Məhkəmə qərarları › İş №e-2-2(102)-841/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-841/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-841/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, iddia ərizəsinin geri qaytarılması, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı borcun ödənilməsi və s. tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2021-ci il 17 noybr tarixli, D095 X8 üzrə 25.959 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 15.780 manat olmaqla cəmi 41.739 manat, 2021-ci il 17 noyabr tarixli, D096 saylı X8 üzrə isə 25.574 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 15.564 manat olmaqla cəmi 41.138 manat Lizinq borcunun, ümumilikdə 51.533 manat lizinq mükafatı və 31.344 manat hesablanmış cərimə borcunun (Cəmi 82.877 manat), həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddiaçı nın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 159 və 160 nömrəli mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında 2021-ci il 17 noyabr tarixli D095 və 2021-ci il 17 noyabr tarixli D096 saylı X8 bağlanmış və həmin lizinq müqavilələrinin müvafiq olaraq predmeti olan mənzilər lizinqə verilmişdir. 2021-ci il 17 noyabr tarixli D095 saylı X10 müqaviləsinin obyektini ünvan 1, mənzi 159, 2021-ci il 17 noyabr tarixli D096 saylı X5 obyektini isə ünvan 1, mənzi 160 təşkil edir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsi üzrə öhdəliklər X3 və Cavabdeh1 qarşılıqlı razılığı, həmçinin iddiaçının icazəsi ilə Cavabdeh1 ötürülmüşdür. Öhdəliklərin götürülməsinə dair 2021-ci il 22 noyabr tarixli iki müqavilə bağlanmış və həmin müqavilələrə görə 2021-ci il 17 noyabr tarixli D095 və 2021-ci il 17 noyabr tarixli D096 saylı X7 üzrə öhdəliklər tam olaraq Cavabdeh1 ötürülmüşdür. Bundan başqa öhdəliklərin icrasının təmini olaraq tərəflər, iddiaçı, cavabdehlər arasında 2022-ci il 5 yanvar tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərini bildirmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli, e-2-2(113)-7169/2022 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – K.Hüseynov).

4. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilm işdir ki, cavabdehlərin hər ikisi də sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdir. Cavabdehlərdən Cavabdeh2 hüquqi şəxsdir və öhdəliklərin icrasının təmini üsulu kimi onunla Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlərdən Cavabdeh1 da hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. İddiaçı da Hüquqi şəxsdir və özünün sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq göstərilən şəxslərlə Lizinq müqavilələri və Zaminlik müqavilələri bağlanmışdır. Mübahisənin əsasını təşkil edən problem iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirdiyi fəaliyyətdən yaranmışdır. Həmçinin tərəflər arasında bağlanan 2021-ci il 17 noyabr tarixli, D096 saylı Lizinq müqaviləsi üzrə Lizinq Alan X1 alarkən 2021-ci il 16 noyabr tarixli iki ərizə ilə müraciət etmişdir. Həmin ərizələrdə Ələkbər Məmmədov bildirmişdir ki, “lizinq yolu ilə alına mənzilləri icarəyə vermək məqsədi ilə alır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir” (ərizələrin surətləri əlavə edilir). Cavabdehlər bu mübahisənin əsası olan müqavilə öhdəliklərini icra etmədikləri üçün məhkəməyə müraciət edilmişdir. Lizinq münasibətləri kredit münasibətlərindən fərqli münasibətlər olduğu üçün Ali Məhkəmənin Qərarının bu bəndinə əsaslanmaqla işin geri qaytarılması yolverilməzdir. Lizinq münasibətləri icarə münasibətlərinə oxşar münasibətlər olduğu üçün və tərəflərdən ikisinin hüquqi şəxs olması səbəbindən hesab edilmişdir ki, iddiaçının iddiası üzrə mübahisəyə Kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarından da məlum olur ki, tərəflər arasında olan mübahisə kommersiya münasibətlərindən yaranan mübahisədir. Lizinq verən öz kommersiya fəaliyyətini həyata keçirərək öz mülkiyyətində olan əmlakları lizinqə vermişdir. Lizinq alan isə əmlakları lizinqə götürməklə həmin əmlakları icarəyə verməyi öz ərizəsində göstərmir. İcarəyə götürüləcək əmlaklar göstərilən istiqmətdə də istifadə edilmişdir. Odur ki, iş kommersiya mübahisəsi olduğu üçün işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 dekabr tarixli, e-2-2(121)-7169/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim – K.Hüseynov).

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflər VÖEN sahibi olmaqla (İddiaçı MMC **********, Cavabdeh1 **********, Cav abdeh2 MMC **********) kommersiya hüquqi şəxsləri olmaqla sahibkar statuslarına malik olsalar da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

7. İddiaçı qərardaddan şikayətini hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt olması ilə əsaslandırsa da, məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə hüquq münasibətlərinə qiymət verilərkən, Azərbaycan Respublikasının Ali Məhkəməsinin mövqeyini də nəzərə alaraq, əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması müəyyən olunmamışdır, həmçinin də hər iki lizinq müqaviləsi üzrə lizinq obyektlərini qeyri-yaşayış sahəsi deyil, mənzil təşkil edir. Mənzilin isə şəxsin və ya şəxslərin yaşaması üçün nəzərdə tutulan bir sahə olduğundan orada şəxslərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi halı istisna olduğundan, qeyd edilən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamaqla mübahisəyə müvafiq ümumi məhkəmədə baxılmalıdır.

8. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsus iyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarına, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə, 10-cu maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra –“VM”) 6.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 26.2, 31.1, 152.1.3-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ 9. “Sahibkarlıq fəaliyyəti haqqında” aşağıdakı müddəalar nəzərdə tutulur: Azərbaycan Respublikasının Qanununda “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göst ərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

1. Məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiya sı məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur....

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarl ıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı ko rporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.... 1 8.Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

11. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkə mə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

152. İddia ərizəsinin qaytarılması... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə...” “Maddə

151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.” Maddə

166. İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad 166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır. 166.2. Qərardadda işin hazırlanması barədə ediləcək hərəkətlər, işin məhkəmə iclasında baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir. 166.3. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq dah a bir neçə hazırlıq iclası keçirilə bilər. 166.4. İşdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 (beş) iş günü qalmış bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumat verilməlidir. “Maddə

167. İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırla nması yekunlaşana qədər təqdim etməyi təklif edir;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli, e-2-2(113)-7169/2022 saylı qərardadı ləğv edilməli və iş prosessual qanunvericiliyin tələblərinə müvafiq addımların atılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

13. Qarışıq məhkəmə tərkibi vurğulayır ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommers iya məhkəməsinə aiddiyyətinin olub-olmamasının aydınlaşdırılması üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

14. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən mövqeyini belə əsaslandırmışdır ki, proses iştirakçıları olan iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləri olsalar da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Belə ki, hər iki lizinq müqaviləsi üzrə lizinq obyektlərini qeyri-yaşayış sahəsi deyil, mənzil təşkil etmiş, mənzil isə şəxsin və ya şəxslərin yaşaması üçün nəzərdə tutulan bir sahə olduğundan orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi halı istisna olunmuşdur.

15. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyinin aşağıda göstərilənlərə əsasən şübhəli olması və məhkəmə aidiyyətinin dəqiq müəyyən olunması üçün MPM-lə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsinin zəruri olması qənaətinə gəlir.

16. Belə ki, iş materiallarından göründüyü kimi lizinq verən İddiaçı MMC ilə lizinq X2 arasında 2021-ci il 17 noyabr tarixli, D095 saylı və D096 “Daxili maliyyə lizinq müqaviləsi“ bağlanmış, müqavilələrin 1.1-ci bəndinə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakları lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilələrdə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdələrinə götürmüşlər.

17. Bundan sonra “Öhdəliyin ötürülməsi barədə” 2021-ci il 22 noyabr tarixli müqavilərlə “öhdəlik ötürən” X1 verənin razılığı ilə D095 və D096 saylı X7 üzrə bütün hüquq və öhdəliklərini, borcunu “öhdəlik götürən” Cavabdeh1 vermiş, sonuncu isə qəbul etmişdir.

18. Məhkəmə tərkibi həmçinin vurğulayır ki, X4 tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanmış 2021-ci il 16 noyabr tarixli Ərizənin birində Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17, mənzil 159 ünvanında yerləşən daşınmaz əmlakı almaq üçün 145.000 manat vəsaitə ehtiyacı olduğunu, qeyd olunan əmlakı icarəyə vermək məqsədi ilə aldığını göstərmiş, digər ərizədə isə “ünvan ünvanında yerləşən daşınmaz əmlakı” almaq barədə satıcı ilə 210.000 manat qiymətinə razılaşdığını, bunun üçün 145.000 manat vəsaitə ehtiyacı olduğunu, qeyd olunan əm lakın icarəyə verilməsi məqsədi ilə aldığını göstərmişdir.

19. Bundan başqa, 2021-ci il 5 yanvar tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və “Zamin” Cavabdeh2 MMC ilə A573, D095, D096 saylı Zaminlik müqaviləsi də bağlanmışdır.

20. Göründüyü kimi, X5 lizinq alan tərəfi olan Ə.Məmmədov daşınmaz əmlakın icarəyə verilməsi, yəni ondan istifadə nəticəsində gəlir götürülməsi məqsədi ilə əldə etmək istədiyi müəyyən olunur. Məhkəmə tərkibi hesab edir ki, belə olduqda hüquq münasibətinin xarakterinin və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəmənin prosessual qanunvericiliklə nəzərdə tutulmuş hazırlıq iclasları çərçivəsində iş üzrə Cavabdeh1 və X8 üzrə öhdəliklərini ona ötürmüş Ə.Məmmədovun iştirakını təmin etməklə onların bu məsələ ilə bağlı mövqeyini öyrənmək səlahiyyəti olduğu halda, iddianın mümkünlüyü məsələsi (həmçinin mübahisənin məhkəmə aidiyyəti) ilə bağlı qəti nəticəyə gəlmək üçün belə səlahiyyətindən istifadə olunmasının zəruriliyini nəzərdə qaçırmışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (MPM-in 151.2-ci maddəsi). Belə ki, məhkəmənin hazırkı işlə bağlı gəldiyi qənaət faktiki olaraq mənzil kimi daşınmaz əmlakın sahibkarlıq fəaliyyəti zamanı mülki dövriyyənin obyekti olmasını istisna etmiş olardı.

21. Bu səbəbdən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya mə hkəməsinin qərardadı ləğv edilməli, mübahisənin məhkəmə aidiyyətinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə və tərəflərin iştirakı ilə baxılması məqsədə müvafiqdir.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli, e-2-2(113)-7169/2022 saylı qərardadı ləğv edilməli, iş MPM-lə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 26.1 və 403-1-ci maddələrini rəhbər tu taraq QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli, e-2-2(113)-7169/2022 saylı qərardadı ləğv edilsin. İş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar