Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-133/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan 3520,94 (üç min beş yüz iyirmi manat 94 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 3309,47 (üç min üç yüz doqquz manat 47 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 34,46 (otuz dörd manat 46 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 133,62 (yüz otuz üç manat 62 qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e-2-2(117)-1535/2022 nömrəli qərardadı ilə həmin ərizəyə dair e-2-2(117)-1535/2022 nömrəli kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi «Maraqlı şəxs ilə mobil telefonla əlaqə saxlanılaraq, maraqlı şəxsin hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşadığını bildirməsi, rəsmi qeydiyyat ünvanının ünvan 2 rəhbəri olduğu hüquqi şəxsin qeydiyyat ünvanının isə Qobustan rayonu olduğu müəyyən edilməsi» ilə əsaslandırılmışdır (hakim Mübariz Hüseynov). Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-2034/2022 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. Bununla əlaqədar iş materiallarından məlum olur ki, Maraqlı şəxs özü tərəfindən ərizəçiyə verilmiş rəsmi məlumatlara əsasən o, faktiki ünvan 4 ünvanında yaşayır. Vergi orqanına təqdim olunmuş hüquqi şəxs "xxxx" MMC haqqında məlumatda «dövlət qeydiyyatı məlumatı», «vergi qeydiyyatı məlumatı», «ƏDV qeydiyyatı məlumatları» və «Rəhbər haqqında məlumat» öz əksini tapmışdır. Yuxarıda qeyd olunan «Rəhbər haqqında məlumat»da, yəni vergi orqanının əldə etdiyi rəsmi məlumatda Maraqlı şəxs ünvanı kimi AZ 3400, ünvan 5çi yuxarıda qeyd olunan MPM-nin 355-5.2-ci maddəsinə əsasən maraqlı şəxsin yaşadığı ünvan üzrə hazırki ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixində istifadəsində olan mobil telefonla əlaqə saxlanıldığı və bununla əlaqədar maraqlı şəxsin faktiki olaraq əvəllər Qax rayonunda yaşadığı, hal-hazırda isə faktiki olaraq ünvan 7 ünvanında yaşadığı, rəsmi qeydiyyat ünvanının isə ünvan 9nla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs vergi orqanı ilə olan hüquq münasibətlərinə aydınlıq gətirilməsi məqsədi ilə yaşayış ünvanının dəyişdirilməsi ilə əlaqədar vergi orqanına heç bir rəsmi məlumat verməmişdir. Maraqlı şəxsin qeydiyyat ünvanının ünvan 10əti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılması üçün əsas ola bilməz. Belə ki, hal-hazırda qeyd olunan ünvanda məlum səbəblərə görə yaşayış mövcud deyildir. Buna görə hazırki işin məhkəmə ərazi aidiyyətinin müəyyən edilməsi üçün maraqlı şəxsin yaşayış ünvanı üzrə vergi orqanına verdiyi rəsmi məlumat əsas götürülməlidir. Yuxarıda şərh olunanlardan göründüyü kimi ərizəçi düzgün olaraq MPM-nin 355-5.2ci maddəsinə əsasən maraqlı şəxsin özünün vergi orqanında göstərdiyi yaşayış ünvanı üzrə hazırki ərizə ilə X1 müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-2(105)-133/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-133/2022
28.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver