Məhkəmə qərarları › İş №e-2-2(113)-1013/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1013/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1013/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Ləğv prosesində olan “xxxx” sığorta şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2018-ci il tarixdə onunla sifarişçi “xxxx” Sığorta Şirkəti ASC arasında Qəza komissarı xidmətinin göstərilməsi haqqında 04/GC müqavilə üzrə sifarişçinin ona qalıq qalmış 30835,70 manat borc öhdəliyini və 30 manat dövlətrüsumunun cavabdeh ləğvetmə komissiyasından tutularaq ona ödənilmədi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il taixli, e-2-2(113)-2430/2020 saylı qərardadından göründüyü kimi eyni ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxx 2020-ci il tarixli qərarına əsasən cavabdeh cəmiyyətə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olumuş və şirkətin mülfis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bununla əlaqədar məhkəmənin digər hakiminə xx xxxxxx 2020-ci il tarixdə sorğu göndərilmiş və həmin sorğuya alınmış cavabda qeyd olunmuşdur ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnaməsinə əsasən “xxxx” Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Qeyd olunan normanın məzmunundan göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və ondan alınmalı məbləğləri tutulması üçün bütün digər hərəkətlərə son qoyulur. Qətnamə qanuni qüvvəyə mindiyi təqdirdə artıq borcluya qarşı tələblər yalnız tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər, yəni, məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” sığorta şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Müvafiq tələbin iflas prosesi çərçivəsində irəli sürülməsi hüququ İddiaçı izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar