Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1000/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə olan 25160,03 manat (iyirmi beş min yüz altmış manat üç qəpik) məbləğində borc, xx.xx.2024-cü il tarixinə olan 18819,38 manat (on səkkiz min səkkiz yüz on doqquz manat otuz səkkiz qəpik) məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 43979,41 manat (qırx üç min doqquz yüz yetmiş doqquz manat qırx bir qəpik) pul vəsaiti və 222 (iki yüz iyirmi iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 9 saylı alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə") bağlanmışdır. Həmin müqaviləyə əsasən “Askona AZ" MMC tərəfindən “Viona" MMC-yə müxtəlif növ yuxu üçün mallar (matraslar, yastıqlar və s.) satılmışdır. Qeyd edilən malların hamısının “Viona" MMC tərəfindən təhvil alınması çoxsaylı təhvil qəbul aktları əsasında təsdiq edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən “Viona" MMC hər ay edilən sifariş üzrə ödənişi növbəti ayın 5-dək həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin malların vaxtlıvaxtında çatdırılmasına baxmayaraq, cavabdeh “Viona" MMC müqavilənin şərtlərinə əməl etməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə olan vəziyyətə əsasən cavabdehin 44789,72 manat (qırx dörd miı yeddi yüz səksən doqquz manat yetmiş iki qəpik) məbləğində borcu yaranmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borc məbləğini etiraf etməsinə baxmayaraq, tam ödənişi etməmiş, müqavilənin şərtlərinə zidd olaraq, hər ay cəmi 1000 manat ödəmişdir. Nəticədə xx.xx.2024-cü il tarixinə olan vəziyyətə əsasən cavabdehin 25160,03 manat (iyirmi beş min yüz altmış manat üç qəpik) məbləğində borcu yaranmışdır. Qeyd edilən borcun mövcudluğu Cavabdeh MMC tərəfindən hər iki şirkət tərəfindən xx.xx.2023-cü il tarixində imzalanmış qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur. Müqavilənin 6.3-cü bəndinə əsasən cavabdeh alınmış malın ödənişinin gecikdirdiyi hər günə görə iddiaçıya 0,1% məbləğində dəbbə pulu ödəməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 425.1 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 9 saylı alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli borcun ödənilməsi haqqında razılaşmaya əsasən cəmi borc məbləği 33895,04 manat (otuz üç min səkkiz yüz doxsan beş manat dörd qəpik) təşkil etmişdir. Qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası təmin edilməməlidir: Cavabdeh MMC tərəfindən tələb olunan məbləğin ödənilməsinə dair hər hansı etiraz iddiaçıya bildirilməmiş, işlərin olduqca yüklü və çox olması səbəbindən ödənişin həyata keçirilməsi gecikdirilmişdir. Eyni zamanda xx.xx.2024cü il tarixli borcun ödənilməsi haqqında razılaşma imzalandıqdan sonra müvafiq olaraq xx.xx.2024-cü il tarixində 6815 (altı min səkkiz yüz on beş manat) manat, xx.xx.2024-cü il tarixində 1032,71 manat (bir min otuz iki manat yetmiş bir qəpik) ƏDV ödənişi, xx.xx.2024cü il tarixdə isə 5737,29 manat (beş min yeddi yüz otuz yeddi manat iyirmi doqquz qəpik) məbləğ İddiaçı MMC-yə ödənilmişdir. Hal-hazırda qalıq borc 20310,04 manat (iyirmi min üç yüz on manat dörd qəpik) təşkil edir və cavabdeh tərəfindən razılaşdırılmış cədvələ uyğun olaraq iddiaçıya ödəniləcəkdir. Lakin iddiaçı tərəfindən ödənişin icra edilməsi barədə xəbərdarlıq məqsədli olaraq uzun müddət keçdikdən və cərimə məbləği çoxaldıqdan sonra cavabdehə göndərilmiş, bu davranışlar əlavə pul vəsaitinin əldə edilməsinə yönəlmişdir. Halbuki, qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı tərəfindən tələb olunan 18819,38 manat (on səkkiz min səkkiz yüz on doqquz manat otuz səkkiz qəpik) dəbbə pulunun tələb edilməsi əsassızdır və təmin edilməməlidir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirilmişdir ki, əsas borc 19422,74 manat təşkil edir. Sonuncu 5737 manat ödəniş dekabr ayında olubdur.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 29 avqust 2022-ci il tarixli, 9 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin bütün müddəti ərzində malları alıcıya təhvil verməyi, alıcı isə müqavilədə tərəflərin razılaşdırdığı şərtlərlə malları qəbul etməyi və onun dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malların qiyməti Azərbaycan manatı ilə müəyyən edilir və satıcının cari qiymət cədvəllərində göstərilmişdir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı hər ayın 1-də və 15-də ayda iki dəfə əvvəlki dövr üçün üçüncü şəxslərə malların satışı haqqında satıcıya yazılı məlumat verməli və əgər tələb olunarsa, etibarlı sənədlərlə təsdiqləməlidir. Əmtəə limiti 2000 manatdır, sonrakı göndərmə borcunun tam və ya qismən ödənilməsi həyata keçirilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən əvvəlki ay üçün təhvil verilmiş malların ödənişi növbəti ayın 5 təqvim günü ərzində nağd qaydada və ya satıcının hesablaşma hesabına vəsaitin nağdsız qaydada köçürülməsi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 2.7-ci maddəsinə əsasən təhvil verilmiş mallar üçün ödəniş gecikdirildikdə, satıcı əvvəllər göndərilmiş mallar üçün borc tam ödənilənə qədər malların göndərməsini dayandırmaq hüququna malikdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı sifarişin təsdiq edildiyi tarixdən etibarən 20 iş günü ərzində malları çatdırmağı öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı müqavilənin şərtlərinə uyğun olaraq ödəniş şərtlərini pozarsa, satıcı gecikdirilmiş hər gün üçün vaxtında ödənilməmiş malın dəyərinin 0,1%-i miqdarında dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2022-ci il-xx.xx.2023-cü il dövrünə olan 9 nömrəli müqavilə üzrə qarşılıqlı üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə 44789,72 manat borc məbləği yaranmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il-xx.xx.2024-cü il dövrünə olan 9 nömrəli müqavilə üzrə qarşılıqlı üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 43289,72 manat borc məbləği yaranmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il-xx.xx.2024-cü il dövrünə olan 9 nömrəli müqavilə üzrə qarşılıqlı üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 44789,72 manat borc məbləği yaranmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2023-cü il-xx.xx.2023-cü il dövrünə olan 9 nömrəli müqavilə üzrə qarşılıqlı üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 44789,72 manat borc məbləği yaranmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 000009 nömrəli malların qaytarılması aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən ümumi dəyəri 2220 manat olan mal geri qaytarılmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli borcun ödənilməsi haqqında razılaşmanın məzmunundan müəyyən olunur ki, tərəflər qəbul edir və razılaşırlar ki, xx.xx.2024-cü il tarixinə olan vəziyyətə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 9 saylı alqı-satqı müqaviləsi çərçivəsində alıcının satıcı qarşısında 33895,04 manat məbləğində borcu yaranmışdır. Tərəflər qəbul edir və razılaşırlar ki, alıcı razılaşmanın 1-ci bəndində qeyd olunan borc məbləği alıcı tərəfindən satıcıya xx.xx.2025-ci il tarixinədək razılaşmada qeyd edilən formada (5 ay ərzində) ödəyəcək. Həmin razılaşmanın 3-cü bəndinə əsasən razılaşma çərçivəsində borc yarandığı təqdirdə, satıcı gecikmənin baş verdiyi növbəti gündən başlayaraq borcun tam məbləğinin (əvvəl köçürülmüş ödənişləri çıxmaqla, razılaşmanın 1ci bəndində nəzərdə tutulmuş məbləğin) vaxtından əvvəl ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olacaq, alıcı isə bu halda satıcının bütün məhkəmə və yanaşı xərclərini, və həmçinin gecikmənin hər təqvim günü üçün borc məbləğinin 1%-ni təşkil edəcək dəbbə pulunu ödəməyi öhdəsinə götürür və buna razıdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı tərəfindən məhkəməyə alların təhvil-qəbuluna dair aktlar, müvafiq elektron qaimələr, hesabdan çıxarış təqdim edilmişdir.
15. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2024-cü il tarixdə 5737,29 manat ödəniş edilmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 43597,68 manat borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin borcun mövcudluğu işdə olan sübutlarla (üzləşmə aktları, malların təhvil qəbul aktları və s) öz təsdiqini tapmışdır.
20. İddia tələbinin bir hissəsini cavabdehdən 29 avqust 2022-ci il tarixli, 9 saylı alqısatqı müqaviləsi üzrə 25160,03 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən 29 avqust 2022-ci il tarixli, 9 saylı alqı-satqı müqaviləsi üzrə 19422,74 manat (25160,03-25160,03=19422,74) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, 5737,29 manat məbləğ xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir, ona görə də həmin məbləğ tələb olunan məbləğdən çıxılmalıdır. Eyni zamanda iddiaçının nümayəndəsi də verdiyi izahatda hazırda əsas borcun 19422,74 manat təşkil etdiyini bildirmişdir.
22. Bundan əlavə, iddiaçı cavabdehdən 18819,38 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1250 (min iki yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
24. Eləcə də, iddiaçı 222 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 104,30 manat (yüz dörd manat otuz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 19422,74 manat (on doqquz min dörd yüz iyirmi iki manat yetmiş dörd qəpik) borc, 1250 (min iki yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,30 manat (yüz dörd manat otuz qəpik) olmaqla, ümumilikdə 20777,04 manat (iyirmi min yeddi yüz yetmiş yeddi manat dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova