Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10/2022 05.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Məhərrəm oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16410,37 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 17 sentyabr 2020-ci il tarixdə 24 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı (iddiaçı) alıcı (cavabdeh) müqavilənin əlavə razılaşmasında göstərilən malları satmağı, satıcı isə malların dəyərini alıcıya ödəmək vəzifəsi daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın 50 faizi həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcı tərəfindən təqdim edilmiş hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı 5 iş günü ərzində malların qalan 50 faizi həcmində ödəniş etməlidir. Həmçinin qeyd olunan müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən satıcının müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı əşyaları qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəmək vəzifəsi daşıyır. 17 sentyabr 2020-ci il tarixdə 24 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən mallar cavabdehə təqdim edilmişdir. Malların satıcıya təqdim edilməsi qaimə fakturalar və cavabdehin nümayəndələri ilə elektron yazışmalar ilə təsdiq edilir. Nəzərə alınmalıdır ki, cavabdeh ilkin olaraq, müqavilənin 5.1-ci bəndinin tələblərini pozaraq, 50 faiz həcmində ilkin ödənişi etmədən malları sifariş vermiş, ödənişin sonradan edilməsini xahiş etmişdir. Bununla əlaqədar alıcıya güzəşt edilərək, mallar ona təqdim edilmişdir. Bundan sonra alıcı tərəfindən malların bir qisminin dəyəri ödənilsə də, lakin müxtəlif bəhanələr göstərməklə 16410.37 manat pul hal-hazıradək ödənilməmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini kobud pozmuşdur. Halbuki yuxarıda göstərilən müqavilə tələblərinə əsasən, o cümlədən müqavilənin 5.2-ci bəndinə əsasən alıcı 5 iş günü ərzində malların dəyərini ödəməlidir. Hazırda cavabdeh faktiki təqdim edilmiş mallar üzrə ödənişi etmədən, yeni malların da təqdim edilməsini tələb etmişdir. Lakin izah olunmuşdur ki, müqavilənin 5.1-ci bəndinə əsasən sifarişlərin 50 faizi əvvəlcədən ödənilməlidir. Həmçinin artıq təqdim olunmuş malların dəyəri isə hər halda müqaviləyə uyğun ödənilməlidir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, cavabdehə malları təqdim etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş və malların dəyərini ödəməmişdir Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 24 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) uniforma satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdilir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 5 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,01 % miqdarında cərimə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 50% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. İddiaçının 01.11.2020-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən ƏDV üzrə ümumilikdə 123668,92 manat pul köçürülmüşdür. EBAV 527179 nömrəli 28.12.2020-ci il tarixli, EBAV 553896 nömrəli 29.12.2020-ci il tarixli, EBAV 510411 nömrəli 28.12.2020-ci il tarixli, EBAV 493793 nömrəli 28.12.2020-ci il tarixli, EBAT 618991 nömrəli 08.12.2020-ci il tarixli, EBAT 618375 nömrəli 10.12.2020-ci il tarixli, EBAV 181064 nömrəli 21.12.2020-ci il tarixli, EBAV 179428 nömrəli 21.12.2020-ci il tarixli, EBAT 617723 nömrəli 08.12.2020-ci il tarixli, EBAS 160658 nömrəli 04.11.2020-ci il tarixli, EBAS 161304 nömrəli 04.11.2020-ci il tarixli, EBAS 162392 nömrəli 04.11.2020-ci il tarixli, EBAS 163006 nömrəli 04.11.2020-ci il tarixli, EBAS 587733 nömrəli 16.11.2020-ci il tarixli, EBAT 074880 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 074759 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 074358 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 069176 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 066991 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 062532 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 065238 nömrəli 25.11.2020-ci il tarixli, EBAT 612811 nömrəli 08.12.2020-ci il tarixli, EBAT 615007 nömrəli 08.12.2020-ci il tarixli, EBAR 846161 28.10.2020-ci il tarixli, EBAR 838318 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 848550 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 780624 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 786936 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 759176 28.10.2020-ci il tarixli, EBAR 865577 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 859413 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 858587 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 858016 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 856944 nömrəli 28.10.2020-ci il tarixli, EBAR 853761 nömrəli 28.10.2020-ci il tarixli, EBAR ******* nömrəli 28.10.2020-ci il tarixli, EBAR 850684 28.10.2020-ci il tarixli, EBAR 779423 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 779834 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 778441 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 778940 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 767347 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 777498 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 759517 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 762492 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 765786 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 766695 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 756252 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 752649 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 750357 nömrəli 27.10.2020-ci il tarixli, EBAR 675965 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 676913 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 677369 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 677490 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 677919 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 678225 nömrəli 23.10.2020-ci il tarixli, EBAR 678277 nömrəli 23.10.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə, sayda və miqdarda mallar göndərilmişdir. 01.03.2021-ci il tarixli ******* nömrəli, 06.02.2021-ci il tarixli ******* nömrəli, ******* nömrəli 16.04.2021-ci il tarixli, 19.04.2021-ci il tarixli ******* nömrəli, 12.04.2021-ci il tarixli ******* nömrəli, 07.04.2021-ci il tarixli ******* nömrəli, 01.03.2021-ci il tarixli ******* nömrəli, 02.03.2021-ci il tarixli ******* nömrəli, 01.03.2021-ci il tarixli ******* nömrəli, 22.04.2021-ci il tarixli ******* nömrəli, 06.02.2021-ci il tarixli ******* nömrəli, 06.02.2021-ci il tarixli ******* nömrəli, 06.02.2021-ci il tarixli ******* nömrəli, 06.02.2021-ci il tarixli 000419 nömrəli, 06.02.2021-ci il tarixli ******* nömrəli, 09.02.2021-ci il tarixli ******* nömrəli, 09.02.2021-ci il tarixli ******* nömrəli, 13.02.2021-ci il tarixli ******* nömrəli, 09.02.2021-ci il tarixli ******* nömrəli, 10.03.2021-ci il tarixli ******* nömrəli, 15.04.2021-ci il tarixli ******* nömrəli, 15.04.2021-ci il tarixli ******* nömrəli, 11.06.2021-ci il tarixli 007142 nömrəli, 12.01.2021-ci il tarixli ******* nömrəli, 13.01.2021-ci il tarixli ******* nömrəli, 15.01.2021-ci il tarixli ******* nömrəli, 13.01.2021-ci il tarixli ******* nömrəli, 15.01.2021-ci il tarixli ******* nömrəli, 15.01.2021-ci il tarixli ******* nömrəli, 15.01.2021-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli 0013027nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 28.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 27.01.2021-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 27.01.2021-ci il tarixli ******* nömrəli, 29.04.2021-ci il tarixli ******* nömrəli, 04.05.2021-ci il tarixli ******* nömrəli, 20.04.2021-ci il tarixli ******* nömrəli, 20.04.2021-ci il tarixli ******* nömrəli, 20.04.2021-ci il tarixli ******* nömrəli, 20.04.2021-ci il tarixli ******* nömrəli, 04.05.2021-ci il tarixli ******* nömrəli, 06.05.2021-ci il tarixli ******* nömrəli, 29.04.2021-ci il tarixli ******* nömrəli, 29.04.2021-ci il tarixli ******* nömrəli, 27.04.2021-ci il tarixli ******* nömrəli, 13.03.2021-ci il tarixli ******* nömrəli, 27.04.2021-ci il tarixli ******* nömrəli, 27.04.2021-ci il tarixli ******* nömrəli, 01.04.2021-ci il tarixli ******* nömrəli, 01.04.2021-ci il tarixli ******* nömrəli, 01.04.2021-ci il tarixli ******* nömrəli, 01.04.2021-ci il tarixli ******* nömrəli, 05.04.2021-ci il tarixli ******* nömrəli, 05.04.2021-ci il tarixli ******* nömrəli, 05.04.2021-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 26.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 29.12.2020-ci il tarixli ******* nömrəli, 30.12.2020-ci il tarixli ******* nömrəli, 29.01.2021-ci il tarixli ******* nömrəli, 27.01.2021-ci il tarixli ******* nömrəli, 27.01.2021-ci il tarixli ******* nömrəli, 27.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 30.01.2021-ci il tarixli ******* nömrəli, 03.04.2021-ci il tarixli ******* nömrəli, 12.03.2021-ci il tarixli ******* nömrəli, 01.03.2021-ci il tarixli ******* nömrəli, 30.06.2021-ci il tarixli ******* nömrəli, 27.04.2021-ci il tarixli ******* nömrəli qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda, miqdarda və çeşiddə mallar təhvil verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 15.11.2021-ci il tarixli çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına müqavilə üzrə 17.02.2021-ci ildə 49915,25 manat, 25.02.2021-ci ildə 50000 manat, 09.03.2021-ci ildə 40532,31 manat, 19.03.2021-ci ildə 100186,25 manat, 23.04.2021-ci ildə 40939,46 manat, 21.05.2021-ci ildə 1230 manat, 08.06.2021-ci ildə 4980 manat, 25.06.2021-ci ildə 25874,20 manat və 952,67 manat, 29.06.2021-ci ildə 3173,13 manat, 27.07.2021-ci ildə 2054 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 29.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 1 gün müddətində aralarında bağlanmış alqısatqı müqaviləsinə əsasən 16410,37 manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 16410,37 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 16410,37 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin eidildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16410,37 manat (on altı min dörd yüz on manat otuz yeddi qəpik) məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-10/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver