Məhkəmə qərarları › İş №e-2-2(113)-1007/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1007/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1007/2023 23.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı MMC-ilə Cavabdeh MMC arasında bağlanılmış 06 yanvar 2014-cü, 07 yanvar 2015-ci il tarixli, 05 yanvar 2016-cı il, 05 yanvar 2017-ci il, 05 yanvar 2018-ci il, 06 yanvar 2019-cu il il, 05 yanvar 2020-ci il və 05 yanvar 2021-ci il tarixli X1 icarəsi müqavilələrinə əsasən yaranmış 1.034.697 (bir milyon otuz dörd min altı yüz doxsan yeddi) manat borcun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 06 yanvar 2014-cü, 07 yanvar 2015-ci il tarixli, 05 yanvar 2016-cı il, 05 yanvar 2017-ci il, 05 yanvar 2018-ci il, 06 yanvar 2019-cu il il, 05 yanvar 2020-ci il və 05 yanvar 2021-ci il tarixli X1 icarəsi müqaviləsinə İddiaçı MMC tərəfindən ona məxsus kənd təsərrüfatı texnikaları Cavabdeh MMC-yə icarəyə verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən bu günədək texnikadan istifadəsinə görə icarə haqqı ödəməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə icarə haqqını könüllü ödəməkdən yayınmışlar. Bağlanmış 21 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC 31 dekabr 2022-ci il tarixədək texnikadan istifadəyə görə 1.034.697,00 (ƏDV: 123.743,16) manat məbləğində borclarının olmasını etiraf edərək yaxın vaxtlarda borc qaldıqları pul məbləğini ödəyəcəklərini vəd etmişlər. Lakin bu müddət ərzində borclarını ödəməmişlər. Cavabdeh MMC-yə müqavilələr üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərilsə də, bu günədək bildirişə də hər hansı münasibət bildirilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla mediasiya şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasında iştirak etsə də sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB /11-01382 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdehndən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 06 yanvar 2014-cü il tarixli X1 01 saylı icarə müqaviləsi, 07 yanvar 2015-ci il tarixli X1 02 saylı icarə müqaviləsi, 05 yanvar 2016-cı il tarixli X3 və nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 05 yanvar 2017-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 04 saylı icarə müqaviləsi, 05 yanvar 2018-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2019-cu il larixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 07 yanvar 2020-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2021-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi və 05 yanvar 2022-ci il tarixli X3 və nəqliyyat vasitələrinin 09 saylı icarəsi müqavilələrinə əsasən yaranmış 1.221.941 (bir milyon iki yüz iyirmi bir min doqquz yüz qırx bir) manat borcun alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərində eyni məzmunlu ərizələr verdiyini nəzərə alaraq, ərizəsini əsassız hesab etmiş, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı MMC öz iddia tələbini sübut etmək üçün məhkəməyə yalnız 05 yanvar 2014-cü il tarixli, 07 yanvar 2015-ci il tarixli, 05 yanvar 2016-cı il , 05 yanvar 2017-ci il, 05 yanvar 2018-ci il, 06 yanvar 2019-cu il il, 05 yanvar 2020-ci il və 05 yanavr 2021-ci il tarixli “X1 icarəsi” müqavilələrini və onların əlavələrini elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə etmişdir. 06 yanvar 2014-cü il tarixli və 07 yanvar 2015-ci il tarixli müqavilələrin icarə haqqlarından bəhs edən 3.1-ci maddəsində qeyd olunub ki, icarəçi bu müqavilənin əlavəsində qeyd edilmiş və icarəyə alınmış əmlakın icarəsi üçün əlavədə göstərilən işlər yerinə yetirdikdən sonra 1 il ərzində hesablanmış xidmətlərin dəyərini icarəyə verənə ödəyir. 05 yanvar yanvar 2016-cı il, 05 yanvar 2017-ci il, 05 yanvar 2018-ci il , 06 yanvar 2019-cu il il, 05 yanvar 2020-ci il və 05 yanvar 2021-ci il tarixli tarixli müqavilələrin icarə haqqlarından bəhs edən 3.1-ci maddəsində qeyd olunub ki, icarəçi bu müqavilənin əlavəsində qeyd edilmiş və icarəyə alınmış əmlakın 1 (bir) təqvim ayı müddətinə icarəsi üçün icarəyəverənə əlavələrdə qeyd olunmuş məbləğdə icarə haqqını ödəyir. İcarəyə verilməli kənd təsərrüfatı texnikalarının siyahısı bütün müqavilələrə qoşulmuş 1 saylı əlavədə verilmişdir. Lakin bu əlavələrdə texniki vasitələrin ayrılıqda və yaxud ümumilikdə icarə haqqı məbləğləri göstərilməmişdir. Amma müqavilələrin hamısına 2 saylı əlavə də qoşulmuşdur. Burada isə texniki vasitələrə görə icarə haqqı məbləği deyil, icarəçi tərəfindən yerinə yetirilməli işlərin miqdarı və dəyəri göstərilmişdir. Bütün müqavilələrin qüvvədə olduğu müddət bağlandığı təqvim ilinin son günü müəyyən edilmişdir. Yanvar 2014-cü il tarixli və 07 yanvar 2015-ci il tarixli müqavilələrdə hesablaşma dövrü illik, digər müqavilələrdə isə aylıq müəyyən edilmişdir. Lakin İddiaçı MMC tərəfindən məhkəməyə nə siyahısı 1 saylı əlavələrdə göstərilən texniki vasitələrin Cavabdeh MMC-yə təhvil-təslim edildiyini, nə də 2 saylı əlavələrdə göstərilən işlərin yerinə yetirldiyini təsdiq edən dövri aktlar təqdim edilmişdir. İddiaçı MMC tərəfindən həmin icarə və ya işlərin reallaşdırılmasına dair qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qaimə, (elektron) vergi-hesab faktura da təqdim edilməmişdir. İddiaçı MMC iddia ərizəsində 21 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC-nin 31 dekabr 2022-ci il tarixədək texnikadan istifadəyə görə 1.034.697,00 manat məbləğində borclarını etiraf edərək onu yaxın vaxtlarda ödəyəcəyini vəd etdiyini göstərsə də, məhkəməyə belə üzləşmə aktı təqdim etməmişdir. Digər tərəfdən, 21 avqust 2019-cu il tarixdə imzalanan üzləşmə aktı ilə ondan 3 il 4 ay sonrakı tarixə qədər, hələ bağlanmamış müqavilələr üzrə icarə haqqlarının və ya görüləcək işlərin dəyəini, onların ödənilən hissəsini və qalacaq borcların məbləğini necə müəyyən etmək olardı. Bu tamamilə məntiqsiz və uyğunsuz bir hesablamadır.Yuxarıda qeyd olunanlar İddiaçı MMC-nin istinad etdiyi müqavilələrin X1 icarəyə verilməsi məqsədilə, yəni müqavilələrə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə imzalanmadığını, yalnız görünüş üçün bağlandığını, əslində tamamilə uydurma bir əqdlər olduğunu təsdiq edir. Son vaxtlar Cavabdeh MMC-nin iştirakçıları və qanuni təmsilçisi olan icra orqanının rəhbəri dəyişmişdir. Cavabdeh MMC-nin ilkin mühasibat uçotu sənədlərində və hesabatlarında yuxarıda göstərilən sənədlər və borclar haqqında məlumatlar yoxdur. Bütün bu hallar, eləcə də müqavilələrin hamısının eyni mətndə, hətta bütün qramatik səhvlərinin eyni olması ehtimal etməyə əsas verir ki, Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi və İddiaçı MMC-nin rəhbərliyi əlbir olub qanunsuz qazanc əldə etmək, yaxud başqa məqsədlə geri tarixə belə uydurma əqdləri və digər sənədləri sonradan imzalayıblar. Onlar özlərində Cavabdeh MMC-yə aid möhürlü kağızlar saxlasınlar və bundan sonra da İddiaçı MMC-nin xeyrinə onları tərtib edib sübut adı ilə məhkəməyə təqdim etsinlər. Ona görə də "xxxx" MMC-nin bundan sonra təqdim edə biləcəyi və Cavabdeh MMC-nin əvvəlki rəhbərliyinin imzası ilə olan sənədlər uydurma və əhəmiyyətsiz sayılmalıdır. İddia Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələri ilə müəyyən edilmiş iddia müddəti keçdikdən sonra irəli sürülmüşdür. Belə ki, həmin hüquq normaları ilə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının iddianın əsası kimi göstərdiyi bütün əqdlərin əhəmiyyətsiz olduğu üçün heç bir hüquqi nəticə yaratmadığını, mübahisəyə iddia müddəti tətbiq olunmasını və iddia müddətinin keçməsinin nəzərə alınmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “icarəçi” İddiaçı MMC “icarəyəverən” olmaqla 06 yanvar 2014-cü il tarixli 01 nömrəli, 07 yanvar 2015-ci il tarixli 02 nömrəli, 05 yanvar 2016-cı il tarixli 03 nömrəli, 05 yanvar 2017-ci il tarixli 04 nömrəli, 05 yanvar 2018-ci il tarixli 03 nömrəli, 06 yanvar 2019-cu il tarixli 03 nömrəli, 07 yanvar 2020-ci il tarixli 03 nömrəli, 06 yanvar 2021ci il tarixli 03 nömrəli, 05 yanvar 2022-ci il tarixli 09 nömrəli icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus bu müqavilənin ayrılmaz hissəsi olan, əlavələrində göstərilƏn nəqliyyat vasitələri və X3nı işçi heyəti ilə təmin etməklə icarəyə verir. İcarəçi isə həmin əmlakı sahibkarlıq ehtiyacları üçün öz istifadəsinə qəbul edir. 06 yanvar 2014-cü il tarixli 01 nömrəli müqaviləyə əlavəyə əsasən 163.697,78 manat, 07 yanvar 2015-ci il tarixli 02 nömrəli müqaviləyə əlavəyə əsasən 190.992,52 manat, 05 yanvar 2016-cı il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 171.202,66 manat, 05 yanvar 2017-ci il tarixli 04 nömrəli müqaviləyə əlavəyə əsasən 153.027,12 manat, 05 yanvar 2018-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 192.705,80 manat, 06 yanvar 2019-cu il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 198.040,58 manat, 07 yanvar 2020-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 211.696,72 manat, 06 yanvar 2021-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 170.164,26 manat, 05 yanvar 2022-ci il tarixli 09 nömrəli müqaviləyə əlavəyə əsasən 177.244,26 manat yekun ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmış, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 05 yanvar 2018-ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2019-cu il tarixli müqaviləyə əlavə 1-də, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2021ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2014-cü il tarixli müqaviləyə əlavə 1-də, 07 yanvar 2015-ci il tarixli müqaviləyə əlavə 1-də, 05 yanvar 2016-cı il tarixli müqaviləyə əlavə 1-də, 05 yanvar 2017-ci il tarixli müqaviləyə əlavə 1-də Cavabdeh MMC-nin istifadəsinə verilmiş texnikaların siyahısı razılaşdırılmış, müqaviləyə əlavə 1-lər "xxxx" MMC və İddiaçı MMC-nin möhürləri ilə təsdiq edilmişdir. Bakı “11” saylı Mediasiya Təşkilatının xx.xx.2022 tarixli arayışına əsasən 400 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədə razılaşdırılmış nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair müqavilələr imzalanmışdır. Tərəflər arasında cavabdehin istifadəsinə verilən texnikalar üzrə görülmüş işlərin həcmi və görülümüş iş və xidmətlərin dəyəri müəyyən olunaraq hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməli olduğunu, eyni zamanda tərəflərin rəhbərliyinin tez-tez dəyişdiyini, eyni zamanda cavabdehin əvvəlki rəhbərliyinin qanunsuz qazanc əldə edilməsi üçün digər tərəflə əlbir olaraq, əsassız müqavilələr tərtib edildiyini bildirmiş, müqavilələrin uydurma əqd olduğunu, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 340.1 maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3 maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 379.4-1 maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1 maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2 maddəsiə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunn 32.4.2 maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən, mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış müqavilələrə uyğun olaraq yekun ödənilməli olan məbləğ hər iki tərəfin möhürü ilə təsdiq edilmiş müqaviləyə əlavərlə sübuta yetirilir. Bununla belə cavabdeh iddia tələbinə etiraz etmiş, ümumi olaraq iddia tələbinə etirazında icarəyə verilmiş texnikaların təhvil-təslim edilmədiyini, dövri aktların təqdim edilmədiyini, müqavilələrin uydurma əqd olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkilinin etirazları əsassızdır. Belə ki, cavabdehin tərəflər arasında imzalanmış müqavilə üzrə borcunun olması hər iki müəssisənin təsdiq etdiyi aktlarla sübuta yetirilir. Bu baxımdan iddiaçı tərəfindən sadalanan texnikaların təhvil-təslim edilməsi barədə aktların və s. sənədlərin məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilmə əsası kimi qəbul edlə bilməz. Eyni zamanda cavabdeh imzalanmış müqavilələrin uydurma əqd olduğunu bildirmişdir. Mülki Məcəllədən aydın olur ki, uydurma əqdlərin bağlanmasında niyyət ona uyğun olmayan hüquqi nəticələr yaratmaq niyyəti güdür və görünüş üçün bağlanılır. Mülki Məcəllənin qeyd edilən normasından aydın olur ki, uydurma əqdi bağlayan tərəflər həmin əqddəki məqsədi güdməsələr belə, öz aralarında hər-hansısa digər bir məqsəd güdmüş olurlar. Cavabdehin nümayəndəsi və vəkili isə müqavilələrin uydurma əqd olduğunu bildirsə belə həmini halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Qeyd edilənlərdən əlavə iddiaçının iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, həmin ərizəyə münasibət bildirilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilələr üzrə iddia müddəti hesablanarkən üç illik iddia müddəti nəzərə alınmalıdır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qeyd edilənləri və hazırki işin hallarını əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 24 yanvar 2023-cü il tarixində məhkəməyə müraciət edildiyindən tərəflər arasında imzalanmış 06 yanvar 2014-cü il tarixli X1 01 saylı icarə müqaviləsi, 07 yanvar 2015-ci il tarixli X1 02 saylı icarə müqaviləsi, 05 yanvar 2016-cı il tarixli X3 və nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 05 yanvar 2017-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 04 saylı icarə müqaviləsi, 05 yanvar 2018-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2019-cu il larixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 07 yanvar 2020-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi qeyd edilən müqavilələrə münasibətdə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, 07 yanvar 2020-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsinə iddia müddətinin şamil edilib edilməməsi məsələsi araşdırılarkən məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə tərəflər arasında mediasiya sessiyası ilə bağlı qeyd edilən halları sübuta yetirəcək sübutlar tələb edilsə də həmin sənədlərin iş materiallarına əlavə edildiyi bildirilmiş, lakin həmin sübutlar məhkəməyə təqdim edilməməişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə tərəflər arasında keçirilmiş mediasiya sessiyasının yekunları barədə arayış təqdim edilmişdir ki, qeyd olunan arayışdan isə tərəflər arasında mediasiya sessiyasının hansı tarixdən etibarən başlaması məlum olmur. Belə olan halda isə məhkəmə 06 yanvar 2021-ci il tarixli X3 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi üzrə 170.164,26 manat və 05 yanvar 2022-ci il tarixli 09 nömrəli X3 müqaviləsi üzrə 177.244,26 manat ödənilməli olan məbləğləri nəzərə alaraq hesab edir ki, cəmi 347.408,52 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən edilsin. Cavabdehndən 347.408,52 (üç yüz qırx yeddi min dörd yüz səkkiz manat, əlli iki qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar