Məhkəmə qərarları › İş №e-2-2(113)-1011/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1011/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1011/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, delikt) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən, xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2 müqaviləsi üzrə 7900,35 manat borcun ödənilməsi və mediasiya xidmət haqqı kimi ödənilən 100 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli İF/06081 saylı 36 ay müddətli X2 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “KİA Picanto” markalı 77PG955 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən heç bir ödəniş edilmir Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən Kia Picanto MİNİK markalı 77PG955 dövlət nömrə nişanlı avtomabil 4000 (dörd min) manat dəyərində qiymətləndirildi. Cavabdehin xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2 müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixinə olan əsas borcu 9500.00 manat, faiz borcu 2280.00 manat cərimə borcu 120.35 manat, cəmi 11900.35 manat təşkil edir. Cavabdehin hal-hazırda iddiaçıya (119xx.xx-4000=) 7900.35 manat borcu vardır. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək, cavabdehdən xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2 müqaviləsi üzrə 6329,36 manat və mediasiya xidmət haqqı kimi ödənilmiş 100 manat məbləğin onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mövcud tələb lizinq obyekti geri alındığı zaman cavabdehin müqavilə üzrə yaranmış ümumi borcundan lizinq obyektinin qiyməti çıxıldıqdan sonra qalıq borcdan ibarət idi. Yeni tələb isə lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Həmçinin onu da bildirir ki, xx.xx.2024-cü il tarixli Ekspert rəyində qeyd olunan məbləğlə razıdır. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də görüldüyü kimi cavabdeh 20 mart 2023-cü il tarixindən başlayaraq 20 avqust 2023-cü il tarixinə qədər hər ay 419.06 AZN olmaqla, 2514.36 AZN ödəniş etməli olduğu halda heç bir ödəniş etməmişdir. Cavabdehin qalıq borcu 2514.36 AZN-dir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 3815 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2i müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə (“Lizinq ödənişləri cədvəli”) müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə Lizinq verən lizinq obyeKiinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir. Müqavilənin 5-ci bəndinə əsasən lizinq obyektinin qiyməti: 9500 (doqquz min beş yüz) manat, avans məbləğ : 0 (sıfır) manat, lizinq məbləği: 9500 (doqquz min beş yüz) manat, alqı-satqı müqaviləsi bu müqavilənin 5.3-cü maddəsində göstərilmiş təminat Lizinq alan tərəfindən tam həcmdə təqdim edildikdən sonra bağlanır. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə mükafat məbləği illik 33 (otuz üç) faiz dərəcəsi ilə hesablanır. 83651 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Picanto minik” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. İF/06081 № xx.xx.2023-cü tarixli Lizinq müqaviləsinə 2 saylı Əlavə olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizing obyekti olan qırmızı metallik, 2006, KNABA24337T365060 ban nömrəli “KİA Picanto” markalı avtomobil Cavabdeh (Lizing alan) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli AKT-087/23 saylı Avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən "xxxx" MMC-yə məxsus Kia Picanto minik markalı, ** PG *** dövlət nömrə nişanlı,ban No KNABA24337T365060,2006-ci il buraxılış, Qırmızı metallik) dövlət qeydiyyat nişanlı avtomobilə lizing təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 4065 manat təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin dəyəri 4000 manat məbləğində müəyyən olunmuşdur. İF/06081 № xx.xx.2023-cü tarixli Lizinq müqaviləsinə 5 saylı Əlavə olaraq tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 9500 manat olan 36 ay müddətinə lizinq predmetinə görə Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 419,06 manat ödəməlidir. İB**********_066894_231116 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına 110 manat ödəniş edilmişdir. 06 noyabr 2023-cü il tarixli MŞB/2-03807 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci 200 manat, poçt və kargüzarlıq xərci 10 manat təşkil etmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2622 saylı rəyi ekspert rəyi ilə 2006-cı il buraxılışlı “KİA Picanto” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3815 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə lizin mükafatının məbləği və dəbbə pulu haqqında razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizinq predmeti olan “KİA Picanto” markalı 77PG955 dövlət nömrə nişanlı avtomobili cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini ödəməmişdir. Göründüyü kimi cavabdeh lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən etibarən hər ay 419,06 manat ödəniş etməli olduğu halda, iddiaçıya heç bir ödəniş etməmişdir. Beləliklə iddiaçının Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən cavabdehin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətlərini pozmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişini etmədiyi üçün 2514,36 manat məbləği və lizinq obyektini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən 2006-cı il buraxılışlı “KİA Picanto” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3815 manat müəyyən edilmiş, iddiaçı həmin məbləğlə razılaşmışdır. İddiaçının Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən əmlakına dəymiş ziyanı cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi və avtomobilə ziyan dəyməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2i müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə, həmçinin dəymiş ziyana görə cəmi 6329,36 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərdən əlavə məhkəmə, cavabdehin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli İF/06081 saylı X2 müqaviləsi üzrə 6329 (altmı min üç yüz iyirmi doqquz) manat 36 (otuz altı) qəpik pul vəsaiti, habelə mediasiya xidmət haqqı kimi ödənilmiş 100 manat (bir yüz manat) məbləğ tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar