Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1001/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə Məhərrəm qızının, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və digər tələblərinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin idarə ediıməsi və istifadəsi üçün iddiaçıya etibarnaməni verməklə 1 ədəd 2020-ci il istehsalı “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsininin(VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, 1500 manat vəkilə ödənilən xidmət haqqını, İMS-ı üçün ödənilmiş 400 manat məbləğindəki mediasiya xərcini iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında 03 iyun 2020-ci il il tarixli, C-016-Sa-20 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq, 1 ədəd 2020-ci il istehsah olan qara rəngli "Skoda Kodiaq" 2.0 TSi (VİN: TMBLD6NS5L8056083) markalı avtomobili alıcının istifadəsinə verməyi və müqavilənin 2.3- cü bəndinə uyğun olaraq şəkildə alıcı tərəfindən tam olaraq ödənildikdən sonra alıcının mülkiyyətinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin predmetində göstərilən avtomobil xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.2.-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil olmaqla 88201 manat təşkil edir. Qeyd edilən müqavilənin 2.3.-cü bəndinə əsasən müqavilənin ümumi məbləğinin 13453 manat hissəsinin qabaqcadan ödəmək şərti ilə satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən 3 bank günü ərzində satıcının hesablaşma hesabına alıcı tərəfindən ödənilir, qalan məbləğ olan 74748 manat isə alıcı 36 ay müddətində aylıq 2076 manat olmaqla satıcının hesablaşma hesabına ödəməyi öz öhdəsinə götürür. İddiaçı olan Alıcı tərəfindən xx.xx.2020-ci il tarixində 4400 manat, xx.xx.2020-ci il tarixində 2076 manat, xx.xx.2020-ci il tarixində 2076 manat, xx.xx.2020-ci il tarixində 2076 manat, xx.xx.2020-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, xx.xx.2021-ci il tarixində 2076 manat, 28.09.21-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 20349 manat olmaqla, cəmi ƏDV xaric 47761 manat məbləğində ödəniş edilmişdir. ƏDV depozit hesabına isə xx.xx.2020-ci il tarixində 2000 manat, xx.xx.2020-ci il tarixində 5000 manat, xx.xx.2020-ci il tarixində isə 2000 manat, cəmi 9000 manat ödəniş həyata keçirilmişdir. Lakin xx.xx.2022ci il tarixində cavabdeh tərəfindən guya iddiaçının müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməməsi (ödənişlər həyata keçirliməmiş) səbəbi ilə tərəflər arasında bağlanılan xx.xx.2020-ci il tarixli C-**-SA-*** nömrəli alqı-satqı müqaviləsinin 3.2.2.-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2022-ci il tarixindən etibarən birtərəfli qaydada xitam verilməsinə dair bildiriş təqdim etmişdir. Daha sonra müqavilə predmeti olan nəqliyyat vasitəsinin istifadəsi üçün verilmiş etibarnaməni ləğv edərək, nəqliyyat vasitəsinin DYP vasitəsi ilə axtarışa verərək, nəticədə nəqliyyat vasitəsini iddiaçından polis vasitəsilə alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixində 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, xx.xx.2022-ci il tarixində isə 20080,51 manat məbləğinə pul bank hesabına geri qaytarılmışdır. Hesab edirik ki, cavabdehin bu hərəkəti tamamilə qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 3.2.2.-ci bəndinə nəzər salsaq görərik ki, həmin bənd müqaviləyə xitam verilməsinə dair bir bənd deyil. Cavabdeh MMC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, tərəflər arasında 03 iyun 2020-ci il tarixli, C-016-SA-20 nömrəli avtomobilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində 1 ədəd “Skoda Kodiaq” markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmişdir. İddiaçı tərəfindən 13453 manat məbləğində öncədən ödəniş həyata keçirilmiş, yerdə qalan 74748 manat məbləğində pul vəsaitinin isə 36 ay ərzində aylıq 2076 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara baxmayaraq, iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuş, müqavilə üzrə aylıq 2076 manat ödənilməsi nəzərdə tutulmuş məbləğin ödənilməsi öhdəliyi dəfələrlə gecikdirilmişdir. Nəticə etibarı ilə, cavabdehə maddi zərər dəymiş və dəymiş zərər nəticəsində cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (müqavilə üzrə aylıq ödənişlərin Alıcı tərəfindən vaxtında həyata keçirilməsi) xeyli dərəcədə məhrum olmuşdur. Bu səbəbdən, cavabdeh tərəfindən 03 iyun 2020-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 3.2.2-ci bəndinə əsasən, Alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ var. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, “Müqavilədən bir tərəfli qaydada imtina etmək müqaviləyə xitam vermək demək deyil”. Lakin, hesab edirik ki, sözügedən yanaşmanın heç bir hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə satıcının (Cavabdehin) öhdəlikləri “nəqliyyat vasitəsinin Alıcıya təhvil verilməsin”dən ibarət olmuşdur. “Satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi” isə sözügedən nəqliyyat vasitəsinin təhvil verilməsindən imtina etməsi və ya nəqliyyat vasitəsi artıq təhvil verilmişdirsə, həmin nəqliyyat vasitəsinin geri qaytarılaraq müqavilə münasibətlərinə xitam verilməsi deməkdir. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hesab edirik ki, hazırkı halda da iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni ümumilikdə ödəniş öhdəlikləri 12 ay müddətində ödəniş həyata keçirilməmiş və cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatan aylıq ödənişlərdən ümumilikdə 12 ay müddətinə məhrum olmuşdur. Qeyd olunanlara əsaslanaraq Cavabdehin (Satıcının) xx.xx.2020-ci il tarixli C-016-SA-20 saylı Avtomobilin alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Məlum olduğu kimi, 4 iyun 2005-ci il 949-İİQD nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 421.2-ci maddənin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Məhkəmənin qərarına əsasən” ifadəsinin sözügedən maddədən çıxarılması bir daha təsdiq edir ki, tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqaviləyə xitam verilən zaman məhkəmə qərarının mövcud olmasına zərurət yoxdur. İddiaçı MMC tərəfindən 2021-ci ilin avqust ayından 2022-ci ilin aprel ayınadək (9 ay) ödəniş öhdəliklərinin icra edilməməsi və “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsinin gizlədilməsi səbəbindən, cavabdeh tərəfindən “nəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, e- 2-2(113)-1081/2022 saylı iş hakim Leyla Əliyevanın icraatında olmuşdur. Lakin, daha sonra İddiaçı MMC tərəfindən yaranmış borc məbləği ödənilmiş və bu səbəbdən, Cavabdeh MMC tərəfindən iddia tələbi geri götürülmüşdür. Daha sonra 2022-ci ilin iyun, iyul və avqust ayları ərzində İddiaçı MMC tərəfindən ödəniş öhdəlikləri təkrarən pozulmuş və müqavilə üzrə razılaşdırılmış məbləğin ödənilməsi həyata keçirilməmişdir. Ödəniş həyata keçirilməsi tələbi ilə cavabdeh tərəfindən iddiaçıya dəfələrlə müraciətlər edilmiş, lakin alıcı tərəfindən həmin müraciətlərə heç bir məhəl qoyulmamış və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Eyni zamanda, iddiaçıya təqdim edilmiş sonuncu Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir (surəti əlavə olunur). Cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsinin iddiaçı tərəfindən qanunsuz olaraq (Etibarnamə olmadan) idarə edilməsi səbəbindən, həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılaraq cavabdehin qanuni sahibliyinə geri qaytarılmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bu barədə İddiaçı MMC-yə müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə Məhərrəm qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 iyun 2020-ci il il tarixli, C-016-Sa-20 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC müqavilənin 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq, 1 ədəd 2020-ci il istehsal olan qara rəngli "Skoda Kodiaq" 2.0 TSi (VİN: TMBLD6NS5L8056083) markalı avtomobili İddiaçı MMC-nin istifadəsinə verməyi və müqavilənin 2.3-cü bəndinə uyğun olaraq şəkildə alıcı tərəfindən tam olaraq ödənildikdən sonra alıcının mülkiyyətinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil olmaqla 88201 manat təşkil edir. Müqavilənin 2.3.-cü bəndinə əsasən müqavilənin ümumi məbləğinin 13453 manat hissəsinin qabaqcadan ödəmək şərti ilə Cavabdeh MMC tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən 3 bank günü ərzində Cavabdeh MMC hesablaşma hesabına İddiaçı MMC tərəfindən ödənilir, qalan məbləğ olan 74748 manat isə İddiaçı MMC 36 ay müddətində aylıq 2076 manat olmaqla Cavabdeh MMC-nin hesablaşma hesabına ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.2.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin hüquqlarından biri kimi, İddiaçı MMC müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 5000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 4400 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2076 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 2500 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına 20349 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMCnin alqı-satqı müqaviləsi üzrə ödədiyi pulun 20080,51 manatını İddiaçı MMC-yə geri qaytarmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMCnin alqı-satqı müqaviləsi üzrə ödədiyi pulun 3614,49 manatını İddiaçı MMC-yə geri qaytarmışdır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi yardım üçün “Kredo” vəkil bürosunun hesabına 1500 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixli MŞB15-0000xx/xx-2022 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2 və 567-ci maddələrinə əsasən üqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarından göründüyü kimi, Cavabdeh MMC-yə məxsus 1 ədəd 2020-ci il istehsalı olan qara rəngli "Skoda Kodiaq" 2.0 Tsi markalı avtomobil İddiaçı MMC-yə avtomobilin ümumi dəyəri ödənildikdən sonra İddiaçı MMC-nin mülkiyyətinə keçməsi şərti ilə satılmış, İddiaçı MMC müqavilənin 2.3.-cü bəndinə əsasən müqavilənin ümumi məbləğinin 13453 manat hissəsini qabaqcadan ödəmək şərti ilə Cavabdeh MMC tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən 3 bank günü ərzində Cavabdeh MMCnin hesablaşma hesabına ödəməyi, qalan məbləğ olan 74748 manatın isə İddiaçı MMC 36 ay müddətində aylıq 2076 manat olmaqla satıcının hesablaşma hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı MMC tərəfindən ilkin ödəniş olan 13453 manat məbləğində pulun 13400 manatı cavabdehə ödənilmiş, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənişlər vaxtlı-vaxtında aparılmış, daha sonra 2021-ci ilin sentyabr ayında 2500 manat məbləğində ödəniş edilmiş və 2022-ci ilin aprel ayına kimi İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 2022-ci ilin aprel ayında İddiaçı MMC 20349 manat məbləğində ödəniş etmişdir. 2022-ci ilin iyun, iyul və avqust aylarında İddiaçı MMC tərəfindən ödəniş öhdəlikləri yenidən pozulmuş və bu səbəbdən Cavabdeh MMC iddiaçıya bildiriş göndərərərək müqavilənin 3.2.2-ci bəndini əsas gətirib (Cavabdeh MMC-nin hüquqlarından biri kimi, İddiaçı MMC müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ qeyd edilmişdir) müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş və müqavilə üzrə ödənilən 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, 20080,51 manat məbləğində pul isə “İddiaçı MMC-nin bank hesabına geri qaytarmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir, belə ki, müqavilənin 3.2.2-ci bəndində müqavilənin ləğvi ilə deyil, icrasından birtərəfli imtina (avtomobil faktiki 2020-ci ildə iddiaçıya təhvil verilib) ilə bağlı razılıq olmuş və Cavabdeh MMC birtərəfli qaydada müqavilənin ləğvi ilə İddiaçı MMC-yə müraciət edərkən sonuncudan müqavilənin ləğvi ilə bağlı razılıq almadığı təqdirdə sözügedən tələblə yanaşı avtomobilin geri alınması ilə deyil, münasibətlərin alqı-satqı müqaviləsinə əsasən yarandığını nəzərə alaraq, ödənilməmiş qalan pulun tələbi ilə məhkəməyə müraciət etməli idi, lakin Cavabdeh MMC qanun tələblərini pozaraq müqaviləyə birtərəfli xitam vermiş və avtomobili iddiaçının iradəsinə zidd geri almışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilkin ödəniş olaraq 13400 manat, aylar olaraq isə ümumilikdə 47761 manat, cəmi isə 61161 manat məbləğində borcunu ödəmiş, müqavilənin 2.2.-ci bəndinə əsasən avtomobilin qiymətinin ƏDV daxil olmaqla 88201 manat qiymətində dəyərləndirilmiş, bu isə onu deməyə əsas verir ki, Cavabdeh MMC-yə ödənilməli olan pulun böyük bir hissəsi İddiaçı MMC tərəfindən ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC tərəfindən nəqliyyat vasitəsinin idarə ediıməsi və istifadəsi üçün iddiaçıya etibarnamə verilməklə 1 ədəd 2020-ci il istehsalı “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsi (VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, 1500 manat vəkilə ödənilən xidmət haqqı və ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğindəki mediasiya xərci Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən nəqliyyat vasitəsinin idarə ediıməsi və istifadəsi üçün iddiaçıya etibarnamə verilməklə 1 ədəd 2020-ci il istehsalı “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsi (VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. 1500 manat vəkilə ödənilən xidmət haqqı və ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğindəki mediasiya xərci Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1001/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1001/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver