Məhkəmə qərarları › İş №e-2-2(113)-10158/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10158/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10158/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı pul vəsaitinin ödənilməsi, müqaviləyə xitam verilməsi və s.tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, 12 yanvar 2026-cı il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclası tərəflərin iştirakının təmin olunması məqsədilə 04 fevral 2026-cı il tarixə təxirə salınmışdır. xx.xx.2026-cı il tarixinə təxirə salınmış məhkəmənin hazırlıq iclasına da tərəflər gəlməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Mülki Prossesual Məcəllənin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Göründüyü kimi tərəflər laqeydlik nümayiş etdirərək, məhkəmənin iclaslarına gəlməmiş, gəlməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xüsusi ilə qeyd edir ki, qeyd edilmiş prossesual müddətlər artıq tükənmək üzrə olsa da, hələ heç bir tərəfin dinlənilməsi mümkün olmamışdır və tərəflər arasında razılaşmanın əldə edilməsi məqsədi ilə məhkəmə iclaslarının təxirə salınması xahş edilsə də, bu xüsusda hər hansı bir tədbir görülməmiş, iddiaçı tərəf sadəcə olaraq Məhkəməyə ərizə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olmasına dair işə hər hansı bir sənəd əlavə etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** ömrəli qəbzə əsasən ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar