Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-63/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə verilmiş ərizə üzrə kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 17 fevral 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 656,39 (altı yüz əlli altı manat, otuz doqquz qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1437,49 (min dörd yüz otuz yeddi manat, qırx doqquz qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 323,04 (üç yüz iyirmi üç manat, otuz dörd qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 28,41 (iyirmi səkkiz manat, qırx bir qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - 18 avqust 1970-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadı ilə həmin kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Zeynəb Axundova). Məhkəmə qərardadını maraqlı şəxsin ünvan 1 ünvanında qeydiyyatda olması və həmin ünvanın Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olması ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 01 may 2025-ci il tarixli, e e-2-2(119)-839/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə verilmiş ərizəyə dair e-2-2(113)-2887/2025 nömrəli kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən ediməsinə dair aşağıdakarı qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində olan maraqlı şəxsin şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, o, ünvan 1 ünvan üzrə rəsmi qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normasının tələbinə əsasən «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında ərizə ilə məhkəməyə müraciət edilərkən fiziki şəxsin qeydiyyatda olduğu ünvanın yurisdiksiyasına aid olan müvafiq kommersiya məhkəməsinə müraciət olunmalı olduğundan hazırki iddia ərizə üzrə də işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, yalnız fiziki şəxs məcburi köçkün olduqda onun məcburi köçkün kimi müvəqqəti rəsmi qeydə alındığı ünvan üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edilə bilər. Lakin hazırki işin hallarına əsasən maraqlı şəxsin məcburi köçkün olması öz təsdiqini tapmır. Yuxarıda şərh olunanlardan göründüyü kimi Bakı Kommersiya Məhkəməsi kommersiya işinin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə verilmiş ərizəsinə dair kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-2(105)-63/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-63/2025
21.05.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver