Məhkəmə qərarları › İş №e-2-2(105)-103/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-103/2022

25.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-103/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 21 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 20542,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,29 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2-2(113)-3612/2022 nömrəli qərardadı ilə həmin ərizəyə dair e-2-2(113)-3612/2022 nömrəli kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş (hakim Aytən Əliyeva) və həmin qərardadda işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə istinad edilməklə, “maraqlı şəxsin Zəngilan rayonunun, Sarıl kəndində qeydiyyatda olması” ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-1315/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan (poçt ünvanı) da göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. Bununla əlaqədar iş materiallarından məlum olur ki, maraqlı şəxs Quliyev X2 rayonunun Sarıl kəndindən məcburi köçkün olsa da, ünvan 1 ünvanında faktiki yaşayır, məcburi köçkün kimi məhz sonuncu ünvanda qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı iş materiallarına əlavə edilməmişdir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə reyestr məlumatlarına istinad olunaraq göstərilir ki, Maraqlı şəxs faktiki olaraq Bakı şəhərinin Binəqədi rayonunda yaşayır (i/v 3) və bu səbəbdən də, hazırkı ərizə ilə düzgün olaraq Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar