)6098/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.