Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10107/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin xeyrinə - ƏDV daxil 35.665,87 manat məbləğində əsas borcu, 99179.07 manat məbləğində faiz borcu, ümumilikdə134.844,94 manat məbləğin, 425 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəməyə təqdim edilmiş 30 yanvar 2026-cı il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun xeyrinə ƏDV daxil 35,801.02 manat məbləğində əsas borcun, 63,378.05 manat məbləğində faiz borcunun, ümumilikdə 99,179.07 manat məbləğin, 425 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir.
2. Cavabdeh qeyd edilən iddia tələbinin ƏDV daxil 35,801.02 manat məbləğində əsas borcu hissəsini qəbul etdiyini və ödəməyə hazır olmasını bildirmişdir. Bunun təsdiqi olaraq 28 yanvar 2026-cı il tarixində 4,300.00 manat əsas borcdan və 828.00 manat ƏDV məbləğini ödəmişdir. Qalan borcu isə 1 (bir) il ərzində tam ödəyəciyini bildirmişdir.
3. Cavabdeh tərəfindən 4,300.00 manat əsas borcdan və 828.00 manat ƏDV məbləğinin ödənilməsini və qalan borcun 1 (bir) il ərzində tam ödəməyə hazır olmasını nəzərə alaraq İddiaçı Cavabdeh qarşı iddia tələbinin qalan 63,378.05 manat məbləğində faiz borcunun və 425 manat dövlət rüsumunun ödənilməsi hissəsindən imtina edir.
4. Cavabdeh qalan 25,994.08 manat əsas borcun və 4,678.94 manat ƏDV məbləğinin 1 (bir) il ərzində hər ay ümumilikdə 2,600.00 (iki min altı yüz) manatdan az olmamaq şərti ilə ödəməyi öz öhdəsinə götürür.
5. Cavabdeh qəbul edir və təsdiq edir ki, X1 üzrə öz öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0.5 faiz həcmində cəriməni ödəməyi öhdəsini götürür.
6. Cavabdeh qəbul edir və təsdiq edir ki, X1 üzrə öz öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etmədikdə, X1 üzrə ödənilməmiş qalıq məbləğ ilə bərabər 63,378.05 manat faiz (cərimə) məbləğini də ödəməyi öhdəsini götürür.
7. Аzərbаycаn Rеspublikаsı MM-nin 881.2-ci mаddəsinə müvаfiq оlаrаq X1nin qüvvəsi оndаn ibаrətdir ki, əvvəllər mübаhisəli və qеyri müəyyən оlmuş hüquqlаrа və iddiаlаrа istinаd еdilməsi X1nə əsаsən istisnа еdilir və hüquqi stаtusundаn аsılı оlmаyаrаq tərəflər üçün yаlnız X1ndə təsbit еdilənlər еtibаrlı оlur. Hər-hаnsı mübаhisəyə və yа müqаvilənin bəndlərində göstərilən müddəаlаrın bаşqа cür təfsir еdilməsinə yоl vеrilmir. Tərəflər rаzılаşırlаr ki, bu günə qədər alqı-satqı müqaviləsi, həmçinin mübahisə predmeti ilə əlaqədar münasibətlərindən оnlаrа məlum оlmаmış iddiаlаrа dа bu Bаrışıq Sazişi аid еdilir.
8. X1 məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.
9. X1 eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq Məhkəmədə, İddiaçıda və Cavabdehdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 30 yanvar 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun xeyrinə ƏDV daxil 35,801.02 manat məbləğində əsas borcun, 63,378.05 manat məbləğində faiz borcunun, ümumilikdə 99,179.07 manat məbləğin, 425 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir.
2. Cavabdeh qeyd edilən iddia tələbinin ƏDV daxil 35,801.02 manat məbləğində əsas borcu hissəsini qəbul etdiyini və ödəməyə hazır olmasını bildirmişdir. Bunun təsdiqi olaraq 28 yanvar 2026-cı il tarixində 4,300.00 manat əsas borcdan və 828.00 manat ƏDV məbləğini ödəmişdir. Qalan borcu isə 1 (bir) il ərzində tam ödəyəciyini bildirmişdir.
3. Cavabdeh tərəfindən 4,300.00 manat əsas borcdan və 828.00 manat ƏDV məbləğinin ödənilməsini və qalan borcun 1 (bir) il ərzində tam ödəməyə hazır olmasını nəzərə alaraq İddiaçı Cavabdeh qarşı iddia tələbinin qalan 63,378.05 manat məbləğində faiz borcunun və 425 manat dövlət rüsumunun ödənilməsi hissəsindən imtina edir.
4. Cavabdeh qalan 25,994.08 manat əsas borcun və 4,678.94 manat ƏDV məbləğinin 1 (bir) il ərzində hər ay ümumilikdə 2,600.00 (iki min altı yüz) manatdan az olmamaq şərti ilə ödəməyi öz öhdəsinə götürür.
5. Cavabdeh qəbul edir və təsdiq edir ki, X1 üzrə öz öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0.5 faiz həcmində cəriməni ödəməyi öhdəsini götürür.
6. Cavabdeh qəbul edir və təsdiq edir ki, X1 üzrə öz öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etmədikdə, X1 üzrə ödənilməmiş qalıq məbləğ ilə bərabər 63,378.05 manat faiz (cərimə) məbləğini də ödəməyi öhdəsini götürür.
7. Аzərbаycаn Rеspublikаsı MM-nin 881.2-ci mаddəsinə müvаfiq оlаrаq X1nin qüvvəsi оndаn ibаrətdir ki, əvvəllər mübаhisəli və qеyri müəyyən оlmuş hüquqlаrа və iddiаlаrа istinаd еdilməsi X1nə əsаsən istisnа еdilir və hüquqi stаtusundаn аsılı оlmаyаrаq tərəflər üçün yаlnız X1ndə təsbit еdilənlər еtibаrlı оlur. Hər-hаnsı mübаhisəyə və yа müqаvilənin bəndlərində göstərilən müddəаlаrın bаşqа cür təfsir еdilməsinə yоl vеrilmir. Tərəflər rаzılаşırlаr ki, bu günə qədər alqı-satqı müqaviləsi, həmçinin mübahisə predmeti ilə əlaqədar münasibətlərindən оnlаrа məlum оlmаmış iddiаlаrа dа bu Bаrışıq Sazişi аid еdilir.
8. X1 məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.
9. X1 eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq Məhkəmədə, İddiaçıda və Cavabdehdə saxlanılır. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad tərəflər rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə