Məhkəmə qərarları › İş №e-2-2(113)-1006/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1006/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1006/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanılmış alğı-satqı müqaviləsinə əsasən ödəməli olduqları cəmi 7.451 manat əsas borc, 100 manat mediasiya üçün ödənilmiş dövlət rüsumu, 745,1 manat əldə çıxmış fayda qismində mənə dəymiş zərər, ümumillikdə 8.296,1 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 04 may 2020-ci il tarixdə "xxxx" MMC-in direktoru Qanuni nümayəndə ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" MMC-ə avtomobil ehtiyat hissələrini təhvil verməli, onlar isə bunun müqabilində ona həmin ehtiyat hissələrinin dəyərini ödəməlidirlər. Müqavilənin beşinci maddəsinin İ bəndinə əsasən “Sifarişçi”, yəni "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin müqabilində təqdim edilmiş akt və ödəniş hesab-fakturası əsasında ödənilir. Sifarişçi tərəfindən görülən işlərin verilən malların dəyəri nəğd və ya köçürmə yolu ilə 30 gün ərzində ödənilir. Lakin indiyə qədər "xxxx" MMC pul ödəməmişdir. Belə ki, "xxxx" MMC-yə satılan malların qarşılığında qeyd olunan "xxxx" MMC xx.xx.2020-ci il tarixdə 145 manat, xx.xx.2020-ci il tarixdə 60, 75, 105 manat, xx.xx.2020-ci il tarixdə 90 manat, xx.xx.2020-ci il tarixdə 175 manat, xx.xx.2020-ci il tarixdə 160 manat, xx.xx.2020-ci il tarixdə 20 və 150 manat, xx.xx.2020-ci il tarixdə 45 manat, xx.xx.2020-ci il tarixdə 186 və 90 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020-ci il tarixdə 55 manat, xx.xx.2020-ci il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 200 və 80 manat, xx.xx.2020-ci il tarixdə 325 manat, xx.xx.2020-ci il tarixdə 90 manat, xx.xx.2020-ci il tarixdə cəmi 65 manat, xx.xx.2020-ci il tarixdə cəmi 75 manat, xx.xx.2020-ci il tarixdə 70 və 125 manat, xx.xx.2020-ci il tarixdə 170 manat (xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixdə 1520 manat, xx.xx.2020-ci il tarixdə 755 manat, xx.xx.2020-ci il tarixdə 820 və 450 manat, xx.xx.2020-ci il tarixdə 260 və 550 manat ümumilikdə 7.451 manat pul ödəməli olduğu təqdirdə hal-hazıradək ödəməmişdir. Qeyd olunan məbləğlərin hər biri ayrı-ayrılıqda iddia ərizəsinə əlavə ediləcək qaimə-faktura sənədlərində öz əksini tapmışdır. "xxxx" MMC ilə aralarında bağlanılmış müqavilənin 2.2.2-ci maddəsində də nəzərdə tutulmuşdur ki, görülmüş işlərin aktı əsasında müəyyən edilmiş məbləği ona ödəmək vəzifəsini daşıyır. Bundan əlavə işin mediasiya tərfindən həll olunması məqsədi ilə nəzərdə tutulmuş ilkin mediasiya prosesinə gəlməkdən cavabdeh imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış 04 may 2020-ci il tarixli 06 saylı müqaviləyə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti sifarişçinin təqdim edildiyi avtonəqliyyat vasitələrinin icraçı tərəfindən təmir edilməsi və xidmət göstərilməsidir. İcraçı tərəfindən görülən işlərin dəyəri tərtib edilmiş akt və ödəniş hesab fakturası əsasında ödənilir. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı, sifarişçinin təyin etdiyi avtonəqliyyat vasitələrinin keyfiyyətli təmirini öz öhdəsinə götürür. Həmin müqavilənin: 2.2.2-ci bəndinə əsasən görülmüş işlərin aktı əsasında müəyyən edilmiş məbləği icraçıya ödəmək sifarişçinin öhdəliyidir. 2.3.1-ci bəndinə əsasən sifarişçidən görülmüş işlərin aktında göstərilmiş məbləğin ödənilməsini tələb etmək icraçının hüququdur. 2.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliyini lazımi qaydada keyfiyyətlə və vaxtında yerinə yetrmək, gördüyü işə 6 ay zəmanət vermək icraçının öhdəliyidir. 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2021-ci ilə qədər qüvvədədir. 5.1-ci bəndinə əsasən sifarişçi tərəfindən icraçıya göstərilən xidmətlərin müqabilində təqdim edilmiş akt və ödəniş hesab-fakturası əsasında ödənilir. 5.2-ci bəndinə əsasən sifarişçi tərəfindən icraçıya görülən işlərin dəyəri nağd və yaxud köçürmə yolu ilə 30 gün ərzində ödənilir. Müqavilə icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. Elektron qaimələr və hesab fakturalara əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən ümumilikdə 7.451 manat olmaqla, o cümlədən 60 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 903644 nömrəli, 175 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 518557 nömrəli, 160 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 390274 nömrəli, 20 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 390088 nömrəli, 150 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 390468 nömrəli, 90 manat dəyərində malların verilməsinə dair xx.xx.2020ci il tarixli, EBAM seriyalı, 107911 nömrəli, 75 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 904562 nömrəli, 105 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 904135 nömrəli, 45 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 697589 nömrəli, 186 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 451026 nömrəli, 90 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 454150 nömrəli, 60 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 613291 nömrəli, 55 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 613646 nömrəli, 40 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 874473 nömrəli, 200 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 921851 nömrəli, 80 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 922092 nömrəli, 325 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 007792 nömrəli, 90 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 275765 nömrəli, 65 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 783436 nömrəli, 75 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 287704 nömrəli, 70 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 766136 nömrəli, 125 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 805357 nömrəli, 30 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 256883 nömrəli, 145 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 819873 nömrəli, 70 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 357782 nömrəli, 820 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 798067 nömrəli, 450 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 798211 nömrəli, 170 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 033983 nömrəli, 170 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 034039 nömrəli, 170 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 034125 nömrəli, 260 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 034187 nömrəli, 550 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 034836 nömrəli, 755 manat dəyərində malların verilməsinə dair xx.xx.2020ci il tarixli, EBAR seriyalı, 754765 nömrəli və 1.520 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 357052 nömrəli hesab fakturalar və elektron qaimələr tərtib edilmiş və elektron qaimələr elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı pretenziya qaydasında məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 04 may 2020-ci il tarixli 06 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2020-ci ilin iyul ayından 2020-ci ilin noyabr ayına kimi avtonəqliyyat vasitələrinin təmiri sifarişləri üzrə "xxxx" MMC-yə ümumilikdə 7.451 manat dəyərində avtonəqliyyat vasitələrinin təmiri xidməti göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin 04 may 2020-ci il tarixli 06 saylı xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 7.451 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 7.451 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 7.451 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 745,1 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə cavabdeh "xxxx" MMC-nin xidmət müqaviləsinə əsasən xidmət haqlarının ödənilməsini 2 ildn artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə iki illik müddət üçün (7.451x5%x2) 745,1 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddia qiyməti 8196 manat olan iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 101,96 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə ddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsiri olan 1,96 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7451 manat məbləğində əsas borc, 745,1 manat məbləğində faiz və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsiri olaraq 1,96 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar